İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ

İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ

 İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ

Zülmətli qaranlıq buludları kənara çəkildikdən sonra dünyanı haqqa bürüyən günəş parlayacaq, bütün müntəzirlərin gözlərinə nur və aydınlıq bağışlayacaqdır.
Bəli, fitnə-fəsadla, pozğunçuluq və namərdliklə aparılan geniş miqayaslı mübarizələrdən sonra ədalət hökuməti bərqərar olunacaq, ədalət hökmranlıq kürsüsünə çatacaqdır ki, hər kəsi və hər bir şeyi öz yerində qərar versin, hər bir varlığın payını haqqın tələbinə uyğun olaraq özünə qaytarsın.
Nəhayət, bütün dünya əhli elə bir hökumətin şahidi olacaqlar ki, başdan-ayağa haqq-ədalətdir, onun sayəsində heç kəsə azacıq belə, zülm və haqsızlıq rəva görülməycəkdir. O, Allahın gözəl və camal sifətlərinin təccəli etdiyi bir məkandır ki, onun sayəsində insanlar özünün unudulmuş bütün arzularına nail olacaqdır.
Bu fəsildə dörd və istiqamətdə söhbət apracağıq:
1. İmam Məhdi (ə)-ın dünya hökumətinin hədəfləri;
2. Müxtəlif hövzələrdə və sahələrdə imamın hökumətinin proqramları
3. İlahi ədalət hökumətinin nailiyyətləri.
4. Hökumətin xüsusiyyətləri.
Böyük varlıq aləminin yaradılışının əsas hədəfi insanın mümkün olan qədər kamalı mənbəyinə, yə`ni Allah Taalaya yaxınlaşması və bu böyük arzulara çatmaq özünəməxsus vasitələrlə həyata keçməli olduğundana görə İmam Zəman (ə)-ın dünya səviyyəli hökumətində insanların Allah dərgahına yaxınlaşması üçün mövcud vasitələrin tədarük görülməsi və maneələrin aradan qaldırılması əsasında əməl ediləcəkdir.
Əlbəttə, insan iki yöndən-cisim və ruhdan təşkil olunduğundan və onun ehtiyacları həm maddi, həm də mə`nəvi yönə bölündüyündən, kamala çatmaq üçün onun hər iki cəhəti hərəkətdə olmalıdır. İlahi hakimiyyətin böyük nailiyyəti olan ədalət də insanın həm maddi, həm də mə`nəvi yönlərində sağlam inkişafına zəmanət .
Buna əsasən, 12-ci imamın hökumətinin hədəfləri insanların mə`nəvi yönündə kamala çatması və haqq-ədalətin icra olunub genişləndirilməsi yönündə irəli çəkilir.
Qeyd olunan yüksək və dəyərli hədəflərə çatmaq üçün gərək bəşərin tağutçuların hakimiyyəti dövründə ki, həyatına qısa bir nəzər salaq.
İnsan yer üzündə yarandığı dövrdən etibarən ilahi höccətin hakimiyyətindən uzaqda qaldığına görə onun mə`nəviyyət və mə`nəvi dəyərləri acınacaqlı günlərə qalmışdır! Məgər bəşəriyyət haqq yolu itirməmiş, daim mə`nəvi cəhətdən uçurumlara doğru qədəm götürməmişdirmi?! Özünün nəfsani və heyvani meyllərinə tabe olmaqla, şeytani vəsvəsələrə düçar olmaqla öz həyatının gözəlliklərini və yaxşılıqlarını biri digərindən sonra unutmamışdırmı və öz əlləri ilə onu şəhvət qəbiristanlığında dəfn etməmişdirmi?!
Paklıq, pakizəlik, sədaqət, düzlük, qarşılıqlı həmkarlıq, güzəşt, candan keçmə, ehsan kimi dəyərlər öz yerini həva pərəstliyə, şəhvətçiliyə, yalana, fırıldağa, yalnız öz mənafeyini güdməyə, yaxşı maqama çatmağa, xəyanət, cinayət, hərislik və sair kimi yaramaz şeylərə vermişdir. Bir sözlə desək, bəşərin həyatında mə`nəviyyət özünün son nəfəslərini çəkməkdədir, dünyanın əksər yerlərində və özünü insana oxşadanların əksəriyyətinin yanında ondan heç bir əsər-əlamət qalmamışdır.
İlahi zəxirələrin sonuncusunun hökuməti insan vücudunun bu yönünü qurmaq üçün əsasılı tədbir görəcək, artıq ölümcül vəziyyətə düşmüş bu yönünü dirçəltmək üçün sə`y göstərəcəkdir ki, həqiqi həyatın şirinliyini məlaikələrin səcdə etdiyi insanlara dadızdırsın, hamı üçün xatırlatsın ki, əvvəldən onların belə bir pak-pakizə həyatdan bəhrələnmələri, yaxşılıqların və paklıqların ətrini cani dildən hiss etsinlər:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُم...
«Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna, sizi dirildən bir şeyə çağırdıqları zaman, müsbət cavab verin.»[1]
Buna əsasən, insanları heyvandan seçib ayıran mə`nəvi həyat insan vücudunun əsl və ümdə hissəsini təşkil edir. Çünki o, yalnız belə bir həyatdan bəhrələndikdə insan adlandırılır və həmin həyat da onu həyatı insana bəxş edən Allaha çatdırır, Allah dərgahına yaxınlıq məqamına yetirir.
Buna görə də Allahın vəlisinin hakimiyyəti dövranında insanın vücudunun bu yönünə daha çox diqqət yetiriləcək, həyatın bütün yönlərində insani dəyərlərə rövnəq veriləcək, səfa-səmimiyyət, fədakarlıq, vəfadarlıq, düzlük «yaxşılıqlar» ünvanı altında qeyd olunan hər bir şey dünyanı əhatə edəcəkdir.
Əlbəttə, bu böyük hədəfə, parlaq gələcəyə çatmaq üçün çox dəqiq və ətraflı proqramlara ehtiyac duyulur ki, gələn bölmələrdə onu qeyd edəcəyik.
Bütün dövr və əsrlər boyunda bəşər cəmiyyətinin ən böyük yaralı nöqtələrindən biri cəmiyyətlərdə mövcud olan zülm və haqsızlıqlar olmuşdur. Bəşəriyyət həmişə özünün müxtəlif yönlərindəki hüquqlarına çatmaqdan məhrum qalmış, heç vaxt maddi və mə`nəvi ne`mətlər ədalətli şəkildə bölüşdürülməmişdir. Həmişə müxtəlif naz-ne`mətlərdən faydalananların yanında ac-yalavac insanlar, təmtəraqlı sarayların yanında küçələrdə yaşayan səfillər olmuş, küçələrin səkilərində yatmışlar. İmkanlılar zəif və biçarə insanları özünə qul etmiş, ağ dərililər qara dərililərdən üstün sayılmış, yalnız dərilərinin qara olduğuna görə kökslərinə ölüm şallağı endirilmişdir. Bir sözlə, həmişə və hər yerdə zəiflərin və biçarələrin hüquqları tapdalanaraq, zorbalıların və quldurların həvayi-nəfsləri nəticəsində aradan getmiş, insan həmişə ədalət və müsavata nail olmaq üçün saniyələri saymış və ədalətin çiçəklənmə dövrünə çatmaq üçün intizarda oturmuşdur.
Bu intizarın sonu imam Məhdi (ə)-ın gözəl hökumətindən ibarətdir. O, ən böyük ədalət rəhbəri və adil bir başçı ünvanı ilə ədaləti yer üzünün hər bir yerində və həyatın bütün sahələrində icra edəcəkdir. Bu şirin həqiqət onun gəlişini müjdə verən rəvayətlərin çoxunda bəyan edilmişdir. İmam Hüseyn (ə) buyurmuşdur: «Əgər dünyanın axırına bir gündən artıq qalmamış olsa belə, Allah Taala həmin günü o qədər uzadacaqdır ki, mənim övladlarımdan olan bir kişi qiyam edərək yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə doldursun. Mən Peyğəmbərin belə buyurduğunu eşitmişdim.»[2]
Digər onlarla rəvayətdə və`dəsi verilmiş ilahi hökumət sayəsində zülm və haqsızlığın kökünün kəsiləcəyi və dünyaya haqq-ədalətin hökmranlıq edəcəyi xəbər verilmişdir.
Bunu da qeyd etmək yerinə düşərdi ki, İmam Məhdi (ə)ı-ın ən aşkar və bariz xüsusiyyətlərindən biri ədalətçilikdir, belə ki, bə`zi dualarda həmin ləqəblə çağırılmışdır:
اَللّهُمَّ وَصَلِّى عَلى وَلىِّ اَمْرِكَ الْقائِمِ المُؤَمَّل وَاعَدْلِ الْمُنْتَظَرْ
«Pərvərdigara, Öz vəlliyi-əmrinə salavat göndər; necə ki, o, hamının intizarını çəkdiyi ədalətin bərqərar edənidir.»[3]
Bəli, o həzrət ədaləti öz iniqlabi hədəflərinin sərlövhəsi qərar . Çünki ədalət insanların həm fərdi, həm də ictimai həyatlarının bütün yönlərində həqiqi həyatın zəminəsini yaradır. Yer və onun əhalisi ədalət olmadan ruhsuz ölülərə bənzəyir ki, özlərini canlı hesab etmişlər.
İmam Kazim (ə)
اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا
«Bilin ki, Allah yeri, öldükdən sonra dirçəldəcəkdir.» (Hədid surəsi ,17) ayəsinin təfsirində buyurmuşdur: «Məqsəd bu deyildir ki, yeri yağışın vasitəsilə dirçəltsin; əksinə Allah elə insanları qaldıracaqdır ki,[4] onlar ədaləti bərqərar edərlər, ədalətin (cəmiyyətdə) canlanması nəticəsində də yer üzü dirçəldilər.»
Yerin dirçəldilməsi tə`biri bunu göstərir ki, Məhdi (ə)-ın ədaləti geniş səviyyəli olacaq, təkcə bə`zi mühitləri və şəxsləri deyil, bütün insanları və bütün yerləri əhatə edəcəkdir.
Hökumətin hədəfləri ilə tanış olduqdan sonra gərək qeyd olunan məqsədlərə çatmaq üçün hökumətin nəzərdə tutduğu proqramları araşdıraq ki, gözəl zühur dövranının fəaliyyət yolunu tanımaqdan əlavə, zühurdan əvvəlki dövrlər üçün münasib bir ülgü nəzərdə canlansın, aləmin böyük xilaskarının intizarında olanlar İmam Zaman (ə)-ın böyük hökumət üslubu və icra olunacaq proqramları ilə tanış olsunlar, özlərini və cəmiyyətlərini belə bir yolu qət etməyə hazırlasınlar.
İmam Məhdi (ə)-ın hökumət dövranı ilə əlaqədar nəql olunan çoxlu rəvayətlərdən istifadə etməklə o hökumətin ən ümdə proqramları aşağıdakılardan ibarət olacaqdır: Mədəni-maarif proqramları, ictimai və iqtisadi proqramlar, başqa sözlə desək, Qur`anın saf tə`limlərindən, din rəhbərlərinin gözəl üslublarından ayrılaraq mədəni-maarif cəhətdən tənəzzülə uğrayan bəşər cəmiyyətləri gərək böyük mədəni inqilab sayəsində Qur`an, Peyğəmbər və Əhli-beytinin göstərişlərinə qaytarılsın.
Həmçinin, hərtərəfli ictimai bir proqramın lüzumu buna görə zəruridir ki, cəmiyyətin köksünə endirilən cürbəcür yaralara mərhəm bağışlasın, cəmiyyətin həqiqi həyatına zəmanət verən, onun ilahi və insani hüquqlarının bərpa olunmasına şərait yaradan düzgün proqramlar, zalımcasına cəmiyyəti hərc-mərcliyə, fəsada, puçluğa çəkən və zəiflərin hüquqlarının aradan getməsinə səbəb olan zalımcasına üslubların yerinə keçirilib və icra olunsun.
Yüksək mədəni-maarif zəminələrinin yaradılması.
İctimai inkişaf üçün iqtisadi proqramlar da zəruridir ki, onun sayəsində yer üzərində mövcud olan bütün maddi imkanlar ədalətli şəkildə və münasib səviyyədə istifadəyə verilsin. Başqa sözlə desək, təbii ne`mətlərdən istifadə etməklə iqtisadi inkişaf və məişətin təmin olunması bütün təbəqələr üçün müyəssər və bütün mühitlərdə mümkün olsun.
İmam Zaman (ə)-ın hökumət proqramları ilə qısa şəkildə tanış olduqdan sonra bütün imamlardan nəql olunan rəvayətlərə əsasən onun təfsilatını araşdıracağıq. İmam Zəman (ə)-ın proqramlarının ən mühümünü bu bölmədə qeyd edirik.
İmam Məhdi (ə)-ın dünya səviyyəli hökumətində bütün mədəni-maarif fəaliyyətləri insanların elmi və əməli yüksəlişinə və inkişafına nəzər yetirəcəkdir, cəhalət və nadanlıqla bütün zəminlərdə mübarizə aparılacaqdır. Haqq hökumətin mədəni-məarif cihadlarının əsas mehvərləri aşağıdakılardan ibarətdir:
1. Allahın kitabı və Peyğəmbər sünnəsinin dirçəldilməsi
Bütün əsrlərdə Qur`anın qürbətdə qalmasından, həyatın haşiyəsinə sürüklənib unudulmasından sonra axırıncı ilahi höccətin hökuməti dövranında Qur`anın həyat bəxş edən proqramları bəşər həyatının bütün sahələrinə daxil olacaqdır. Din rəhbərlərinin kəlamları və əməli rəftarlarından ibarət olan sünnə də bütün yönlərdə insanlar üçün ən gözəl nümunə kimi irəli çəkiləcək, hamının əməl və rəftarları Qur`an və Əhli-beytin gözəl me`yarları ilə uyğunlaşdırılacaqdır.
İmam Əli (ə) imam Məhdi (ə)-ın Qur`an hökumətini gözəl bir kəlamla belə vəsf etmişdir: «Həvayi-nəfsin hökumət etdiyi zaman (İmam Məhdi (ə) zühur edəcək) hidayət və qurtuluşu həvayi-nəfsin yerinə keçirəcəkdir. O, şəxsi rə`y və nəzərlərin Qur`anın hökmlərindən irəli keçrildiyi bir dövrdə bütün fikirləri Qur`ana yönəldəcək və onu cəmiyyətə hakim edəcəkdir.»[5]
O həzrət başqa bir kəlamda Qur`anın zahir olaraq bəşər həyatının bütün yönlərində hazır olacağı belə işarə edir:
«Sanki indi öz şiələrimi görürəm ki, Kufə məscidində xeymələr qurmuşlar və Qur`anı, nazil olduğu şəkildə camaata öyrədirlər.»[6]
Qur`anın öyrənilməsi və öyrədilməsi Qur`an mədəniyyətinin, hakimiyyətinin və onun hökmlərinin bütün fərdi və ictimai hövzələrdə yayılmasının başlanğıc nöqtəsidir
2. Mərifət və əxlaqın genişləndirilməsi
Qur`ani-Kərim və Əhli-beyt tə`limləri bəşəriyyətin əxlaqi və mə`nəvi inkişafına ən çox təkid edir. Çünki insanın xilqətin yüksək hədəflərinə doğru inkişaf ən mühüm amili gözəl əxlaqdan ibarətdir. Peyğəmbəri Əkrəm (s) öz nübüvətinin hədəfini də gözəl əxlaqların təkmilləşdirilməsi kimi bəyan etmiş,.[7] Qur`an da o həzrəti bütün insanlar üçün ən gözəl rəftar və əxlaq nümunəsi kimi təqdim etmişdir[8]. Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, insanların Qur`anın və Əhli-beytin hidayətçi bəyanlarından uzaqlaşdığına görə, bütün yönlərdə əxlaqi cəhətdən tənəzzülə uğramışlar və xüsüsilə müsəlman cəmiyyətlərində bu məsələ daha çox hiss olunur. Bu azğınçılıqlar əxlaqi dəyərlərdən azmalar da insanların həqiqi mə`nadakı fərdi və ictimai həyatının puça çıxarılmasının əsas amilidir.
İmam Məhdi (ə)-ın ilahi dəyərlərin və ilahi hökumətin dünyada bərqərar olunmasından ibarət olan hökuməti əxlaqi dəyərlərin yayılmasını öz proqramlarının sərlövhəsi qərar verəcəkdir.
İmam Baqir (ə) buyurmuşdur:
اِذاقامَ قائمُنا وَضَعَ يَدَهُ عَلى رُؤُوسِ الْعِبادِ فَجَمَعَ بِهِ عُقُولُهُمْ وَاَكْمَلَ بِهِ اَخْلاقُهُم
«Bizim Qaimimiz qiyam edən zaman öz əlini bəndələrin başına qoyacaq, onların əql qüvvələrini toplayacaq və əxlaqlarını kamal həddinə çatdıracaqdır.»[9]
Bu gözəl və incə tə`birdən aydın olur ki, imam Məhdi (ə)-ın əxlaq və mənəviyyatdan ibarət olan hökuməti sayəsində insanların əqli və əxlaqi kamallarına münasib şərait yaranacaqdır, çünki əxlaqsızlıq və əxlaq normalarından uzaqlaşmaq əqli nöqsan sayıldığı kimi, əqlin kamala yetməsi də insanlarda gözəl əxlaqın büruz etməsinə səbəb olacaqdır.
Digər tərəfdən, Qur`an və ilahi sünnələrin hidayəti ilə dolu olan bir mühit insanı yaxşılıqlara doğru sövq edəcəkdir. Buna əsasən, həm daxildən, həm də xaricdən bütün maraqlar gözəlliklərə və fəzilətlərə doğru yönələcəkdir. Məhz bu yollar da ilahi və insani dəyərlər aləmin hər yerini əhatə edəcəkdir.
3. Elmi hərəkat və canlanma
İmam Məhdi (ə)-ın hökumətinin mədəni-maarif proqramlarından biri də (o həzrətin özü də elmlərin mənbəyi və öz dövrünün alimlərinin ən qabaqcılıdır)[10] elmi hərəkatdır ki, o dövrdə bəşərin elmi nəzərə çarpacaq və misilsiz dərəcədə inkişaf edəcəkdir.
Peyğəmbəri Əkrəm (s) Məhdi (ə)-ın gəlişini müjdə verən zaman o həzrətin bu tədbirlərinə işarə edərək buyurur:
«(İmam Hüseynin övladlarından olan) 9-cu imam onların Qaimidir ki, Allah Taala onun əli ilə bütün yer üzünü uzun müddətli zülmətlərə düçar olduqdan sonra işıqlandıracaq. Yer üzünü, haqqsızlıq və zülm ilə dolduqdan sonra haqq və ədalətlə dolduracaqdır, aləmi cəhalət və nadanlığa kiriftar olduqdan sonra başdan-başa elm və biliklə bəhrələndirəcəkdir [11].
Bu elmi və ideoloji canlanma və hərəkat cəmiyyətin bütün təbəqələri üçün olacaq və bu fikri və elmi intibahdan kişi ilə qadın arasında heç bir fərq olmayacaqdır; qadınlar da yüksək elmi və din şünaslıq məqamlarına çatacaqlar.
İmam Baqir (ə) buyurur: «İmam Məhdinin dövründə sizə hikmət (və elm) veriləcəkdir, hətta qadın da öz evində Allahın kitabı və Peyğəmbərin sünnəsi əsasında qəzavət edəcəkdir (mühakimə yürüdəcəkdir).»[12]
Bu da Qur`an ayələri və Əhli beyt rəvayətləri barəsində dərin mə`rifətin mövcud olacağından hekayət edir, çünki qəzavət işi çox çətin və ağır bir məsələdir.
4. Bid`ətlərlə mübarizə
Sünnənin müqabilində olan bid`ət, din də olmayan bir şeyi dinə daxil etməkdən ibarətdir, dinə və dindarlığa öz şəxsi nəzərlər əsasında əməl etməkdir.
İmam Əli (ə) bid`ətin tə`rifində buyurur: «Bid`ət yaradanlar o kəslərdir ki, Allahın fərmanı, Onun kitabı və Peyğəmbərinin fərmanı ilə müxalifət və özlərinin şəxsi rə`y və həvayi-nəfəslərinə əsasən əməl edirlər, hərçənd siz onlardan çox olsanız da belə.»[13]
Buna əsasən, bid`ət Allahın, Qur`anın və Peyğəmbərin hökümü ilə müxalifət, nəfsani istəkləri hakim etmək və şəxsi meyllər əsasında əməl etməkdən ibarətdir.
Bu da Allahın kitabı və Peyğəmbər sünnəsindən ilham kimi alınan və ilahi meyarlar əsasında olan yeni təhlilin təqdim edilməsindən tamamilə ayrıdır. Bid`ət Allahın qoyduğu qayda-qanunları və Peyğəmbərin sünnəsini məhv edib aradan aparır. Din üçün heç bir bəla bu qədər məhvedici deyildir. İmam Əli (ə) buyurur:
ماهَدَمَ الدّينَ مِثْلُ البِدَعِ
«Heç bir şey bid`ətlər kimi dini məhv etmir.»[14]
Məhz buna görə də bid`ət qoyanların qarşısında sünnəni özlərinə me`yar götürənlər qiyam etməli, onların məkrli və hiyləgərlik proqramlarını ifşa etməli, onların düzgün olmayan yollarını insanlara göstərməli və beləliklə də Allah bəndələrinin azğınlığa düşməsinin qarşısını almalıdırlar.
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Hər vaxt ümmətin arasında bid`ətlər aşkar olarsa, alimlərə vacibdir ki, öz elm və biliklərini aşkar etsinlər. Hər kəs belə etməsə, Allahın lə`nəti ona olsun!»[15]
Çox təəssüflə qeyd etmək lazımdır ki, Peyğəmbərin vəfatından sonra onun gətirdiyi şəriət və üslubda çoxlu bid`ətlər yaratdılar, dindarlıq yolu üzərində çoxlu əyinti və inhiraflar əmələ gətirdilər və insanların üzünə çoxlu azğınlıq qapıları açdılar! Beləliklə də dinin həqiqi çöhrəsini tərsinə cilvələndirdilər, İslam dininin parlaq simasını özlərinin həvayi-nəfsi və şəxsi istək hicabları vasitəsilə örtdülər. Mə`sum imamlar və onların ardınca da həqiqi din alimləri nə qədər çalışsalar da belə, yenə də bid`ətçilik və Peyğəmbər sünnəsinin məhv edilməsi davam etdi, və qeybət dövründə də genişlənməkdədir.
İndi bütün bəşəriyyət intizar çəkib gözləyir ki, məktəbin əsl sahibi, bəşəriyyətin xilaskarı və Qur`anın və`dəsi verdiyi şəxs gələrək öz hökuməti sayəsində Peyğəmbərin sünnəsini dirçəlt, bid`ətlərin hamısına son qoysun.
Şübhəsiz, o həzrətin islahatçılıq proqramlarının başında bid`ət və azğınçılıqlarla mübarizə məsələsi dayanır ki, bu da bəşəriyyətin həqiqi inkişafı ilə düz yola yönəlməsinə zəminə yaradacaqdır.
İmam Baqir (ə) o həzrətin zühur dövrünü vəsf edərkən uzun bir kəlamda buyurmuşdur:...
...ولايَتْرُكُ بِدْعَةً الّااَزالَها وَلاسُنَّةً اِلاّ اَقامَها...
«Elə bir bid`ət qalmayacaqdır ki, (İmam Məhdi) onun kökünü kəsməsin; elə bir sünnə olmayacaqdır ki, onu bərqərar etməmiş olsun.»[16]
Sağlam cəmiyyətin göstəricilərindən biri də sağlam iqtisadiyyata malik olmaqdır. Əgər cəmiyyətdə təbii sərvətlərdən düzgün şəkildə istifadə olunsa, istehsal və istehlak imkanları bir ovuc adamın ixtiyarında olmazsa, hökumət bütün siniflərdən olan insanlara diqqət yetirsə və onların hamısının bu sərmayələrdən istifadə etməsinə şərait yaransa, onda elə bir cəmiyyət yaranacaqdır ki, onların mə`nəvi inkişafı üçün imkanlar da daha artıq olacaqdır. Qur`ani Kərim də və mə`sum imamların rəvayətlərində də insanların məişət vəziyyətlərinə və iqtisadi imkanlarına diqqət yetirilmişdir. Buna əsasən, Həzrəti Məhdi (ə)-ın Qur`an hökmləri əsasında qurulan hökumətində dünya iqtisadiyyat üçün münasib bir proqram töküləcək və onun əsasında əvvəla, istehsal işləri qaydasına düşəcək, təbii mənbələrdən, Allahın verdiyi yeraltı və yerüstü ne`mətlərdən bəhrələnəcəklər, əldə olunan sərvət ədalətli şəkildə, bütün cəmiyyət sinifləri arasında bölüşdürüləcəkdir.
Yaxşı olar ki, hədislərdə qeyd oluduğu kimi, həzrətin hakimiyyəti dövründə iqtisadi vəziyyətə bir nəzər salaq:
1-Təbbi mənbələrdən istifadə edilməsi
Müasir iqtisadiyyatın əsaslı problemlərindən biri də ilahi ne`mətlərdən yerində və səhih itifadə edilməməsidir. Nə torpağın bütün tutumundan istifadə olunur, nə də sudan yerin dirçəldilməsi istiqamətində istifadə edilir. İmam Məhdi (ə)-ın hakimiyyəti dövründə və onun haqq hökumətinin bərəkəti ilə asiman öz ne`mətlərini səxavətlə yer üzünə nazil edəcək, yer də bütün bitkiləri cücərməkdə heç nəyi əsirgəməyəcəkdir.
İmam Əli (ə) buyurur:
...وَلَوْ قَدْ قامَ قائِمُما لَاَنْزَلَتِ السَّماءُ قَطْرَها وَلَاَخْرَجَتِ الَْاَرْضُ نَباتَها...
«Bizim Qaimimiz qiyam edən zaman asimandan bol-bol yağışlar yağacaq, yer bütün bitkiləri cücərdəcəkdir.»[17]
Allahın axırıncı höccətinin hakimiyyəti dövründə bütün yer üzü və onun maddi imkanları imamın ixtiyarında qərar veriləcəkdir ki, genişmiqyaslı sərmayələrdən istifadə edərək sağlam iqtisadiyyatın əsasını qursun. İmam Baqir (ə) buyurur:
...تُطْوى لَهُ الْاَرْضُ وَتَظْهَرُ لَهُ الْكُنُوزُ...
«Yer onun ayaqları altından keçəcək (bir anda yerin bir məntəqəsindən başqa bir məntəqəsinə gedəcək) və yerin bütün xəzinələri o həzrət üçün aşkar olacaqdır.»[18]
2-Sərvətin ədalətli şəkildə bölünməsi
Bəşər cəmiyyətin də iqtisadiyyatının xəstəliyin ən mühüm amillərindən biri də mal-dövlət və sərvətin xüsusi bir qrupların əlində toplanmasıdır. Həmişə belə olmuşdur ki, hər hansı dəlillərə görə özləri üçün müəyyən imtiyazlar nəzərdə tutan fərdlər, yaxud cəmiyyətlər ümumi sərvət anbarlarını əllərinə keçirmiş və onu özlərinin şəxsi mənafeyi, yaxud məxsus olduğu qrupun mənafeyinə işlətmişlər. İmam Məhdi (ə) bu bərabərsizliklə tam şiddətlə mübarizə aparacaq, ümumi əmlakı və sərvəti hamının ixtiyarına qoyacaq, Əli (ə)-a məxsus olan ədaləti bütün insanlara göstərəcəkdir.
İmam Baqir (ə) buyurmuşdur:
اِذاقامَ قائمُ اَهْلِ الْبَيْتِ قَسَّمَ بِالسَّويَّة وَعَدَلَ فِى الرَّعِيَّةِ...
«Peyğəmbər Əhli-beytinin Qaimi qiyam edən zaman (mal-dövləti) bərabər şəkildə bölüşdürəcək və məxluqat arasında ədalətlə rəftar edəcəkdir»[19]
O həzrətin dövründə cəmiyyətdə bərabərlik və müsavat prinsipi icra olunacaq, hər kəs özünün insani və ilahi hüquqlarından bəhrələnəcəkdir.
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur:
«Sizə Məhdini müjdə verirəm ki, mənim ümmətimdən seçiləcəkdir... O, mal dövləti düzgün şəkildə bölüşdürəcəkdir.» Bir nəfər soruşdu: «Məqsəd nədir?» Həzrət buyurdu: «Yə`ni camaatın arasında müsavat və bərabərliyi icra edəcəkdir.»[20]
Cəmiyyət səviyyəsində icra edilən bu müsavatın nəticələrindən biri budur ki, cəmiyyət də yoxsulluq və fəqirliyin kökü kəsiləcək, sinfi təbəqələr arasında olan fərqlər və bərabərsizliklər aradan qalxacaqdır.
İmam Baqir (ə) buyurur: «İmam Məhdi (ə) camaat arasında müsavat əsasında rəftar edəcək. Hətta iş o yerə çatacaqdır ki, zəkata ehtiyaclı olan bir nəfər belə, qalmayacaqdır.»[21]
3-Abadlıq işləri
Bəşər hökumətlərində insanların həyat mühitlərinin o yönləri abadlaşdırılır ki, hakimlər, onların ətrafındakılar və həmfikirləri, yaxud ə`yan-əşrəf, zadəganlar və sair nüfuz sahibləri ilə əlaqədar olsun, bundan savayı, yerdə qalan təbəqələr isə unudulur. Lakin İmam Məhdi (ə)-ın istehsal və paylaşdırma işlərinin düzgün şəkildə sahmana salındığı hökumətində insanlar hər bir yerdə ne`mət və abadlığa nail olacaqlar.
İmam Baqir (ə) İmam Məhdi (ə)-ın dövranını vəsf edərkən buyurur:
...فَلا يَبْقى فِي الْاَرْضِ خَرابُ الاّعُمِّرَ...
«Yer üzündə abadlaşdırılmamış heç bir viranə qalmayacaqdır.»[22]
Bəşər cəmiyyətinin quruluşunda islaha ehtiyacı olan yönlərdən biri də ictimai proqramların bərqərar edilməsidir. Aləmin böyük ədalət hökumətində cəmiyyətin işlərini sahmana salmaq üçün Qur`an göstərişləri və Əhli-beyt sünnəsi əsasında olan proqramlar nəzərdə tutulmuşdur ki, onların icra edilməsi nəticəsində həyat mühiti insanların mə`nəvi və maddi təkamülü üçün hazır bir şəraitə malik olacaqdır. İlahi hakimiyyətin qurulduğu bir dünyada yaxşılıqlar yayılacaq, pisliklərin qarşısı alınacaq, pis əməl sahibləri ilə qanuni şəkildə rəftar ediləcək, ayrı-ayrı insanların ictimai hüquqları bərabər şəkildə tə`min olunacaq və ictimai ədalət özünün həqiqi mə`nasında bərqərar ediləcəkdir.
Yaxşı olardı ki, rəvayətlərdə yaxşılıq və gözəlliklər dünyasının cilvəsini nəzərdən keçirək:
1-Əmr be mə`ruf və nəhy əz münkər vacibinin dirçəldilməsi və yayılması
İmam Məhdi (ə)-ın dünya səviyyəli hökumətində böyük vəzifələrdən biri olan əmr be mə`ruf və nəhy əz münkər fərizəsi geniş bir səviyyədə icra olunacaqdır. Həmin vacib əməl ki, Qur`an ona çoxlu tə`kidlər etmiş və onu, ümmətlər arasında seçilmiş bir ümmət olan islam ümmətinin xüsusiyyətlərindən biri kimi təqdim etmişdir.[23] Belə ki, onun səbəbi ilə bütün ilahi vaciblər cəmiyyətdə bərqərar edilir[24] və onun barəsində güzəştə gedilməsi, ona qarşı səhlənkarlıq edilməsi isə yaxşılıqların məhv edilməsinə, cəmiyyətin həlakətə doğru sürüklənməsinə, və cəmiyyətdə pis əməllərin və xoşagəlməz halların yayılmasına səbəb olur.
Əmr be mə`ruf və nəhy əz münkər əməlinin ən bariz və gözəl nümunələrindən biri də budur ki, hökumətin rəisi və onun işçiləri rəiyyəti yaxşı işlərə də`vət edib, pis işlərdən çəkindirsinlər.
İmam Baqir (ə) buyurur:
اَلْمَهْدى وَاصْحابُهُ... يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ
«Məhdi və onun köməkçiləri...
Əmr be məruf və nəhy əz münkər işini yerinə yetirər.»[25]
2-Fitnə-fəsad və əxlaqi rəzalətlərlə mübarizə
İlahi hökumət göstəricilərindən olan nəhy əz münkər məsələsi təkcə dildə yerinə yetirilməyəcək; əksinə yaramaz işlərlə çirkinliklərlə əməli olaraq mübarizə aparılacaq, cəmiyyətdə fəsada, rəzalətlərə artıq heç bir yer qalmayacaq, həyat mühiti çirkinliklərdən büsbütün təmizlənəcəkdir.
Qeybdə olan imamdan ayrılıq və fəraq ahəngi sezilən «Nüdbə» duasında belə oxuyuruq:
أَيْنَ قاطِعُ حَبائلَ الْكِذْبِ وَالْاِفْتِراءِ اَيْنَ طامِسُ آثارَ الزَّيْغِ وَالْأَهْواءِ
«Hardadır yalanın, iftiranın kökünü kəsən?! Hardadır azğınlığın və həvayi-nəfslərin əsərlərini məhv edən?!»[26]
3-İlahi cəza tədbirlərinin icra olunması
Fitnə-fəsad, yaramaz işlər və pozğunluqlarla məşğul olanlarla mübarizə aparmağın müxtəlif növləri vardır. İmam Məhdi (ə)-ın hökuməti dövründə bir tərəfdən mədəni-marifləndirmə, əqaid və imanın möhkəmləndirilməsi yolu ilə fasidləri və günahkarları islahata və doğru yola qaytaracaqlar, digər tərəfdən də həyatın qanuni ehtiyaclarını tə`min etmək və ictimai ədaləti bərqərar etməklə fəsad və pozğunçuların yolu bağlanacaqdır. Lakin bütün bunlarla yanaşı, təcavüzkarlar, başqalarının hüquqlarını tapdalayanlar, ilahi hökmlərə qarşı laqeyd yanaşanlar, və qayda-qanunu qəbul etməyənlərlə şiddətli şəkildə mübarizə aparılacaq ki, həm onların qarşısı alınsın, həm də cəmiyyətdə başqalarının vasitəsi ilə fəsad yayılmasının qarşısı alınsın. Bu da fəsad əhli barəsində ilahi cəza qanunlarının icra edilməsindən ibarətdir ki, onun həddi-hüdudu İslamın cəza qanunları məcəlləsində bəyan edilmişdir.
Mühüm bir hədisdə Peyğəmbəri Əkrəm (onu İmam Cəvad (ə) nəql etmişdir( İmam Məhdi (ə)-ın xüsusiyyətlərini bəyan edərkən buyurmuşdur: «O, İlahi hüdudları (cəza qanunlarını) bərqərar edəcəkdir.»[27]
4-Məhkəmə qanunlarında ədalət
İmam Məhdi (ə)-ın hökumət proqramlarının başında ədalətin bütün yönlərdə bərqərar edilməsidir. O bütün aləmi haqq-ədalətlə dolduracaqdır, necə ki, zülm və haqsızlıqla dolmuşdur. Ədalətin icra olunma dairəsinin ən mühümü məhkəmə qanunlarıdır. Müasir dövrdə və qeyri-ilahi hakimiyyətlərdə zülmlərin və haqsızlıqların çoxu məhz məhkəmədə rəva görülür. Mal-dövlət nahaq yerə müsadirə olunur nahaq qanlar axıdılır, günahsız insanların abır-heysiyyəti təhlükəyə düşür! Dünyanın məhkəmə sistemlərində ən çox zülm əsasən, zəif saxlanmış şəxslərə qarşı rəva görülür, onların tərəfindən verilən hökmlər qüdrət sahiblərinin və zalım hakimlərin nüfuzu nəticəsində çoxlu insanların və qrupların mal-dövlətini və canlarını nahaq yerə məhv edir. Dünyaya aşiq olan qazilər də özlərinin və onlara bağlı olanların mənafeyini qorumaq üçün çoxlu hansı hökmlər vermişdir. Bir sözlə, nə çox günahsız insanlar olub ki, nahaq yerə dara asılmış və nə çox günahkar və müqəssirlər olmuşdur ki, onların barəsində ilahi qanunlar icra edilməmişdir!
İmam Məhdi (ə)-ın ədalət əsasında olanhakimiyyəti bütün zülmlərə və haqsızlıqlara son qoyacaqdır. İlahi ədalətin cilvəgahı olan İmam Məhdi (ə) ədalət məhkəmələrini icad edəcək, bu işə səlahiyyətli qaziləri, Allahdan qorxan və öz işlərində dəqiq olan icraçıları tə`yin edəcəkdir ki, dünyanın heç bir nöqtəsində, heç bir şəxsə qarşı zülm rəva görülməsin.
İmam Riza (ə) uzun bir hədisdə İmam Məhdi (ə)-ı və onun zühurunun gözəl dövranını bəyan edərkən buyurmuşdur:
فَاِذا خَرَجَ اَشْرَقَتِ الْاَرْضُ بِنُورِ رَبِّها وَوَضَعَ ميزانَ الْعَدْلِ بَيْنَ النّاسِ فَلايَظْلِمُ اَحَدُ اَحْداً
«O, qiyam edən zaman yer Allahın nuru ilə işıqlanacaq, o həzrət ədalət tərəzisini insanların arasında qoyacaq, (ədaləti elə şəkildə icra edəcəkdir ki), nəticədə heç kəs başqasına zülm və haqsızlığı rəva görməsin.»[28]
Bu rəvayətdən aydın olur ki, o həzrətin məhkəmə ədaləti o qədər geniş səviyyəli və dəqiq olacaqdır ki, zalımların və mənfəətpərəstlərin yolunu bağlayacaq, zülm və haqsızlığın təkrar edilməsinin və başqalarının hüquqlarına təcavüz etməyin adiləşməsinin qarşısını alacaqdır.
Ayrı-ayrı şəxslər və cəmiyyətlər hökumətə çatmazdan və qüdrəti ələ almazdan qabaq öz hökumətləri üçün müəyyən proqramlar tökür, çox hallarda o hədəflərə çatmaq üçün öz proqramlarını da e`lan edirlər. Amma, adətən, qüdrət və hakimiyyətə çatdıqdan və zamanın keçməsindən sonra öz hədəflərinə nail ola bilmir və bə`zi hallarda dedikləri sözlərdən dönürlər, yaxud əvvəlcədən irəli sürdükləri proqram və hədəfləri tamamilə unudurlar.
Əvvəlcədən tə`yin olunmuş hədəf və arzulara nail olmamağın səbəbi ya bu ola bilər ki, hədəfləri həqiqi və pirinsipial olmamışdır; yaxud da ki, hədəfə çatmaq üçün hökumət proqramları əhatəli və kamil olmamışdır, çox hallarda da bu müvəffəqiyyətsizliyin səbəbi icraçıların ləyaqətsizliyi olmuşdur.
İmam Məhdi (ə)-ın hökumətində hədəflər həqiqi və əsldir, bəşəriyyətin vicdanında dərin köklər atmışdır, hamı da bu arzulara çatmaq ümidi ilə yaşayır. Proqramlar da Qur`an hökümləri və Əhli-beyt sünnəsinin tə`limləri əsasında tənzim edilmişdir ki, bütün sahəələrdə onların icra olunmasına tə`minat verilir. Buna əsasən, bu böyük inqilabın naliyyətləri nəzərə çarpacaq dərəcədə böyük və diqqət yetiriləsidir. Bir cümlədə demək olar ki, imam Məhdi (ə)-ın hökumətinin naliyyətləri insanların maddi və mə`nəvi ehtiyaclarını Allah Taala tərəfindən insanın vücudunda əmanət qoyulan ehtiyacları tə`min edəcəkdir.
Burada imam Məhdi (ə)-ın hakimiyyətinin naliyyətlərindən bə`zilərini qeyd edirik:
Çoxlu rəvayətlərdə imam Məhdi (ə)-ın inqilab və qiyamının ən mühüm nailiyyətləri kimi dünyanın haqq-ədalətlə dolması qeyd edilir ki, hökumətin hədəfləri bölməsində onun barəsində söhbət etdik. Amma bu bölmədə, əvvəldə qeyd olunan həqiqətə digər bir məsələni də artırırıq ki, Ali-Muhəmmədin (s) Qaiminin hakimiyyəti dövründə ədalət cəmiyyətin bütün yönlərində və səthlərində icrada olan bir cərəyan formasına düşəcək, elə bir böyüklü-kiçikli məcmuə təşkilat və qurum qalmayacaqdır ki, onda ədalət hakim olmasın. Həmin dövrdə insanlar arasında əlaqələr məhz bu məsələ əsasında qurulacaqdır.
İmam Sadiq (ə) bu barədə buyurur: «Allaha and olsun! Soyuq və isti, evlərin içinə daxil olduğu kimi, ədaləti camaatın evlərinin içinə aparacaqdır.»[29]
Cəmiyyətdə ən kiçik ictimai qurum olan ailənin ədalət mərkəzinə çevrilməsi və ailə üzvlərinin bir-biri ilə olan əlaqələri ədalətli şəkildə bərqərar olunması bunu göstərir ki, Həzrəti Məhdi (ə)-ın dünya səviyyəli ədalət hökuməti zor gücünə deyil, əksinə Qur`anın bəyan etdiyi bir tərbiyəvi prinsip əsasında daxil olacaqdır. Belə ki, Allah Taala insanlara ədalətli olmağı və ehsan etməyi əmr edir.[30] İmam (ə) insanları bu qanun əsasında tərbiyə edəcək və belə bir fəzada bütün insanlar ilahi və insani vəzifəsinin hökmü ilə başqalarının hüquqlarına, hətta rütbə və məqam baxımından heç bir ictimai mövqeyə malik olmasa belə, hörmət qoyacaqdır.
Məhdi (ə)-ın quracağı cəmiyyətdə ədalət Qur`an əsasında olan əsl bir mədəniyyətdir, onu yalnız öz şəxsi mənfəətini güdən Qur`an və əhli-beyt tə`limlərindən kənarda tərbiyə alan azsaylı insanlar poza bilər ədalətsevərlik hakimiyyəti bu az saylı qruplarla ciddi şəkildə mübarizə aparacaq, onların inkişaf edib kök atmasına heç bir vəch ilə icazə verməyəcək, xüsusilə onların hakimiyyət səviyyəsinə nüfuz etməsinin qarşısını alacaqdır. Bəli, belə bir genişsəviyyəli və hərtərəfli əhatə edən ədalət Məhdi (ə)-ın hökumətinin əldə etdiyi nailiyyətlərdəndir və beləliklə də o həzrətin inqilabının ən ali və dünya səviyyəsində ədalətin bərqərar edilməsindən ibarət olan hədəfi kamil şəkildə həyata geçəcək, zülm, haqsızlıq, başqalarının haqqına təcavüz etmək və s. cəmiyyətin bütün sahələrindən, hətta ailə üzvlərinin bir-biri ilə qarşılıqlı əlaqələrindən belə, götürüləcəkdir.
Əvvəlki bölmədə qeyd etdik ki, cəmiyyətdə ədalətin bütün yönləri əhatə etməsi insanların düzgün tərbiyəsi, cəmiyyətdə Qur`anla Əhli-beyt mədəniyyətinin yayılması ilə baş verəcəkdir. İmam Məhdi (ə)-ın hakimiyyəti dövründə çoxlu rəvayətlərdə insanların ideoloji, əxlaqi və imani cəhətdən inkişaf etməsi aşkar şəkildə bəyan edilmişdir.
İmam Baqir (ə) buyurur: «Bizim Qaim qiyam edən zaman özünün (mərhəmətli) əllərini Allah bəndələrinin başına çəkəcək, onun bərəkəti ilə insanların əql qüvvələri kamala çatacaqdır.»[31]
Bütün yaxşılıqlar və gözəlliklər insan əqlinin kamala çatması ardınca əldə olunur, çünki əql insanın daxili yol göstərəni –peyğəmbəridir ki, onun insanın ruh və cisminə hakim kəsildiyi surətdə insanın təfəkkür və əməli inkişafa, düzlüklərə və təkamülə doğru hidayət olunacaq, Allaha bəndəçilik yolu –həqiqi səadətə çatmaq yolu açılacaqdır.
İmam Sadiq (ə)-dan «əql nədir?» –deyə soruşulduqda, həzrət buyurdu: «Əql o şeydir (həqiqətdir) ki, onun vasitəsi ilə Allaha ibadət edilir və onun (yol göstərməsi) vasitəsilə cənnət əldə olunur.»[32]
Bəli, bugünkü cəmiyyətlərdə imamın olmadığı və hakimiyyətdə olmadığı cəmiyyətdə şəhvət qüvvələri əqlə qələbə çalmış, inadkar nəfs və onun istəkləri insanın və ayrı-ayrı qrupların yeganə hakiminə çevrilmişdir, bu vəziyyətin nəticəsi də ayrı-ayrı insanların hüquqlarının aradan getməsi, ilahi dəyərlərin unudulmasından ibarətdir. Lakin və`dəsi verilən ilahi ədalət hakimiyyəti dövranında Allah höccətinin hakimiyyəti nəticəsində –o, külli əqldən ibarətdir –insanların əql qüvvələri bütün tədbirlərinin sükanını əlinə alacaq, kamala çatmış əql insana yaxşılıqlardan və gözəlliklərdən başqa heç bir fərman verməyəcəkdir.
Rəvayətlərə əsasən, imam Məhdi (ə)-ın dünya səviyyəli hakimiyyəti altında olan cəmiyyət bir-biri ilə müttəhid, səmimi olacaqdır. Məhdi (ə)-ın dövlətinin bərqərar olduğu bir dövürdə Allah bəndələrinin qəlbində kin-küdurətə, düşmənçiliyə yer olmayacaqdır.
İmam Əli (ə) buyurur:
وَلَوْ قَدْ قامَ قائِمُنا... لَذَهَبْتِ الشَّحْناءُ، مِنْ قُلُوبِ الْعِبادِ...
«Bizim Qaimimiz qiyam edən zaman bəndələrin qəlbindən kin-küdurət gedəcəkdir.»
O dövrdə kin-küdurət və düşmənçilik üçün heç bir bəhanə qalmayacaqdır: çünki ədalətin dövranı gələcək, heç kəsin haqqı tapdalanıb aradan getməyəcək, şəhvət pərəstlik deyil, əql qüvvəsinin fəaliyyət dövranı olacaqdır.[33] Buna əsasən, kin-küdurət və düşmənçilik üçün heç bir əsas qalmayacaqdır. Buna görə də insanların indiyə qədər pərakəndə və bir-birindən uzaq olan qəlbləri ünsiyyət və ülfət tapacaq, hamı Qur`anın buyurduğu qardaşlığa qayıdacaq,[34] sanki doğma qardaş olaraq bir-birinə qarşı mehribançılıq göstərəcəklər.
İmam Sadiq (ə), Məhdi (ə)-ın gözəl dövranını vəsf edərək buyurur: «(O dövranda) Allah Taala pərişan və pərakəndə qəlblərin arasında vəhdət və ülfət bərqərar edəcəkdir.»[35]
Burada Allahın xüsusi inayətinin rol oynaması da təccüblü deyildir çünki bu səmimiyyət və mehribançılıq elə bir həddə çatacaqdır ki, onun bu günkü dövranda –maddi çəkişmələrin və təzadların böhranlı səviyyəyə çatdığı bir dövrdə təsəvvür olunması olduqca çətindir.
İmam Sadiq (ə) buyurur: «Bizim Qaimimiz qiyam edən zaman (cəmiyyətdə) həqiqi dostluq və səmimiyyət bəyan olunacaqdır. Ehtiyacı olan hər bir şəxs əlini din qardaşının cibinə salaraq ehtiyacı olan qədər götürəcək və din qardaşı onun bu işinə mane olmayacaqdır.»[36]
Bu günkü bəşəriyyətin ən böyük çətinliklərindən biri də əlacı olmayan ağır xəstəliklərdən ibarətdir ki, bu da müxtəlif amillərin, o cümlədən ekoloji mühitin, müxtəlif kimyəvi, atom, mikrob və sair kimi silahların işlədilməsi nəticəsində aludə olmasından ibarətdir. Həmçinin, insanların bir-biri ilə qanunsuz əlaqələri, meşələrin və su ehtiyatlarının aradan aparılması da cüzam, taun fələc, infarkt və yüzlərlə bu kimi xəstəliklərin yaranma səbəbidir. Bu günkü yüksək səviyyəli müalicə üslübları belə, onları müalicə etməkdə acizdir. Cismi xəstəliklərə uzun siyahıya malik olan ruhi xəstəlikləri də əlavə etmək lazımdır ki, həyatı insanlar üçün çox acınacaqlı və dözülməz bir vəziyyətə salmışdır. Bu da dünyaya və insanlara hakim olan yanlış əlaqələrin nəticəsidir.
Ədalətin yayıldığı, fəzilətlərin və gözəlliklərin hökmranlıq etdiyi, rabitələrin qardaşlıq və bərabərlik əsasında qurulduğu dövlətdə Məhdi (ə)-ın kərim dövlətində insanların həm fiziki, həm də ruhi xəstəlikləri aradan gedəcək, onun ruhu və bədən qüvvələri qəribə şəkildə güclənəcəkdir.
İmam Sadiq (ə) buyurur: «Həzrəti Qaim qiyam edən zaman Allah xəstəlikləri mö`minlərdən uzaqlaşdıracaq, onlara sağlamlıq əta edəcəkdir.»[37]
Elmin qəribə şəkildə inkişaf etdiyi halda o həzrətin dövlətində heç bir əlacsız xəstəlik qalmayacaq, təbabət nəzərə çarpacaq dərəcədə inkişaf edəcəkdir. Həmçinin, o həzrətin vücudu səbəbi ilə xəstələrin çoxu şəfa tapacaqdır.
İmam Baqir (ə) buyurur: «Hər kəs biz Əhli-beytin Qaimini görsə, əgər bir xəstəliyə düçar olmuşsa şəfa tapacaq, əgər zəifliyə düçar olmuşsa qüdrətli olacaqdır.»[38]
Ali-Məhəmmədin (s) Qaiminin hökumətinin böyük nailiyyətlərindən biri də misilsiz xeyir-bərəkətin nazil olmasıdır. Onun dövləti qurulan hər tərəf yaşıllaşacaq, təbiət canlanacaqdır. Asiman yağışını yağdıracaq, yer hər bir şeyi cücərdəcək, ilahi xeyir-bərəkət hər yerə aşıb-daşacaqdır.
İmam Sadiq (ə) buyurur: ...«Allah Taala onun (İmam Məhdinin) səbəbi ilə asimanların və yerin xeyir-bərəkətini cari edəcəkdir. (Onun dövləti günlərində) asiman yağış yağdıracaq, yer bitkiləri cücərdəcəkdir.»[39]
O həzrətin hökuməti sayəsində heç bir səhra boş qalmayacaq, bütün torpaq sahələri canlanacaq və şad və xürrəm olacaqdır.
Bu kimi nəzərə çarpacaq, böyük dəyişikliklər və misilsiz inkişafların səbəbi budur ki, Məhdi (ə)-ın dövranı yaxşılıqların, təqvanın çiçəkləndiyi, iman güllərinin çiçək açdığı bir dövran olacaqdır, insanlar hər bir sinifdən olsalar belə, ilahi tərbiyə altında qərar tutacaq, öz rabitələrini ilahi dəyərlər əsasında bərqərar edəcəkdir, Allah da və`də vermişdir ki, belə bir pak mühiti xeyir-bərəkətdən sirab etsin.
Qur`ani Kərim bu barədə buyurur:
وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاءِ وَ الاَرْضِ
«Əgər abadlıqların əhalisi iman gətirib, təqvalı olsaydılar, hökmən asimanın və yerin xeyir-bərəkət qapılarını onların üzünə açardıq.»[40]
Bütün təbii sərvətlərin İmam Məhdi (ə) üçün aşkar olduğu, yerin və göyün bərəkətlərinin onun zamanında olan insanlar üçün aşkar olduğu, müsəlmanların beytül-malının ədalətli şəkildə bölüşdürdüyü bir dövrdə fəqirlik və yoxsulluq üçün əsla yer qalmayacaq, bəşəriyyət İmam Məhdi (ə)-ın dövləti sayəsində həmişəlik olaraq fəqirlik bəlasından xilas olacaqdır.[41]
Onun hakimiyyəti dövründə iqtisadi əlaqələr qardaşlıq bərabərlik prinsipi əsasında formalaşacaq, şəxsi mənfəət öz yerini ürəyiyananlıq, qəmxarlıq, din qardaşları ilə bərabərliyə verəcəkdir. Bu halda hamı bir-birinə vahid bir ailənin üzvüləri kimi nəzər salacaq və hamı başqasını özü kimi hesab edəcək, onların arasında vəhdət, birlik və yeganəlik hiss olunacaqdır.
İmam Baqir (ə) buyurur: «(İmam Məhdi (ə)) hər ildə iki dəfə insanlara bəxşiş, hər ayda iki dəfə ruzi (məişət ehtiyaclarını) əta edəcəkdir və (bu işdə) camaatın arasında müsavata əməl edəcəkdir. Nəhayət (insanlar o qədər ehtiyacsız olacaqdır ki,) heç şəxs zəkat almağa ehtiyac duymayacaqdır.»[42]
Rəvayətlərdən aydın olur ki, insanların zənginləşib heç bir şeyə ehtiyaclı olmaması onların qənaət və ehtiyacsızlıq ruhiyyəsinə görədir. Başqa sözlə desək, insanlar xaricdən çoxlu mal-dövlət sahibi olaraq ehtiyacsız olmazdan öncə, batindən ruhlarını ondan ehtiyacsız edəcək və Allah Taalanın Öz fəzl və kərəmi ilə onlara əta etdiklərinə razı olacaqlar. Buna görə də başqalarının mal-dövlətinə göz dikməyəcəklər.
Peyğəmbəri Əkrəm (s) Məhdi (ə)-ın dövlətinin xüsusiyyətlərini bəyan edərkən buyurur:
«...Allah Taala ehtiyacsızlıq ruhiyyəsini bəndələrin qəlblərində qərar verəcəkdir.»[43]
Halbuki, zühurdan öncə insanlardakı lik və heç bir şeyə qane olmamaq kimi hislər yanlış rəqabətlərin, mal-dövlətin yığılıb anbarlarda bir-birinin üstünə yığaraq ehtiyacsızlara verməməyin əsas amili olacaq.
Bir sözlə, İmam Məhdi (ə)-ın dövranında həm batini, həm də xarici ehtiyacsızlıq hakim olacaqdır. Digər tərəfdən də külli miqdarda mal-dövlət və sərvət ədalətli şəkildə bölüşdürüləcək, qənaət insanların əxlaqi xüsusiyyətinə çevriləcəkdir.
Peyğəmbəri Əkrəm (s) İmam Məhdi (ə)-ın insanlara bəxşiş etməsi söylədiyi kəlamdan əvvəl buyurur:
«Allah Taala Mühəmməd ümmətinin qəlblərini ehtiyacsızlıq hissi ilə dolduracaq, Məhdi (ə)-a məxsus olan ədalət onların hamısını əhatə edəcək, belə ki, həzrəti Məhdi əmr edəcəkdir ki, bir nəfər nida edərək belə desin: «Kimin mal-dövlətə ehtiyacı vardır?» Bundan sonra camaatın arasından yalnız bir nəfər ayağa qalxacaq! İmam ona buyuracaqdır: Xəzinədarın yanına get və ona de ki: «Məhdi fərman verir ki, mənə filan qədər mal verəsən.» Xəzinədar ona deyər: «Paltarını gətir! Sonra onun paltarının arasını mal-dövlətlə doldurar, onu çiyninə alanda peşman olub deyər: «Nə üçün Mühəmməd ümməti arasında mən hamıdan artıq həris olum?!»
Sonra malı qaytarmaq istəyir, lakin ondan qəbul etməzlər. Ona deyilər: Biz əta etdiyimizi bir daha geri götürmərik.»[44]
Qur`ani Kərim üç yerdə və`də vermişdir ki, Allah Taala müqəddəs islam dinini bütün dünya dinlərinə qalib edəcəkdir:
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ...
«O həmin Allahdır ki, Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərmişdir ki, o dini bütün dünya dinlərinə qalib etsin.»[45]
Şəkk yoxdur ki, Allah Taalanın və`dəsi hökmən gerçəkləşəcəkdir və onda pozuntuya yol yoxdur. Çünki Allah Taala buyurur:
...إِنَّ اللّهَ لاَ يُخْلِفُ الْمِيعَادَ
Həqiqətən Allah Öz və`dəsinə xilaf çıxmaz. (Ali İmran 9)
Lakin mə`lum olduğu kimi Peyğəmbəri Əkrəm (s) və ilahi övliyaların göstərdikləri ciddi-cəhdlərin varlığı ilə, belə indiyə qədər və`dəsi verilən bu mübarək gün həyata keçməmişdir[46] və bütün müsəlmanlar buna ümid bəsləyirlər ki, bu gün gəlib çatsın. Əlbəttə, bu real bir arzudan ibarətdir ki, onun kökü məsumların bəyanlarına qayıdır.
Buna əsasən, Allahın bu vəlisinin hakimiyyəti dövründə tohid kəlməsi «Əşhədu əlla ilahə illəllah, Əşhədu ənnə Muhəmmədən rəsulullah şüarı hər yerdə deyiləcək, şirk və küfrdən əsər-əlamət qalmayacaqdır.
İmam Baqir (ə( ayəsinin təfsirində buyurur[47]
وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلّه...
Bu ayənin təvili hələ gəlməmişdir. Bizim Qaimimiz qiyam edən zaman onun zamanını görənlər bu ayənin təvilini görəcəklər və hökmən (o dövürdə) Mühəmmədin dini gecənin çatdığı hər bir yerə çatacaqdır (yə`ni dünya səviyyəli olacaqdır). Belə ki, yer üzərində necə ki, Allah taalanın buyurduğu (və`də verdiyi kimi) şirkdən heç bir əsər əlamət qalmayacaqdır [48]
Əlbəttə, islamın bu cür dünya səviyyəli olması bu müqəddəs dinin haqq və gerçək bir din olması səbəbilədir ki, Məhdi (ə)-ın dövranında daha aşkar şəkildə olacaq, bütün insanları özünə cəlb edəcəkdir, yalnız günahkarlıq və tüğyançılıq üzündən ona qarşı çıxanlar istisnadır ki, Həzrəti Məhdi (ə)-ın qılıncı – Allahın intiqam qılıncı vasitəsilə onlardan intiqam alınacaqdır.
Bu bölmədə araşdırılan axırıncı məsələ bundan ibarətdir ki, İmam Məhdi (ə)-ın hökuməti sayəsində yaranan əqidəvi vəhdət dünya səviyyəli vahid bir cəmiyyətin təşkil olunması üçün çox münasib bir zəminədən ibarətdir və dünya etiqadda həmin yeganəlik və ittihadın ardınca tohid quruluşu və qanunundan ibarət olan bir cəmiyyəti qəbul edəcək, daha sonra onun sayəsində özünün fərdi və ictimai əlaqələrini vahid bir əqidə və məramdan irəli gələn meyarlar əsasında tənzim edəcəkdir. Bu bəyana əsasən, bütün insanların əqidə cəhətindən vahid din bayrağı altında birləşməsi ciddi ehtiyac və zərurətdir ki, İmam Məhdi (ə)-ın hökuməti dövründə bərqərar olunacaqdır.
Məhdi (ə)-ın yaxşılıqların tam mə`nadahəyatın bütün sahələrində əhatəli olduğu hakimiyyəti dövründə ən böyük ilahi ne`mətlərdən, biri kimi, insanın ən ali arzularından olan təhlükəsizlik və asayişin bərqərar edilməsidir.
İnsanlar o zaman vahid bir əqidə və mərama tabe olaraq öz cəmiyyətlərini yüksək əxlaqi prinsiplər əsasında qursa və ədalət onların fərdi və ictimai həyatlarının hər bir sahəsində bərqərar olunsa, onda artıq təhlükəsizliyin aradan getməsi və qorxu üçün heç bir bəhanə yeri qalmayacaqdır. Hər kəs ilahi və insani hüquqlarına nail olduğu, hətta hakimlər təbəqəsindən və ya onlardan aşağı səviyyələrdə belə olmasından aslı olmayaraq təcavüzkarlıqdan və haqqı tapdalamaqdan çəkinərsə, onda ümumi və ictimai təhlükəsizlik qərarlaşacaqdır.
İmam Əli (ə) buyurmuşdur: «Bizim əlimizlə (və bizim hökumətimizdə) ağır günlər ötüb keçəcək... Bizim Qaimimiz qiyam edən zaman kin-küdurətlər qəlblərdən çıxacaq, hətta heyvanlar da bir-biri ilə yanaşı yaşayacaq. (O dövrdə o qədər təhlükəsiz bir mühit icad olunacaqdır ki), qadın özünün bütün zinətləri belə, İraqdan Şama gedəcək və heç bir şey onu qorxutmayacaqdır.»[49]
Əlbəttə, ədalətsizlik, hərislik və kin-küdurətlər dövründə yaşadığımız hazırkı dövrdə belə bir ideal cəmiyyətin təsəvvür olunması çox çətindir, lakin qeyd olunduğu kimi, əgər bütün çirkinliklərin və pisliklərin amillərinə diqqət yetirsək və bu amillərin haqq hökumətinin hakimiyyəti dövründə kökünün kəsiləcəyini nəzərə alsaq, onda biləcəyik ki, əmin-amanlıq cəmiyyətinin gerçəkləşməsinə dair verilən ilahi və`də labüdür.
Allah-Taala Qur`ani-Kərimdə buyurmuş:
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ
«Allah sizdən olub iman gətirənlərə... və`də vermişdir ki, yəqin şəkildə yer üzərində onları xəlifə (və Özünün canişinləri) qərar versin... Qorxuda və nigarançılıqda olduqlarından sonra əmin-amanlıq və asayişi onlara əta edəcək.»[50]
İmam Sadiq (ə) bu ayənin barəsində buyurmuşdur: «Bu ayə Qaim imamın və onun köməkçilərinin barəsində nazil olmuşdur.»[51]
İmam Məhdi (ə)-ın hökuməti dövründə islami və insani elmlərdə çoxlu sirlər kəşf olunacaq, bəşərin elmi təsəvvür olunmayacaq dərəcədə geniş səviyyəli mərhələyə catacaqdır.
İmam Sadiq (ə) buyurur: «Elm və bilik 27 hərfdən ibarətdir, peyğəmbərlərin gətirdikləri(elm) yalnız iki hərfdən ibarətdir. İnsanlar indiyə kimi o iki hərfdən başqa şeylə tanış deyillər. Bizim Qaimimiz qiyam edən zaman qalan 25 hərfi də aşkar edərək camaatın arasında yayacaq, əvvəlki iki hərfi də onlara qatacaq, məcmu halında 27 hərfi yayacaqdır.»[52]
Aydındır ki, elmi inkişaf hər bir sahədə baş verəcəkdir. Çoxlu rəvayətlərdə işarə şəklində qeyd olunur ki, o dövrdəki sənayenin hazırkı sənaye ilə olan fərqi həddindən artıq çox olacaqdır.[53]
Necə ki, hazırkı sənaye və texnologiya əvvəlki əsrlərlə müqayisədə nəzərə çarpacaq dərəcədə fərqlənir.
Burada bə`zi rəvayətləri qeyd edirik.
İmam Sadiq (ə) İmam Məhdi (ə)-ın hökuməti dövründə rabitə əlaqələrinin necəliyi barəsində buyurur: «Qaimin dövranında mö`min yerin şərqində olduğu halda, yerin qərbində olan qardaşını görəcəkdir.»[54]
Həmçinin buyurur: «Bizim Qaimimiz qiyam edən zaman Allah-Taala şiələrimizin eşitmə və görmə qabiliyyətlərini artıracaq, belə ki, o həzrət dörd fərsənglik bir məsafədə öz şiələri ilə danışacaq, onlar da eşidəcək və onun özünü görəcəklər. Halbuki həzrət öz yerində qərarlaşmış olacaq.»[55]
Həzrəti Məhdi (ə)-ın hökumətin rəisi, qərarların qəbul etmə mərkəzi və rəhbəri ünvanı ilə camaatın halından və insanların vəziyyətindən agah olması ilə əlaqədar buyurulur: «Əgər bir kəs öz evində bir söz desə, bundan qorxacaqdır ki, olmaya evinin divarları bu sözü xəbər versin.»[56]
Hazırkı dövrdə kütləvi informasiya vasitələrinə diqqət yetirməklə həmin rəvayətlərin dərk olunması çox asan olur, lakin mə`lum deyildir ki, həmin vasitələrdən daha inkişaf etmiş formada istifadə ediləcəkdir, yoxsa da daha mürəkkəb sistemlər hazırkı dövrdə olan vasitələrin yerinə geçəcəkdir.
Əvvəlki bölmələrdə İmam Məhdi (ə)-ın hökumətinin hədəfləri, proqramları və nailiyyətələri barəsində söhbət olundu. Sonda isə bu hökumətin bə`zi xususiyyətlərini qeyd edirik. O cümlədən, hökumətin sərhədləri, mərkəzi hökumətin müddəti, işçilərin tə`yin edilməsi, onların təqdim edilməsi eləcə də hökumətin böyük rəhbərinin tutuduğu üsblub və s.ni araşdıracağıq.
Şübhəsiz həzrəti Məhdi (ə)-ın hökuməti dünya səviyyəlidir, çünki bütün bəşəriyyətə onun və`dəsi verilmişdir və bütün insanların arzularının həyata keçməsi onun əli ilə olacaqdır. Buna görə də onun hökuməti dövründə yaranacaq gözəlliklər və yaxşılıqlar dünyanın hər bir yerini əhatə edəcəkdir. Çoxlu rəvayətlər bu həqiqəti təsdiqləyir ki, onlardan bə`zilərini qeyd edirik.
A) Bir çox rəvayətlərin məzmunu belədir ki, həzərti Məhdi (ə) yer üzünü haqq-ədalətlə dolduracaq. Necə ki, zülm və haqqsızlıqla dolmuşdur.[57] Yer («ərz») kəlməsi bütün yer kürəsini əhatə edən bir mə`naya malikdir və onun yer kürəsinin hər hansı məhdud bir hisəsinə şamil olmasına heç bir dəlil yoxdur.
B) İmam Məhdi (ə)-ın dünyanın müxtəlif məntəqələrinə hakim kəsiləcəyindən xəbər verən rəvayətlər. Bu da o məntəqələrin geniş səviyyəli olmasından və əhəmiyyətindən söhbət açır və o həzrətin bütün dünyaya hakim kəsiləcəyini göstərir. Bu da bəyan edir ki, rəvayətlərdə bə`zi ölkələrin və şəhərlərin adının qeyd edilməsi xüsusi şəkildə nümunələr və misallar qəbilindən olmuş, eləcə də həmin dövrdə yaşayan dinləyicilərin dərk etmə qüvvəsi nəzərə alınmışdır.
Müxtəlif rəvayətlərdə Rum, Çin, Deyləm, Türk, Sind, Hind, Qostəntəniyyə Kabul, Şah və Xəzərdən İmam Məhdi (ə)-ın hakim kəsildiyi və onun əli ilə fəth edilən məntəqələr ünvanı ilə qeyd edilmişdir.[58]
Qeyd etmək lazımdır ki, həmin məntəqələr İmamların dövründə hazırkı dövrdə olduğundan daha geniş miqyaslı ərazilərə aid edilirdi. Misal üçün, Rum dedikdə bütün Avropaya hətta Amerika qitələrinə də şamil olurdu. Çin dedikdə bütün Şərqi Asiya, hətta Yaponiyaya da şamil olurdu. Eləcə də, Hindistan dedikdə hazırkı Pakistan ölkəsinə də aid edilirdi.
Qostəntəniyyə dedikdə İstanbul şəhəri nəzərdə tutulurdu ki, o dövrdə mövcud olan məntəqə və şəhərlər arasında ən müqavimətli şəhər hesab olunur və həqiqətdə onun fəth olunması ən böyük bir qələbə sayılırdı. Çünki Avropaya daxil olmaq üçün əsl yollardan biri sayılırdır.
Bir sözlə, İmam Məhdi (ə)-ın dünyanın mühüm və həssas məntəqələrinə hakim kəsilməsi onun dünya səviyyəsində olan hökumətinin miqyasını bəyan edir.
V) Birinci və ikinci qismdən olan rəvayətlədən əlavə, çoxlu rəvayətlərdə göstərilir ki, imam Məhdi (ə)-ın hökuməti dünya səviyyəli olacaqdır.
Peyğəmbəri Əkrəm (s) buyurur ki, Allah-Taala belə buyurmuşdur: «Mən Öz dinimi onların 12-ci imamının əli ilə bütün dinlərə qalib edəcəyəm, onların əli ilə Öz fərmanımı (bütün insanlara) hakim edəcəyəm, onların axırıncısının İmam Məhdinin (qiyamı) vasitəsilə yer üzünün hər bir yerini Öz düşmənlərimdən paklayacağam və onu yerin şərqinə və qərbinə hakim edəcəyəm.»[59]
İmam Baqir (ə) buyurur:
اَلْقائِمُ مِنّا... يَبْلُغُ سُلْطانَهُ الْمَشْرِقَ وَالْمَغْرِبَ وَيُظْهِرُاللهُ عَزَّ وَ جَلَّ بِهِ دينَهُ عَلَى الدّينِ كُلِّهِ وَلَوْكَرِهِ الْمُشْرِكُونَ...
«Qaim bizdən (Peyğəmbər xanədanından) olacaqdır... (O bir şəxsdir ki), onun hakimiyyəti aləmin şərqini və qərbini əhatə edəcək, Allah onun əlləri ilə Öz dinini bütün dinlərə qalib edəcəkdir, -hətta müşriklərin xoşuna gəlməsə də belə.»[60]
Amma Məhdi (ə)-ın dünya səviyyəli hökumətinin mərkəzinə gəldikdə isə, tarix də Kufə şəhəri qeyd olunur ki, o zamanda böyük miqyasa malik olacaqdır. Belə ki, bu, onun bir neçə kilometrliyində olan Nəcəf şəhərinə də şamil olur. Məhz buna görə də bə`zi rəvayətlərdə Kufə, bə`zi rəvayətlərdə isə Nəcəf şəhəri imamın hökumətinin mərkəzi kimi qeyd olunmuşdur.
İmam Sadiq (ə) uzun bir hədisdə belə buyurmuşdur: «Onun (Həzrəti Məhdinin) hökumətinin mərkəzi Kufə şəhəri, onun qəzavət etdiyi yer isə Kufənin böyük məscidi olacaqdır.»[61]
Qeyd etmək lazımdır ki, Kufə şəhəri qədim dövürlərdən etibarən Peyğəmbər əhli-beytinin diqqət yetirdiyi bir mərkəz, Həzrəti Əli (ə)-ın hakimiyyət yeri olmuşdur. Onun məşhur məscidi də islam dünyasında dörd böyük məsciddən biridir. İmam Əli (ə) orada namaz qılmış, xütbə oxumuş qəzavət işlərini yerinə yetirmiş və nəhayət, həmin məscidin mehrabında şəhadətə çatmışdır.
Bəşəriyyət çox uzun bir müddətdə -zülm və haqsızlığın hakimiyyətini arxada qoyduqdan sonra, dünya Allahın axırıncı höccətinin zühur etməsi ilə yaxşılıqların hakimiyyətinə doğru gedəcək, hökumət yaxşı insanların əlində qərar tutacaqdır. Bu da Allah-Taalanın və`də verdiyi labud və qaçılmaz işlərdəndir.
Həzrəti Məhdi (ə)-ın hakimiyyəti ilə başlanaraq dünyanın axırına qədər davam edən yaxşılıqlar hökumətində zülmün və zalımların dövranı bir daha təkrar olunmayacaqdır.
Bundan öncə Peyğəmbəri Əkrəmdən (s) nəql etdiyimiz «Allah-Taala axırıncı mə`sum rəhbərin hakimiyyətini müjdə vermişdir» kəlamının axırında buyurulur: «(Məhdi hakimiyyətə çatandan sonra) onun dövləti davam edəcək və qiyamətə qədər yer üzünün hakimiyyətini Özünün dostlarının əli ilə dolandıracağdır.»[62]
Buna əsasən, imam Məhdi (ə) tərəfindən qurulan ədalət qurşluşundan sonra heç bir dövlət gəlməyəcəkdir və həqiqətdə bəşər həyatının yeni bir tarixi başlanacaqdır ki, yer üzünün hər tərəfində ilahi hakimiyyət bərqərar olunacaq.
İmam Baqir (ə) buyurur: «Bizim dövlətimiz dövlətlərin axırıncısıdır və dövlət sahibi olan elə bir xanədan qalmaz ki, bizim hökumətimizdən sonra hakim olsun. Nəhayət (Əhli-beytin hökuməti bərqərar olar və) hökmranlıq üslubunu görən zaman deyərlər: Əgər biz də hakim olsaydıq, belə əməl edərdik.»[63]
Buna əsasən, zühurdan sonra ilahi hökumət quruluşunun davam etmə müddəti imam Məhdi (ə)-ın şəxsən özünün hökumətdə olduğu müddətdən ayrıdır. Rəvayətlərə uyğun olaraq o Həzrət ömrünün qalan hissəsini hakimiyyətdə olacaq və nəhayət dünyadan gedəcəkdir.
Şübhəsiz, o Həzrətin hökumət müddəti o qədər olmalıdır ki, bütün dünya səviyyəsində ədalətin həyata keçməsi və bərqərar olunması üçün imkan mövcud olsun. Lakin bu hədəfin neçə ildə həyata keçməsinə gəldikdə isə, o, təxmini nəzərdən başqa bir şey deyildir və rəvayətlərə müraciət etmək lazımdır.
Əlbəttə, o ilahi rəhbərin qabiliyyətlərinə, o Həzrətin ilahi tofiq və qeybi yardımlarına, eləcə də onun ixtiyarında olan layiqli köməkçilərinə, zühur zamanında insani dəyərlərin və gözəlliklərin hakimiyyətini qəbul etmək üçün hazırlığın olmasına diqqət yetirməklə, mümkündür ki, və`dəsi verilən Həzrət Məhdinin ilahi risaləti nisbətən qısa müddət ərzində baş versin və bəşəriyyətin uzun əsrlər boyu aciz olduqları bir şey on ildən də qısa bir müddətdə baş versin.
Həzrəti Məhdi (ə)-ın hökumətinin davam etmə müddətini bəyan edən rəvayətlər müxtəlifdir: Bə`ziləri o həzrətin hökumətinin müddətini 5 il, bə`ziləri 8 il, bə`ziləri 9 və 10 il bəyan etmişlər. Bə`zi rəvayətlərdə bu müddət 19 ildən bir neçə ay artıq və nəhayət 40 il və 309 il qeyd edilmişdir.[64]
Bundan əlavə, rəvayətlərdə bu qədər fərqlərin səbəbi mə`lum deyildir. O həzrətin hakimiyyətinin həqiqi müddətini bu rəvayətlərin arasından tapmaq çətindir. Amma bə`zi şiə alimləri yeddi il müddətinin məşhur olduğuna görə bu nəzəri seçmişdir.[65]
Bə`ziləri demişlər ki, İmam Məhdi (ə)-ın hökumətinin müddəti yeddi ildir, lakin o həzrətin hökumətinin illərinin hər biri bizim illərin on ilinə bərabərdir ki, bu mətləb də bə`zi rəvayətlərdə qeyd olunmuşdur.
Ravi İmam Sadiq (ə)-dan Həzrəti Məhdi (ə)-ın hökumətinin neçə il davam edəcəyi barədə sual etdikdə İmam buyurdu: «(Həzrəti Məhdi) yeddi il hökumət edəcəkdir ki, sizin dövranınızın yetmiş ilinə bərabərdir.[66]
Mərhum Əllamə Məclisi buyurur: «İmam Məhdi (ə)-ın hakimiyyət müddəti ilə əlaqədar nəql olunan rəvayətlərdə aşağıdakı ehtimallara diqqət yetirmək lazımdır: Rəvayətlərin bə`ziləri isə hökumətin bütün müddətinə işarə edir, bə`ziləri hökumətin səbat və möhkəmliyinə. Bə`ziləri bizim tanış olduğumuz illər və günlərlə, bə`ziləri də o həzrətin dövranına aid olan illər və günlərə müvafiqdir ki, nisbətən daha uzun olacaq. Allah bu məsələnin həqiqətini daha yaxşı bilir.»[67]
Hər bir hakim özünün müxtəlif idarəçilik və hökumət yönlərində xüsusi üslublara malikdir ki, bunun özü də onun hökumətinin imtiyazlarından sayılır. İmam Məhdi (ə) da dünya səviyyəli hökumətin idarə olunmasını öhdəsinə alan zaman özünün dünya səviyyəli quruluşunun tədbir və idarəçiliyində xüsusi üslubdan istifadə edəcəkdir. Keçən bölmələrdə o həzrətin tutduğu üslublardan bə`zilərinə işarə edilsə də, amma mövuzunun əhəmiyyətini nəzərə almaqla münasib görürük ki, bu bölmədə onu ayrıca şəkildə araşdıraq və Peyğəmbəri Əkrəm (s) və imamların dəyərli kəlamlarından İmam Məhdi (ə)-ın hökumət üslubunu daha yaxşı şəkildə anlayaq.
Əvvəldə demək lazımdır ki, rəvayət o həzrətin tutduğu üslubdan ümumi bir təsvir yaradır. O da bundan ibarətdir ki, imam Məhdi (ə)-ın tutduğu üslub elə Peyğəmbəri Əkrəmin (s) üslubudur. Peyğəmbəri Əkrəm (s) özünün zahir olduğu dövrdə cahiliyyətin hər bir yönündə mübarizə aparıb insanın dünya və axirət səadətinə zəmanət verən həqiqi islamı öz mühitində hakim etdiyi kimi, həzrəti Məhdi (ə) da özünün zühuru ilə qədim cahiliyyətdən qat-qat ürək yandıran olan yeni cahiliyyətlə mübarizə apararaq islami və ilahi dəyərləri yeni cahiliyyətin virançılıqları arasında bərqərar edəcəkdir
İmam Sadiq (ə)-dan Həzrəti Məhdi (ə)-ın üslubu barəsində soruşulduqda, buyurdu:
يَصْنَعُ كَما صَنَعَ رَسُولُ اللهِ يَهْدِمُ ما كانَ قَبْلَهُ كَما هَدَمَ رَسُولُ اللهِ اَمْرَالْجاهِلِيَّة وَيَسْتَأْنِفُ الْاِسلامَ جَديداًٍ
«İmam Məhdi (ə) Peyğəmbəri Əkrəm (s) kimi əməl edəcək. Peyğəmbəri Əkrəm (s) (camaatın arasında) mövcud olan cahiliyyət adət-ən`ənələrini məhv edib aradan apardığı kimi, imam (ə) da öz zühurundan əvvəl mövcud olan cahiliyyət adətlərini məhv edəcək, islamı yenidən quracaqdır.» [68]
Bu qeyd olunanlar və`dəsi verilən imamın, öz hakimiyyəti dövründə ümumi və külli siyasətlərindən ibarət idi. Əlbəttə, zaman baxımından şəraitlər bir-birindən fərqli olduğuna görə hökumətin idarəçiliyində və qanunların icra olunma üslublarında dəyişikliklərin olunmasını tələb edir ki, bu da rəvayətlərdə qeyd olunmuşdur. Biz bu böləmədə həmin rəvayətlərin bir qismini bəyan edirik.
Cihad və mübarizə üslubu
İmam Məhdi (ə) özünün dünya səviyyəli iniqilabı ilə küfr və şirki dünyanın hər bir yerindən təmizləyəcək, bütün insanaları müqəddəs islam dininə də`vət edəcəkdir.
Peyğəmbəri Əkrəm (s) bu barədə buyurmuşdur:
«Onun (İmam Məhdinin) tutduğu yol eyni ilə mənim yolumdur: O camaatı mənim dinim və şəriətimdə qərar verəcəkdir.»[69]
Əlbəttə, o həzrət elə bir şəraitdə zühur edəcəkdir ki, haqq tam aşkar şəkildə təqdim olunacaq, dünya insanlarına höccət hər bir cəhətdən tamam ediləcəkdir.
Bununla belə, bə`zi rəvayətlərə əsasən Həzrəti Məhdi (ə) həqiqi və təhrif olunmamış Tövratı və İncili Antakiyadkı bir mağaradan çıxaracaq, onların vasitəsi ilə yəhudilərə və məsihilərə dəlil gətirəcəkdir ki, nəticədə onların çoxu islamı qəbul edəcəklər.[70] Müxtəlif xalqların o dövrdə islama yönəlməsinin səbəbi bundan ibarətdir ki, onların hamısı Məhdi (ə)-a qeybdən yardım olunduğunu, Həzrəti Musanın əsasının, Süleyman peyğəmbərin üzüyünün, Peyğəmbəri Əkrəmin (s) zirehli libası, qılıncı və bayrağının onunla yanaşı olduğunu,[71] eləcə də o həzrətin Allah peyğəmbərlərinin hədəflərinin həyata keçirilməsi, dünya səviyyəli ədalətin bərqərar olunması üçün qiyam etdiyini gördükləri zaman islama daha çox meyl edəcəklər. Aydındır ki, haqq və həqiqətin bütün dünya xalqlarına təqdim olunduğu belə bir şəraitdə yalnız o kəslər dindən kənarda qalacaqlar ki, özlərinin insani və ilahi hüviyyətlərini əldən vermiş olsunlar. Bunlardan da fəsad, zülm və sairdən başqa şeylər gözlənilmir. Həzrəti Məhdi (ə)-ın pak dövləti onların napak və iyrənc varlıqlarında paklanmalıdır. Məhz belə olan yerdə Məhdi (ə)-ın iti ədalət qılıncı, qınından çıxacaq, tam qüdrət və şövkətlə inadkar zalımların başına enəcək, onlardan bir kəs belə sağ qalmayacaqdır. Bu da elə Peyğəmbəri Əkrəm (s) və Həzrəti Əli (ə)-ın tutduğu üslub idi.[72]
İmamın məhkəmə pirinsiplərində tutduğu üslüb
Və`dəsi verilən şəxs ədalətin bütün yer üzərində bərqərar edilməsi üçün ehtiyat saxlanıldığından, bu ilahi vəzifənin yerinə yetirilməsi üçün möhkəm bir məhkəmə sisteminə ehtiyac duyulur. Buna əsasən, o Həzrət bu sahədə də əziz atası imam Əli (ə)-ın tutduğu üsluba əməl edəcək, insanların tapdalanmış haqlarını tam cidiyyətlə və qüdrətlə bərpa etməyə çalışacaq, hər yerdə olursa olsun, haqqı alaraq sahibinə qaytaracaqdır.
O həzrət ədalətə elə dəqiq şəkildə əməl edəcəkdir ki, rəvayətlərə uyğun olaraq, diri insanlar arzu edəcəklər ki, kaş ölülər qayıdaraq onun ədalətinin bərəkətindən bəhrələnəydilər.[73] Bə`zi rəvayətlərdə qeyd edilir ki, İmam Məhdi (ə) qəzavət və mühakimə məqamında həzrət Süleyman və Həzrəti Davud (ə) kimi əməl edəcək, onlar kimi, zahiri şahidlərin şahadətinə görə deyil malik olduğu ilahi elm əsasında əməl edəcəkdir.
İmam Sadiq (ə) buyurmuşdur:
«Ali-Məhəmmədin Qaimi qiyam edən zaman Davud və Süleyman kimi mühakimə yürüdəcəkdir: (yə`ni) heç bir şahid istəməyəcəkdir.»[74]
Bu cür mühakimələrin sirri bəlkə də bu ola bilər ki, o, ilahi elmə etimad etdiyinə görə həqiqi ədaləti bərqərar edəcəkdir, halbuki, zahiri şahidlərə və onların sözlərinə etimad olunsa təkcə zahiri ədalət hakim olacaqdır. Çünki hər bir halda şahidlər insanların arasından olduqlarına görə, səhv və yanlışlıq ehtimalı veriləcəkdir.
Əlbəttə, İmam Məhdi (ə)-ın qeyd olunan üslubdakı qəzavətinin necəliyinə gəldikdə isə, bu barədə nəzər vermək çox çətindir. Lakin bunu anlamaq olar ki, həmin üslub o həzrətin dövranına hakim olan şəraitə uyğun gələcəkdir.
İmamın idarəçilikdə tutduğu yol
Hökumətin mühüm işlərindən biri də qanun icarçılarından işçilərdən ibarətdir. Hökumətin məsuliyyətli işçilərinin layaqətli insanlar olduğu təqdirdə dövlət və xalqın işi çox tez qaydasına düşəcək, hökumətin izlədiyi hədəflərə çatmaq daha asan olacaqdır.
Həzrət Məhdi (ə) dünya səviyyəli bir hökumətin başçısı ünvanı ilə ən yaxşı köməkçilərinin arasından dünyanın müxtəlif məntəqələrinə özünün hakimlər tə`yin edəcəkdir. Onlar islam hakiminin bütün xüsusiyyətlərinə, o cümlədən idarəçilik, elm, təqva niyyətdə və əməldə pak olmaq, qərar qəbul etmək məqamında şücaətli olmaq və s. Bütün bunlarla belə, İmam (ə)-ın özü aləmin idarəçilik mərkəzinin böyük rəhbəri kimi, daim hakimlərin əmələrini nəzarət altına saxlayacaq, tam diqqətlə, heç nəyə güzəşt etmədən onlardan hesab çəkəcəkdir. İmam Məhdi (ə)-ın hökumətindən əvvəl təqribən unudulmuş olan bu mühüm xüsusiyyət rəvayətlərdə «imam Məhdi (ə)-ın əlamətinin biri» ünvanı ilə bəyan edilmişdir. Peyğəmbəri Əkrəm (s) buyurmuşdur:
عَلامَةُ المَهْدى اَنْ يَكُونَ شَديداً عَلَى العُمّالِ جَواداً بِالْمالِ رَحيماً بِالْمَساكين
«Məhdinin əlaməti bundur ki, özünün işçiləri ilə çox şiddətli (və dəqiq) olacaqdır. Onun çox-çox əta edən əli vardır, miskinlərə və yoxsullara qarşı çox mehribandır.»[75]
İmamın iqtisadi üslubu
Hökumətin maddi cəhətdən idarə olunmasında İmam Məhdi (ə)-ın tutduğu yol müsavat və bərabərlik prinsipinə əsaslanır ki, bu da Peyğəmbəri Əkrəmin dövründə də mövcud olan bəyənilmiş bir üslub idi, amma ondan sonra dəyişdirilmiş, ayrı-ayrı şəxslərə saysız-hesabsız sərvət verilməsi üçün yalançı me`yarlar yaranmış və bu da islam cəmiyyətində sinfi ziddiyyətlərin və təbəqələrin arasında parçalanmanın yaranmasına səbəb olmuşdur. İmam Əli (ə) və İmam Həsən (ə) öz xilafətləri dövründə müsəlmanlara beytül-mal verilməsi xüsusunda bərabərliyə riayət etsələr də, lakin onlardan sonra Bəni Üməyyə müsəlmanların mal-dövlətini özlərinin şəxsi əmlakı kimi və eləcə də ayrı-ayrı fərdlərin məsləhətinə uyğun olaraq istifadə etdilər və bu yolla da özlərinin qanunsuz hökumətlərinin əsaslarını möhkəmləndirdilər. Onlar əkinçilik sahələri və başqa yerləri ümumi əmlakdan olduğu halda öz qohum əqrəbalarına hədiyyə edirdilər. Üçüncü xəlifənin, eləcə də Bəni-Üməyyə xəlifələrinin dövründə özünün son hədinə çatan bu üslub tədrciçi olaraq rəsmi şəkildə qəbul edilmişdir.
Ədalət simvolu olan həzrəti Məhdi (ə) insanların beytül malını ümumi və hamının şərik olduğu bir əmlak ünvanı ilə qərar verəcək, onda heç növ ayrı seçkiliyə və yersiz imtiyazlara yol verilməycəkdir. Ümumi sərvətlərin və torpaq ərazilərinin bəxşiş edilməsi ümumi şəkildə qadağan olacaq.
Peyğəmbəri Əkrəm (s) buyurur:
...اِذا قامَ قائمُنا اصْمَحَلَّتْ القَطائِعُ فَلاقَطائِع
«Bizim qaimimiz qiyam edən zaman qətayeni (zalım hakimlərinin öz mülkiyyətinə keçirdiyi, yaxud başqasına həvalə etdiyi torpaq sahələrini) aradan aparacaq, belə ki, heç bir qətaye qalmayacaqdır.»[76]
İmam (ə)-ın maddi və iqtisadi məsələlərdə tutduğu üslubların bariz nümunələri budur ki, bütün insan fərdlərinin həyatı üçün məqbul sayılan rifahın və maddi imkanların yaradılması və ehtiyacların tə`min edilməsi üçün insanlara çoxlu mal-dövlət bağışlayacaqdır. Onun hakimiyyəti dövründə ondan bir şey istəyən hər bir ehtiyaclı şəxsə çoxlu miqdarda mal-dövlət veriləcəkdir.
Peyğəmbəri Əkrəm (s) buyurur:
...فَهُوَ يَحْثُوا الْمالَ حَثْواً
«O (Məhdi) əmvalı (mal-dövləti) çoxlu miqdarda paylayacaqdır.»[77]
Bu üslub fərdi və ictimai zəminələrdə islahat işlərinin aparılmasına şərait yaradacaqdır ki, bu da yaxşı insanların İmamının böyük hədəfidir. O Həzrət insanları maddi cəhətdən ehtiyacsız etməklə yanaşı, onların Pərvərdigari-aləmə itaət və ibadət etməs üçün münasib şərait yaradacaqdır ki, bu da «hökumətin hədəfləri» bölməsində ətraflı şəkildə qeyd olundu.
İmam (ə)-ın şəxsi və eləcə də insanlarla əlaqədar olan rəftarında tutduğu üslub nümunəvi bir islam hakiminin rəftarını bəyan edir ki, hökumət onun nəzərində insanlara xidmət etmək və onları kamalın yüksək həddinə çatdırmaq üçün bir vasitədir, nəinki mal-dövlət toplayıb zülm etmək və Allah bəndələrinin əməyini mənimsəmək!
Doğrusu, saleh insanların imamı hakimiyyət kürsüsündə əyləşən zaman Peyğəmbəri Əkrəm (s) və Əli (ə)-ı xatirələrdə canlandıracaqdır; bütün mal-dövlətin və sərvətlərin onun ixtiyarında olması ilə yanaşı, özünün şəxsi həyatında ən sadə və ibtidai səviyyəli bir şəxs kimi yaşayacaq, minimum miqdarla qənaətlənəcəkdir.
İmam Əli (ə) o həzrəti vəsf edərək buyurur:
«İmam (Məhdi) özü ilə əhd bağalayacaqdır ki, (cəmiyyətin hakimi və rəhbəri olsa da, amma) öz rəiyyəti kimi əməl edəcək, onlar kimi geyinəcək, onların mindiyi miniyə minəcəkdir... və az miqdarla qənaətlənəcəkdir.»[78]
İmam Əli (ə)-ın özü belə idi və maddi dünya həyatında, yeməli və geyməlilər də Peyğəmbər (s) kimi zahidliyə malik idi. Məhdi (ə) da bu xüsusda o həzrətə iqtida edəcəkdir.
İmam Sadiq (ə) buyurmuşdur:
اِنَّ قائِمُنا اِذاقامَ لَبِسَ لِباسَ عَلِىّ وَسارَ بِسيرَتِهِ
«Bizim Qaim qiyam edən zaman Həzrəti Əlinin paltarlarını geyəcək və onun tutduğu üslubla gedəcəkdir.»[79]
Özü barəsində çox ciddiyyətli və dəqiq olduğu halda, ümmətilə mehriban bir ata kimi nəvazişlə davranacaq, onların asayiş, rifah və rahatlığını tə`min edəcəkdir. Belə ki, İmam Riza (ə)-dan nəql olunan bir rəvayətdə o Həzrət belə vəsf edilir:
اَلْاِمام،الْاَنيسُ الرَّفيق وَالوالِدُ الشَّفيق وَالْاَخُ الْشَقيق وَالْأُمُّ البِرَّةِ بِالْوادِ الصَّغير مفْزِعُ الْعِبادَ فِى الدّاهِيةالنّاد
«O imam insanla mehriban yoldaş olan munis, mehriban bir ata, (qardaşına arxa duran doğma) bir qardaş, körpəsinə ürəyiyananlıq və qayğıkeşlik göstərən bir ana kimidir; o, ağır və xoşagəlməz hadisələrdə bəndələrin sığınacağıdır.»[80]
Bəli, o həzrət ümmətlə o qədər səmimi və yaxın əlaqəyə malikdir ki, hamı onu özünə bir pənahgah və sığınacaq hesab edir. Peyğəmbəri Əkrəm (s)-dən nəql olunur ki, Həzrəti Məhdi barəsində belə buyurmuşdur: «Arılar ana arının ətrafına yığışaraq ona sığındığı kimi, ümməti də ona sığınacaqdır.»[81]
O, kamil rəhbərin bir nümunəsi kimi, insanların arasından seçiləcək, onların arasında və onlar kimi yaşayacaqdır. Həmin səbəbə görə də onların dərdlərini yaxşı şəkildə hiss edib çarəsini biləcək, bütün sə`ylərini onların vəziyyətlərinin yaxşılaşdırılmasına sərf edəcək və bu yolda yalnız Allahın razılığını fikirləşəcəkdir. Belə olan halda, ümmət nə üçün onun ətrafında aramlıqda və əmin`amanlıqda olmasın və hansı dəlilə əsasən ondan başqasına ümid bağlasın?!
Hökumətlərin nigarançılıqlarından biri də ümumxalq kütlələrinin razılığını cəlb etməkdir. Lakin onların idarəçilik məcmuələrində mövcud olan çoxlu nöqsanlı hallara və zəifliklərə görə, belə bir razılıq hasil olmamışdır. İmam Məhdi (ə)-ın hökumətinin əsas xüsusiyyətlərindən biri də budur ki, o, cəmiyyətin bütün təbəqələri və sinifləri tərəfindən qəbul ediləcək, təkcə yer əhli deyil, asiman əhli də o ilahi hökumətə və ədalətli hakimin rəhbərliyinə kamil şəkildə razılıq verəcəkdir.
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Məhdini sizə müjdə verirəm... Asimanın və yerin əhli ondan (və onun hökumətindən) razıdır. Necə mümkün ola bilər ki, bir kəs Məhdinin hakimiyyətindən narazı olsun, halbuki bütün dünya əhli bəşəriyyətin məsləhət və səadətinin bütün maddi və mənəvi yönlərdə o həzrət ilahi hökumətinin sayəsində müyəssər olduğunu biləcəkdir.»[82]
Yaxşı olar ki, bu bölmənin axırında Əli (ə)-ın gözəl bir kəlamını qeyd edək.
«Allah onu (İmam Məhdini) Öz mələklərinin vasitəsi ilə dəstəkləyəcək, onun köməkçilərini hifz edəcək və Özünün əlamət və nişanələrinin vasitəsi ilə ona kömək edəcək, onu bütün yer əhlinə qalib edəcək. Belə ki, (hamı) ya tam rəğbət və meyl üzündən, ya da ikrah üzündən ona üz gətirəcək, o, yer üzünü haqq-ədalət və aydınlıqla dolduracaqdır. Şəhərlərin (abadlıqların) əhalisi ona iman gətirəcək, nəhayət ona iman gətirməyən heç bir kafir, yaxşı əməl sahibinə çevrilməyən heç bir pis əməl sahibi qalmayacaqdır. Onun hakimiyyəti dövründə vəhşi heyvanlar da bir-biri ilə barışacaq, yer öz xeyir-bərəkətini çölə çıxardacaq, asiman öz xeyrini nazil edəcək, (yerin) xəzinələri onun üçün aşkar olacaqdır... Xoş olsun o kəsin halına ki, onun dövranını görüb sözlərini eşidə!»[83]
 
[1] Ənfal surəsi, 25
[2] Kəmalud din, 1-ci cild, 30-cu bab, hədis 4, səh. 584
[3] Məfatihul-cinan, «İftitah» duası
[4] Bu ayəni İmam Zaman (ə)-a təfsir edən digər rəvayətlərə diqqət yetirməklə aydın olur ki, bu rəvayətdə «kişilər» dedikdə, məqsəd o həzrətin özü və köməkçiləridir. Əl-burhan, 7-ci cild, səh. 446
[5] Nəhcül-Bəlağə, 138-ci xütbə
[6] Qeybəti-Nömani, 21-ci bab, 3-cü hədis, səh. 333
[7] Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Həqiqətən mən əxlaqi gözəllikləri təkmilləşdirmək üçün (nübüvvətə) seçilmişəm.» «Mizanul-hikmət»-in tərcüməsi 4-cü cild səh 1530
[8] «Sizin üçün Peyğəmbəri Əkrəmdə gözəl nümunələr vardır». Əhzab surəsi, 21-ci ayəyə işarədir.
[9] Biharul-ənvar, 52-ci cild, səh 336
[10] İmam Əli (ə) həzrəti Məhdi (ə)-ı vəsf edərək deyir: «Onun elmi sizin hamınızın elmindən artıqdır» Qeybəti Nömani, 13 bab, hədis 1.
[11] Bihrul-ənvar, 36-cı cild, səh 253, Kəmalud din, birinci cild, 24 bab, 5-ci hədis, səh 487
[12] Qeybəti Nömani, səh. 239, Biharul-ənvar, 52-ci cild, səh. 352
[13] Mizanul-hikmət, hədis 1632
[14] Biharul-ənvar, 78-ci cild, səh. 91
[15] Mizanul-hikmət, hədis 1649
[16] Biharul-ənvar, 58-ci cild, hədis 11, səh. 11
[17] Biharul-ənvar, 10-ci cild, səh. 104; Xisal, səh 626
[18] Kamalud din, birinci cild, bab 32, hədis 16, səh. 603
[19] Qeybəti Nömani, 13 bab, hədis 26, səh. 242
[20] Biharul-ənvar, 51-ci cild, səh. 81
[21] Yenə orada, səh. 390
[22] Kamalud din, 1-ci cild 32-ci bab, hədis 16, səh. 603
[23] Ali-İmran surəsi, 110-cu ayə
[24] Bu vacib əməl barəsində imam Baqir (ə) buyurur
«Əmr be mə`ruf və nəhy əz münkər elə bir vacib əməldir ki, onun vasitəsilə bütün vacibatlar bərqərar edilir.» Mizanul-hikmət, tərcüməsi, 8-ci cild, səh. 3704
[25] Biharul-ənvar, 51-ci cild, səh. 47
[26] Məfatihul-cinan, Nüdbə duası
[27] Biharul-ənvar, 52-ci cild, bab 27, hədis 4
[28] Biharul-ənvar 52-ci cild səh 321
[29] Biharul-ənvar. 52-ci cild, səh. 362
[30] Qur`anda buyurulur:  ان الله يأمر بالعدل والاحسان yə`ni «həqiqətən Allah Taala insanları ədalətə və yaxşılığa əmr edir.» Nəhl surəsi, 90
[31] Biharul-ənvar, 52-ci cild, hədis 71, səh. 336
[32] Kafi, 1-ci cild, 3-cü hədis, səh. 58
[33] Əvvəlki iki bölmədə imam Məhdi (ə)-ın dövranında ədalət və o dövürdə insanların əqli cəhətdən kamala yetmələri barəsində söhbət olundu.
[34] «Həqiqətən mö`minlər bir-biri ilə qardaşdırlar ayəsinə işarədir. Hücurat surəsi, ayə 10
[35] Kamalud din, ikinci cild, 55-ci bab, hədis 7, səh. 548
[36] Biharul-ənvar, 52-ci cild, hədis 164, səh. 372
[37] Yenə orada, hədis 138, səh. 364
[38] Yenə orada, 68-ci hədis, səh. 335
[39] Qeybəti Tusi, hədis 149, səh. 188
[40] Ə`raf surəsi, 96
[41] Müntəxəbül-əsər, 7-ci fəsil, bab 3-4, səh. 589-593
[42] Biharul-ənvar, 52-ci cild, hədis 312, səh. 390
[43] Yenə orada, 51-ci cild, səh. 84
[44] Yerə orada, səh. 92
[45] Tövbə surəsi, ayə 33, Fəth surəsi, 28, Səff surəsi, 9
[46] Bu söz sadəcə bir iddia deyil, tarixi bir gerçəklikdir. Böyük sünni və şiə təfsirçiləri bu barədə söhbət açmışlar. Fəxr Razi təfsir kitabı, 16-cı cild, səh. 40-da Qurtubi öz təfsirində 8-ci cild, səh. 21, Təbərsi Məcməul bəyanda, 5-ci cild, səh. 35-də qeyd etmişlər
[47] «Onlarla (müşriklərlə) yer üzündə fitnə-fəsad qalmayıncaya və Allahın dininin hamılıqla Allaha məxsus olduğu vaxta qədər müharibə aparın.» Ənfal surəsi, 39
[48] Biharul-ənvar, 51-ci cild, səh. 55
[49] Xisal, ikinci cild, səh. 418
[50] Nur surəsi, 55
[51] Qeybəti Nömani, 35-ci hədis, səh. 240
[52] Biharul-ənvar, 52-ci cild, səh. 326
[53] Əlbəttə, mümkündür ki, qeyd olunan rəvayətlər mö`cüzəyə də işarə etsin.
[54] Biharul-ənvar, 52-ci cild, səh. 391
[55] Yenə orada, səh. 336
[56] Yenə orada, səh. 390
[57] Kamalud din, 24-ci bab, hədis 1 və 7
[58] Qeybəti Nömani, Ehticaçi Təbərsi.
[59] Kamalud din, birinci cild, bab 23, hədis 4, səh. 477
[60] Kamalud din, birici cild, bab 32, hədis 16, səh. 603
[61] Bihar, 53-ci cild, səh. 11
[62] Kamalud din, birinci cild, bab 23, hədis 4, səh. 477
[63] Qeybəti-Tusi, 8-ci fəsil, hədis 493, səh. 472
[64] Bu rəvayətlər barədə əlavə mə`lumat almaq üçün «Məhdi (ə)-ın hökumətinə nəzər» adlı kitaba (Nəcmudin Təbəsi) səh. 173-175-ə baxa bilərsiniz.
[65] Seyyid Sədruddin Sədrin «əl Məhdi» kitabı, səh. 239, Tarixi ma bə`d əzzühur, Seyyid Məhəmməd Sədr
[66] Qeybəti Tusi, fəsil 8, hədis 497, səh. 474
[67] Biharul-ənvar, 52-ci cild, səh. 280
[68] Qeybəti Nömani, 13-cü bab, 13-cü hədis, səh. 236
[69] Kamalud din, ikinci cild, bab 39, hədis 6, səh. 122
[70] İsbatul-hüdat, üçüncü cild, səh 249-251
[71] İsbatul hüdat, üçüncü cild, səh. 439-494
[72] Yenə orada, səh. 450
[73] Əl Fitən, səh. 99
[74] İsbatul-hüdat, ikinci cild, səh. 447
[75] Möcəmi əhadisil imam Məhdi, birinci cild, hədis 152, səh. 246
[76] Biharul-ənvar, 52-ci cild, səh. 309
[77] Möcəmul əhadisi İmam Məhdi, birinci cild, səh. 232, hədis, 143
[78] Müntəxəbul-əsər, 6-cı fəsil» 11-ci bab, hədis 4, səh. 581
[79] Vəsailüş-şiə, üçüncü cild, səh. 348
[80] Üsuli kafi, birinci cild, 1-ci hədis, səh. 225
[81] Müntəxəbul-əsər, 7-ci fəsil,7-ci bab, 2 hədis, səh. 598
[82] Bihar, 51-ci cild, səh. 81
[83] İsbatul hüdat, 3-cü cild, səh. 524

«İmam Məhdi (ə) Peyğəmbəri Əkrəm (s) kimi əməl edəcək. Peyğəmbəri Əkrəm (s) (camaatın arasında) mövcud olan cahiliyyət adət-ən`ənələrini məhv edib aradan apardığı kimi, imam (ə) da öz zühurundan əvvəl mövcud olan cahiliyyət adətlərini məhv edəcək, islamı yenidən quracaqdır.»[68]

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.