Bütün zamanlarda Allahın höccətinin yerdə olma zərurəti İmam Əli (ə) dan nəql olunub:

Bütün zamanlarda Allahın höccətinin yerdə olma zərurəti İmam Əli (ə) dan nəql olunub:

Bütün zamanlarda Allahın höccətinin yerdə olma zərurəti

İmam Əli (ə) dan nəql olunub:

“Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil. Ya aşkardır və ictimaiyyət onu tanıyırlar, ya cəmiyyətin gözündən gizlidir. İlahi Höccətlər Tanrının ayələrinin haqq yolunda davam tapması üçün yer əhlinin idarəçiliyinin nigaranıdır. Ta onların zəhmətlərinin nəticəsi hədər getməsin.

İmam Sadiq (ə) Əli (ə) dan Kufə minbərində oxuduğu xütbəni belə nəql edir:

Ey Pərvərdigar sən özün şahidsən ki, yer əhlinin sənin tərəfindən onları hidayət edəcək Höccəti var. Bu Höccət zahirdə onlara tanlşdır. Amma ondan itaət etmirlər. Yaxut Camaatın gözündən gizlindir. Cəmiyyət zühurun intizarındadır. İctimaiyyət sülh və əmn-amanlıqda olanda əgər Höccət onların nəzərindən ğayib olsa, onun bilik və rəftarı möminlərin ürəklərinə çatar. Onlar da ona əməl edərlər.

İmam Həsən Əsgəri (ə) atalarından nəql olunan,

“Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil, Hər kəs ölə və zamanının İmamını tanımaya, cahiliyyət ölümü kimi ölmüşdür”

hədisin barəsində buyurdu:

Bu məsələ haqdır, necə ki cəhənnəmin od və alovu haqdır. Sonra O həzrətdən soruşdular: Ey Peyğəmbər oğlu! Sizdən sonrakı İmam kimdir? Buyurdu:

“Övladım MƏHƏMMƏD, O məndən sonrakı İmam və höccətdir. Hər şəxs ölsə və onu tanımasa cahiliyyət ölüsü kimidir”.

İmam Sadiq (ə) Əli (ə) dan nəql edir ki buyurdu:

“Bilin yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil. Amma zülmlərin və camaatın nadanlığının vasıtəsi ilə Allah Onu camaatın müşahidəsindən gizli saxlayır. Əgər yer bir an belə Allahın höccətindən boş olsa qurluşun itirib, öz əhlini məhv edəcək. Amma Allahın Höccəti camaatı tanıyır. Lakin camaat onu tanımırlar. Necə ki Həzrəti Yusif qardaşlarını tanıyırdı və onlar Onu tanımırdılar.

İmam Sadiqin sayəsində

İmam Sadiq (ə) buyurur:

Hər şəxs bizi ziyarət etməyə qüdrəti yoxsa bizim saleh dostlarımızı ziyarət etsin ki bizim ziyarətin savabı onun üçün yazılsın.

Şeytan öz ordusuna dedi: Adəm övladında üç şeyi əməlini çox saydığını, günahını unutduğunu və xodpəsənd oduğunu gördükdə qorxunuz olmasın nə edir. Çünki heç bir əməli qəbul olunmaz.

Atalarınızla xoşrəftar olun, tainki övladlarınız sizinlə xoş rəftarlıq etsinlər. Digərlərinin qadınlarına nisbət iffətli olun, tainki sizin qadınlarınıza qarşı iffətli olsunlar.

Varlqın dürdanəsini tanımaq üçün bəhanə

İslasm Peyğəmbərinin həyatənə üç mərhələdə araşdırmaq olar:

İlkin mərhələ: Uşaqlıq dövranı.

Mötəbər tarixlərin şərhinə görə Peyğəmbərin uşaqlıq dövranında Ondan bir sıra əlamətlər görsənirdi ki Onun böyük və parlaq gələcəyindən xəbər verirdi.

Səkkiz yaşına qədər Peyğəmbərin kəfilliyini babası Əbu talib öhdəsinə götürmüşdü. Ondan sonra Əbdülmütəllibin vəsiyyəti ilə əmisi Əbutalib öz öhdəsinə götürdü. Əbutalib vəfat edənə qədər Onun himayətindən və xidmətindən əl götürmədi.

İkinci qismət: Uşaqlıqdan besətədək.

Bu zamanda O həzrət yüksək əxlaqa, iffətli, təvazökar, səxavətli, əmanətçi, sədaqətli və məşhur bir şəxs kimi həmçinin Əmin Məhəmməd kimi tanınmışdı.

Ərəblərin böyük qəbilələrinin Həcərül-Əsvəd daşını qoymaq üçün yaranmış ixtilaflarında kı, böyük bir dıyüş gözlənilirdi, Hamı yekdilliklə O həzrəti davər və hakim olmasına razılıq verdilər. Nəticədə ixtilaf da həll oldu.

Bu mərhələdə O həzrət qonaqlıq verərdi. Yetimləri saxlayardı. Kasıblara kömək edərdi. Məzlumlara əlindən gələni əsirgəməzdi. 25 yaşında məşhur və varlı olan 40 yaşlı Xədicə ilə evləndi. Xədicə özünün çoxlu sərvət və imkanlarını sədaqətli şəkildə onun ixtiyarında qoydu. O həzrətdə cəmiyyətin daha yaxşı yaşaması üçün kasıblara infaq edirdi. O qədər dövlət və sərvətlə ürəyi xoşkeçirməyə və əyləncəyə meyillənmədi.

Üçüncü mərhələdə: Besətdən Mədinəyə hicrətədək.

Bu dövranda Uca Allah tərəfindən bəşəriyyətə tərəf Peyğəmbərliyə seçildi. Ən böyük və ən məsuliyyətli vəzifəni öhdəsinə götürdü. “Deyin: La İlahə illəllah nicat tapın” nidası ilə İlahi dəvəti başladı. Bütlərin, Şirkin, batil adətlərin, müxtəlif növlü inancların, istismarın və zalımların batil olacağını elan etdi.

Peyğəmbər əziyyətlərin və məsxərəyə qoyulmaqların içərisində dəvətə başladı. Əli ibn Əbutalibdən və həyat yoldaşı Xədicədən başqa hüç bir ümməti yox idi.

Amma Peyğəmbər təkidlə, ardıcıllıqla və cəsarətlə öz dəvətini davam edirdi. Əli və Xədicə Ona kömək edirdilər. Əli evdən xaricdə və Xədicə evdaxili təbliğata başladılar.

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.