YALANÇI İDDİAÇILAR

YALANÇI İDDİAÇILAR

YALANÇI İDDİAÇILAR

Məhdiçilik məarifinin xəsarətlərindən biri də bu müqəddəs hadisə ilə əlaqədar yalançı iddiaçıların zühur etməsidir. İmam Zaman (ə)-ın qeybdə olduğu uzun müddət ərzində çoxlu adamlar yalandan iddia edərək o həzrətlə xüsusi rabitə də olduğunu demiş, yaxud o həzrətin tərəfindən xüsusi naiblik məqamına çatmasına iddia etmişdir.

İmam Zaman (ə) özünün dördüncü naibinə yazdığı məktubda aşkar şəkildə buyurmuşdur: «Sən altı gündən sonra dünyadan gedəcəksən. Öz işlərini qaydasına sal və özünə canişinlik barəsində bir kəsə vəsiyyət etmə, çünki (artıq) kamil qeybət dövrü gəlib çatmışdır... Gələcəkdə şiələrimdən bə`ziləri (mənimlə əlaqədə olmaq və) məni müşahidə etmək barəsində iddialar edəcəklər. Agah olun! Hər kəs Süfyaninin xürucundan və asimani səsin eşidilməsindən qabaq məni müşahidə etdiyini iddia etsə, yalançıdır.»[1]

Bu aydın bəyanla mə`lum olur ki, hər bir agah şiənin vəzifəsidir ki, İmam Zaman, barəsində, onun xüsusi naiblərindən olmasını, yaxud o həzrətlə xüsusi əlaqəyə malik olmasını idda edənləri təkzib etsinlər, bu kimi dünyapərəst adamların cəmiyyətə nüfuz etməsinin qarşısını alsınlar.

Bu yalançılardan bə`ziləri həddini aşaraq niyabət iddiası etməkdən əlavə, Məhdi olmalarını da iddia etmiş və bu iddianın ardınca inhirafçı və azğın bir firqə və məktəbin əsasını qoymuş, çoxlarının əqidə azğınlığına düşməsinə şərait yaratmışlar.[2] Bu azğın qrpların tarixçəsini araşdırmaqla aydın olur ki, onların çoxu istismarçı qüdrətlərin kömək və himayələri ilə yaranmış və öz həyatlarını davam etdirmişlər.

Aydındır ki, azğınçı firqələrin və qrpların yaranması, avam xalq kütlələrinin yalandan iddia edənlərə etimad etməsi onların cahalət və nadanlığına dəlalət edir. Kifayət qədər mərifət olmadan imam Zaman (ə)-la görüşə şiddətli eşq-məhəbbətin olması yalançı iddiaçıların cəmiyyətə nüfuz etməsinə səbəb olur. Buna əsasən, müntəzir şiələr kifayət qədər agahlıqla öz məhdiçilik məariflərini şeytansifətlərin məkr və hiylələrindən qoruyub-saxlamalı, şiənin qabaqcıl alimlərinə tabe olmaqla öz məktəblərini davam etməlidirlər.
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1-Qur`ani Kərim

2-Məfatihul-cinan

3-Nəhcul-bəlağə

4-İsbatul-hüdat, Məhəmməd ibni Həsən Hürr Amili

5-Əl-ehticac, Əhməd ibni Əli ibni Əbu Talib Təbərsi, Üsvə çapı, Tehran, 1416 hicri qəməri

6-Ədyan və Məhdəviyyət, Məhəmməd Behişti, Kuruşu Kəbir nəşriyyatı, Tehran, 1342

7-Biharul-ənvar, Məhəmməd Baqir Məclisi, Darul-Kutubil islamiyyə nəşriyyatı.

8-Təfsiri-Qurtəbi, Əl Qurtəbi

9-Təfsiri Qummi, Əli ibni İbrahim Qummi

10-Təfsiri Kəbir, İmam Fəxr Razi

11-Xisal, Əbu Cə`fər Məhəmməd ibni Əli ibni Hüseyn ibni Babəveyh Qumi, Camieyi müdərrisin hovzeyi elmiyyeye Qum nəşriyyatı, 1362

12-Çeşm əndaz hökuməti Məhdi, Nəcmuddin Təbəsi, Dəftəri təbliğati islami nəşriyyatı, 1380-cı il

13 Dəlailun-Nübüvvət

14-Razi tuli ömri imam Zaman (ə), Əli Əkbər Məhdi Pur, Tavusi behişt nəşriyyatı, Qum, 1378

15-Ruzigari Pəhayi, Kamil Süleyman, Əli Əkbər Məhdi Purun tərcüməsi, Afaq nəşriyyatı, Tehran 11376

16-Zindeyi Ruzigaran, Hüseyn Freyduni, Afaq nəşriyyatı, Tehran, 1381

17-Səfinətul-Bihar, Şeyx Abbas Qummi, Üsvə nəşriyyatı, Tehran, 1422-ci hicri qəməri.

18-Sünəni ibni Əbu Davud, Əbu Davud Süleyman ibni Əşəs Sicistani Əzudi, Dar ibni Xurrəm nəşriyyatı, Beyrut, 1418-ci hicri qəməri

19-Səhifeyi Nur, İmam Ruhullah əl-Musəvi Əl Xomeyni

20-Əqdud-Dürər, Yusif ibni Yəhya ibni Əli ibni Əbdül-Əziz Şafei, Üsvə nəşriyyatı, Tehran, 1416-cı hicri qəməri

21-İləlüş-şərayi, Əbu Cə`fər Məhəmməd ibni Əli ibni Hüseyn ibni Babəveyh, Mö`minin nəşriyyatı, Qum, 1380

22-Qeybəti Tusi, Şeyxut-Taifə Əbu Cə`fər Məhəmməd ibni Həsən Tusi, Əl Məariful İslamiyə nəşriyyatı, 1714-cü hicri qəməri

23-Qeybəti Nömani, İbnu Əbi Zeynəb Məhəmməd ibni İbrahim ibni Cəfər Katib Nömani, Məhəmməd Cavad Qəffarinin tərcüməsi, Səduq nəşriyyatı, 1376

24-Əl-fitən, Hafiz Əbu Əbdillah Nəim ibni Həmmad Mərvəzi, Tovhid nəşriyyatı, Qahirə, 1412-ci hicri qəməri

25-Kafi, Əbu Cə`fər Məhəmməd ibni Yəqub ibni İshaq Kuleyni Razi, Daru Sə`b nəşriyyatı, Beyrut, 1401-ci hicri qəməri

26-Kəmalud-din, Əbu Cə`fər Məhəmməd ibni Əli ibni Hüseyn ibni Babəveyh Qummi, Pəhləvanın tərcüməsi, Darul-hədis nəşriyyatı, Qum, 1380

27-Əl-müsdədrək, Əl-Hakim Nişapuri

28-Məanil-əxbar, Əbu Cə`fər Məhəmməd ibni Əli ibni Hüseyn ibni babəveyh Qummi

29-Möcəmu əhadisil-imamil-Məhdi, əl-Heyr`ətul elmiyyə, əl-məarifil islamiyyə, 1411-ci hicri qəməri

30-Möcəmul-Kəbir, Təbərani

31-Müntəxəbül-əsər, Lütfullah Safi Gülpayqani, Əs seyyidətül -Mə`sumə nəşriyyatı, Qum 1414-cü hicri qəməri

32-Mizanul-hikmət, Məhəmməd Məhəmmədi Rey şəhri, Həmid Rza Şeyxinin tərcüməsi, darul-hədis nəşriyyatı, Qum, 1377

33-Nəcmus-Saqib, Mirzə Hüseyn Təbərsi Nuri, Məscidi Müqəddəsi Cəmkəran, Qum, 1380

34-Vəsailuş-şiə, İmam Şeyx Məhəmməd ibni Həsən Hürr Amili, Daru ehyait-turasil-ərəbi nəşriyatı, Beyrut
35-Yövmul-xəlas, Kamil Süleyman, Ənsarul-Hüseynis

[1] Kamalud din, ikinci cild, 45-ci bab, hədis 45, səh 294

[2] Bu azğın firqələrdən biri də babilik firqəsidir ki, onun rəhbəri Əli Məhəmməd Bab, əvvəlcə İmam Zaman (ə)-ın naibi olduğunu, daha sonra Məhdi (ə)-ın özü olduğunu, ondan sonra Peyğəmbər olduğunu iddia etmişdir. Bu azğın firqə azğınçı bəhailik və bəhaiyyəti yaratmışdır.

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.