QAİB İMAMIN İNTİZARINDA

QAİB İMAMIN İNTİZARINDA

 

Aləmin böyük xilaskarının şəxsiyyəti, Adəmdən Xatəmə (s) qədər olan peyğəmbərlərin məramlarını həyata keçirən və son ilahi zəxirə olan Həzrət Höccət ibnil-Həsən (ə)-ın həyatı ilə tanış olduqdan sonra onun qeybət dövrü ilə əlaqədar bəhs aparırıq ki, o həzrətin həyatının mühüm bir hissəsini təşkil edir.
Nəzər yetiriləsi ilk məsələ budur ki, hazır olmamaq deyil, qeybət gözlərdən örtülü və pərdə arxasında olmaq mə`nasınadır. Buna əsasən, bu bölmədə İmam Məhdi (ə)-ın camaatın gözündən qeybdə olduğu və onların o həzrəti görmədiyi bir dövr ilə əlaqədar söhbət aparacağıq. Halbuki, o böyük şəxsiyyət camaatın arasında hazırdır, onlarla yanaşı həyat sürür. Bu həqiqət mə`sum imamların rəvayətlərində müxtəlif bəyanlarla irəli çəkilmişdir. İmam Əli (ə) buyurur: «Yüksək məqamlı Allaha and olsun ki, Allahın höccəti camaatın arasındadır və yollarda (küçələr də bazarlarda) gəzib-dolaşır onların evlərinə baş vurur, yerin şərqinə-qərbinə gediş-gəliş edir, camaatın sözlərini eşidir. Onlara salam verir, onları görür və Allahın və`də verdiyi müəyyən vaxta qədər özü görünmür.»[1]
Əlbəttə, o həzrət üçün digər bir qeybət növü də bəyan olunmuşdur.
İmam Zaman (ə)-ın ikinci xas naibi deyir: «İmam Məhdi (ə) hər il həcc mövsümündə iştirak edir. Camaatı görür, onları tanıyır, camaat da onu görür, lakin tanımırlar.»[2]
Buna əsasən, Həzrət Məhdi (ə) barəsində qeybət iki cür baş verir: O həzrət bə`zi hallarda gözlərdən qeybdədir, bə`zi hallarda gözə görünür, lakin tanınmır. Amma hər bir halda camaatın arasındadır.
Qeybət də və gizli şəkildə yaşamaq ilk dəfə və yalnız Allahın sonuncu höccəti barəsində baş verən bir hadisə olmamışdır. Əksinə, çoxlu rəvayətdən mə`lum olur ki, böyük ilahi peyğəmbərlərdən bə`ziləri də öz həyatlarının müəyyən bir hissəsini gizlində, qeybətdə başa vurmuşlar. Bu da Allahın məsləhət və hikmətinə əsasən olmuş, əsla şəxsi bir istək və ailə quruluşundan irəli gələn bir məsləhət olmamışdır. Buna əsasən, qeybət ilahi sünnə və qanunlardan biridir.[3] Bu da Həzrət İdris, Musa, və İbrahim, Yusüf, Musa, Şüeyb, İlyas, Süleyman, Danyal və İsa (ə) kimi ilahi peyğəmbərlər barəsində baş vermiş və bu ilahi səfirlərdən hər biri mövcud şəraitə mütənasib olaraq müəyyən illəri qeybət şəraitində yaşamışlar.[4]
Məhz buna görə də rəvayətlərdə Həzrət Məhdi (ə)-ın qeybəti peyğəmbərlərə baş verən sünnələr ünvanı ilə qeyd olunmuşdur. O həzrətin qeybdə olması dəlillərindən biri də peyğəmbərlərin sünnəsinin o həzrətin həyatında icra olunması qeyd olunmuşdur.
İmam Sadiq (ə) buyurmuşdur: «Həqiqətən, bizdən olan Qaim (İmam) üçün bir qeybət dövrü vardır ki, onun müddəti (çox) uzun olacaqdır.» Ravi deyir: «Bu qeybin səbəbi nədir, ey Rəsulullahın övladı?» Həzrət buyurur: «Allah təala istəyir ki, peyğəmbərlərin qeybətləri ilə əlaqədar sünnətləri o həzrətin barəsində də icra etsin.»[5]
Yuxarıdakı sözlərdən bu məsələ də aşkar olur ki, İmam Məhdi (ə)-ın qeybəti ilə əlaqədar söhbətlər o Həzrətin təvəllüdündən illərlə öncə irəli çəkilmişdir. Peyğəmbəri Əkrəmdən İmam Həsən Əsgəriyə qədər bütün İslam rəhbərləri o həzrətin qeybəti, bə`zi xüsusiyyətləri və qeybət dövründə baş verəcək hadisələr barədə xəbər vermiş, eləcə də o dövrdə mö`min bəndələr üçün müəyyən vəzifələr bəyan etmişlər.[6]
Peyğəmbəri Əkrəm buyurmuşdur: «Məhdi mənim övladlarımdandır... Onun üçün olan qeybət dövründə heyrət (pərişanlıq) olacaq nəhayət camaat öz dinlərindən (çıxaraq) azğınlığa düşəcəklər. O zamanda (İmam Məhdi) nurlu Şəhab kimi gələcək, yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu haqq-ədalətlə dolduracaqdır.»[7]
Doğrusu, belə bir sual yaranır ki, körəsən nə üçün Allahın höccəti və imam qeybdə olmalıdır və hansı səbəbə görə camaat onun zühur bərəkətlərindən məhrum olmalıdır?
Bu mövzu barəsində çoxlu söhbətlər edilmiş və bəhslər aparılmış, eləcə də çoxlu rəvayətlər nəql olunmuşdur, lakin bu sual cavab verməzdən öncə, gərək aşağıdakı əsaslı məsələlərə diqqət yetirək:
Biz inanırıq ki, alim Allah heç bir kiçik və ya böyük işi hikmət və məsləhət olmadan yerinə yetirmir. İstər biz bu məsləhətləri bilək, istərsə də bilməyək.
Eləcə də dünyanın bütün incə və böyük hadisələri Allah təalanın tədbiri və iradəsi ilə həyata keçir ki, onların ən mühümlərindən biri də imam Məhdi (ə)-ın qeybətdə olması hadisəsidir. Buna əsasən, o həzrətin qeybəti də hətta biz onun fəlsəfə və sirrini bilməsək belə hikmət və məsləhət üzündəndir.
İmam Sadiq (ə) buyurur: «Şübhəsiz, Sahibül-Əmr» üçün bir qeybət dövrü vardır ki, hər bir batil əhli onda şəkkə düçar olar.» Ravi qeybətin səbəbinin soruşduqda, Həzrət buyurdu: «Qeybət, sizin üçün bəyan edəcəyimizə icazəimiz olmayan bir işə görədir... Qeybət ilahi sirlərdən olan bir sirdir, lakin biz bilirik ki, böyük Allah hikmət sahibidir və bunu da qəbul edirik ki, Onun bütün işləri hikmət əsasındadır, hətta Onun işlərinin səbəbləri bizim üçün mə`lum olmasa da belə.»[8]
Əlbəttə, çox hallarda Allahın bütün işlərinin hikmət üzündən olduğunu bilən və onların qarşısında təslim olan bir insan aləmdə baş verən hadisələrin sirlərini öyrənmək istəyir ki, bir hadisənin səbəbinə agahlıq tapmaqla qəlbinə daha artıq xatircəmlik gətirmiş olsun. Buna əsasən, Həzrəti Məhdi (ə)-ın qeybdə olmasının tə`sirləri və hikmətləri ətrafında bəhs və təhqiqata başlayır, onunla əlaqədar rəvayətlərə işarə edirik.
Əgər ümmət Peyğəmbərin və imamın qədrini bilməzsə, onların qarşısında olan şə`ri vəzifələrini yerinə yetirməzsə və üstəlik onun əmr və fərmanları qarşısında itaətsizlik edərlərsə, rəvadır ki, Allah onların rəhbərlərini onlardan ayırsın ki, özlərinə gəlsinlər və qeybdə olduğu dövrdə onun varlığının xeyir-bərəkətini və dəyərini dərk etsinlər. Belə olan halda imamın qeybəti ümmətin məsləhətinədir, hətta onlar bunun bilməyib dərk etməsələr belə.
İmam Baqir (ə)-dan belə rəvayət olunur: «Allah bizimlə bir qövmün həmneşin olmasını istəməzsə, bizi onların arasından götürər.»[9]
Əsaslı bir inqilabi dəyişiklik icad etmək istəyənlər hökmən qiyamın əvvəllərində müxaliflərdən bə`ziləri ilə əhd-peyman bağlayırlar ki, öz hədəflərini izləyə bilsinlər. Lakin və`dəsi verilən Məhdi (ə) elə böyük bir islahatçı və xilaskardır ki, dünya səviyyəli ədalət hökumətinin bərqərar olunması və inqilab edilməsi üçün heç bir zalım qüdrətlə saziş etməyəcəkdir. Çünki çoxlu rəvayətlərə əsasən, o bütün zalımlarla qətiyyətlə və aşkar şəkildə mübarizəyə əmr olunmuşdur. Buna görə də inqilabi şəraitin yaranmasına qədər qeybət şəraitində olacaqdır ki, Allah düşmənləri ilə əhd-peyman bağlamaq məcburiyyətində qalmasın.
İmam Riza (ə)-dan nəql olunan bir rəvayətdə qeybətin səbəbi belə bəyan olunur: «Buna görə qeybətdə olacaqdır ki, qılıncla qiyam etdiyi bir zaman bir kəsin onun üzərində bey`əti olmasın.»[10]
İnsanların imtahan və sınaqdan keçirilməsi Allahın əbədi qanunlarından biridir. O, ,Öz bəndələrini müxtəlif vasitələrlə imtahana çəkir ki, onların haqq yolunda nə qədər möhkəm qalmaları mə`lum olsun. Əlbəttə, imtahanın nəticəsi Allah təala üçün mə`lumdur, lakin imtahan nəticəsində möhkəmlənən, əzm və iradəsi güclənən elə bəndələrin özüdür ki, özlərinin vücud cövhərlərini dərk edirlər.
İmam Kazim (ə) buyurur: «Mənim beşinci övladım (nəvəm) qeybə çəkilən zaman öz dininiz barəsində ehtiyatlı olun ki, bir kəs sizi ondan çıxartmasın. Bu əmrin sahibi (İmam Məhdi) üçün bir qeybət dövrü olacaqdır. Bu dövrdə onun ardıcıllarından bir qrupu öz e`tiqadlarından dönəcəklər. Bu qeybət Allah təalanın Öz bəndələrini imtahana çəkdiyi bir sınaq vasitəsidir.»[11]
Peyğəmbərlərin öz qövmlərindən kənara çəkilməsinin səbəblərindən biri də onların öz canlarının qorunub-saxlanması olmuşdur. Onlar təhdid olunduqları şəraitlərdə münasib fürsətlərdə öz ilahi vəzifələrini yerinə yetirmək məqsədi ilə məxfi olurdular. Necə ki, Peyğəmbəri Əkrəm Məkkədən çölə çıxmış və mağarada gizlənmişdi. Əlbəttə bütün bunlar Allah təalanın göstərişi və iradəsi ilə olmuşdur. Bu məsələ Həzrəti Məhdi (ə) və onun qeybətinin səbəbləri ilə əlaqədar çoxlu rəvayətlərdə bəyan olunmuşdur. İmam Sadiq (ə) buyurur: «İntizarı çəkilən imam öz qiyamından əvvəl bir müddət gözlərdən qaib olacaqdır.» Onun səbəbi barəsində soruşulduqda həzrət buyurdu: «Çünki o, öz canından qorxur.»[12]
Allahın həqiqi və seçilmiş bəndələri şəhadət arzusunda olurlar, lakin o şəhadət daha bəyəniləndir ki, ilahi vəzifələrinin yerinə yetirilməsi meydanında, cəmiyyətin və Allah dininin xeyrinə şəhid olmuş olsun. Amma bir şəxsin qətlə yetirilməsi onun qanının hədərə getməsi, hədəflərinin puça çıxması ilə bərabər olduğu zaman qətldən qorxmaq əql ilə uyğun gələn, bəyənilmiş bir işdir. Axırıncı ilahi zəxirə olan 12-ci imamın qətlə yetirilməsi ilahi məramlarının Kə`bə sütunlarının dağılması və bütün peyğəmbərlərin və ilahi övliyaların arzularının puça çıxması, dünya səviyyəli ədalət hökumətinin təşkil olunması ilə əlaqədar ilahi və`dənin gerçəkləşməməsi mə`nasına olacaqdır.
Qeyd etmək lazımdır ki, rəvayətlərdə imam Məhdi (ə)-ın qeybətinin səbəbi barəsində digər bir məsələ də bəyan olunmuşdur ki, ixtisara riayət olunması üçün onları qeyd etmirik. Amma mühüm məsələ budur ki, qeybət ilahi sirlərdən olan bir sirdir, onun əsas və əsil səbəbi zühurdan sonra aşkar olacaqdır. Amma yuxarıda qeyd olunanlar da İmam (ə)-ın qeybətində müəyyən qədər tə`sirlidir.
Yuxarıda qeyd olunan məsələlərə diqqət yetirməklə İmam Məhdi (ə)-ın qeybəti lazım və zəruri bir məsələdir, lakin bizim din rəhbərlərimizin bütün tədbirləri və hərəkətləri camaatın iman və e`tiqad əsasalarının gücləndirilməsi istiqamətində olduğundan, sonuncu ilahi höccətin qeybəti müsəlmanların dindarlığına əvəz olunmaz zərbə vuracağından, qeybət dövranı çox dəqiq proqlamlaşdırma və hesab-kitab üzündən başlanmış və davam etdirilmişdir.
İmam Məhdi (ə)-ın dünyaya gəlişindən uzun illər öncə, onun qeybəti barəsində söhbətlər açılmış, onun zərurəti dillər əzbəri olmuş, mə`sumların məclislərində nəql edilmiş və səhabələr onu bəyan etmişlər. Həmçinin, imam Hadi və İmam Həsən Əsgəri (əleyhüməssəlamın) öz şiələri ilə əlaqə bərqərar etmələri də yeni qaliblərdə və nisbətən daha məhdud səviyyədə baş verirdi. Əhli-beyt məktəbinin ardıcılları get-gedə adət edirdilər ki, özlərin maddi və mə`nəvi ehtiyaclarının çoxunda hazır imamın hüzuruna yetişmək şərəfinə nail ola bilməyəcəkdir. Əksinə, imamların tərəfindən vəkil və e`timad olunası şəxs kimi təqdim olunan kəslərə müraciət etməli və öz vəzifələrinə əməl etməlidirlər. İmam Həsən Əsgəri (ə)-ın şəhadəti və Həzrət Höccət ibnil-Həsən (ə)-ın qeybət dövrünün başlanması ilə, yenə də imamla ümmətin arasında olan əlaqələr tamamilə kəsilməmişdi, əksinə camaat o həzrətin xüsusi naiblərinin vasitəsi ilə öz mövlaları ilə əlaqə yarada bilirdilər. Məhz həmin dövrlərdə şiələr din alimləri ilə daha geniş səviyyəli əlaqə bərqərar etməyə uyğunlaşmışdılar və bilirdilər ki, imamın qeybdə olduğu dövrdə də dini vəzifələrini öyrənmək yolu onlara üzünə bağlanmamışdır.
Bu məqamda münasib idi ki, imam Məhdi (ə)-ın uzun müddətli qeybəti baş versin və imamla şiələr arasında mövcud olan rabitə-əvvəldə adi bir hal olan rabitə-kəsilsin.
İndi qeybətin iki dövrü qısa və uzun dövrünün xüsusiyyətləri barəsində aşağıdakı məsələləri qeyd edirik.
260-cı hicri qəməri ilində İmam Həsən Əsgəri (ə)-ın şəhid olması ilə İmam Zaman (ə)-ın İmamət dövrü başlamışdır. Həmin zamandan e`tibarən o həzrətin qısa müddətli qeybəti –qeybəti-suğra ilə adlanan qeybəti başlanır və 329-cu hicri qəməri ilinə qədər (təqribən 70 il müddətində) davam edir.
Qeybəti-süğranın ən mühüm səciyyəvi xüsusiyyəti budur ki, camaat xüsusi naibləri vasitəsi ilə o həzrətlə əlaqə yaradır, onların vasitəsi ilə o həzrətin peyğamlarını alır, öz suallarının cavabını əxz edirdilər.[13] Bə`zən də imamın naiblərinin vasitəsi ilə o həzrətin şərif hüzuruna yetişmək iftixarına nail olurdular.
İmamın hamısı şiənin böyük alim və şəxsiyyətlərindən, eləcə də o həzrətin seçdiyi adamlardan olan xas naibləri dörd nəfər idi ki, zaman ardıcıllıqları ilə öz naiblik vəzifələrini yerinə yetirmişlər. O cümlədən:
1-Osman ibni Səid Əmri: O, imamın qeybətinin əvvəlindən o həzrətin naibliyini öhdəsinə almış və 265-ci hicri qəməri ilində vəfat etmişdir.
O həm İmam Hadi həm də İmam Həsən Əsgəri (ə)-ın naibi olmuşdur.
2-Məhəmməd ibni Osman Əmri: O da birinci naibin övladı idi ki, atasının vəfatından sonra naiblik məqamına çatmış və 305-ci hicri qəməri ilində vəfat etmişdir.
3-Hüseyn ibni Ruh Nobəxti: O, 21 il naiblikdən sonra 326-cı hicri qəməri ilində dünyadan getmişdir.
4-Əli ibni Məhəmməd Səmuri: O da 329-cu hicri qəməri ilində dünyadan getmiş və onun vəfatı ilə kiçik qeybət dövrü sona çatmışdır.
İmamın xas naiblərinin hamısı İmam Həsən Əsgəri və İmam Məhdi (ə)-ın vasitəsi ilə seçilmiş və camaata təqdim edilmişdi. Şeyx Tusi «Əl-Qeybət» kitabında rəvayət edir ki, bir gün şiələrdən 40 nəfər Osman ibni Səidin (birinci naibin) vasitəçiliyi ilə imam Həsən Əsgərinin hüzuruna gəldilər. İmam öz övladını onlara göstərərək buyurdu: «Məndən sonra bu (uşaq) sizin imamınızdır, ona itaət edin... Bilin ki, bu gündən e`tibarən onu, ömrü kamal həddinə çatana qədər görməycəksiniz. Belə isə, (onun qeybətdəki dövründə) Osman ibni Səidin dediklərini qəbul edin, ona itaət edin; çünki o, sizin imamınızın canişinidir və işlər onun əli ilə baş verir.»[14]
Başqa bir rəvayətdə İmam Həsən Əsgəri (ə) ikinci naib olan Məhəmməd ibni Osmanın İmam Məhdi (ə)-a naib olmasını aşkar şəkildə buyurmuşdur.
Mərhum Şeyx Tusi yazır:
Osman ibni Səid Həzrəti imam Həsən Əsgəri (ə)-ın göstərişi ilə Yəmən şiələrinin gətirdikləri mal-dövləti (xümsu) təhvil aldı. Bu hadisənin şahidi olan bir neçə nəfər imama dedilər: «Allaha and olsun! Osman bizim şiələrimizin ən yaxşısıdır. Lakin bu işlə onun məqamı bizim üçün daha da aydın oldu.»
İmam Əsgəri (ə) buyurdu: «Bəli, şahid olun ki, Osman ibni Səid Əmri mənim vəkilimdir Onun oğlu Məhəmməd də oğlum Məhəmmədin vəkili olacaqdır.»[15]
Bunlar imam Məhdi (ə)-ın qeybə çəkilməsindən əvvəlki dövrlərə aid idi. Kiçik qeybət dövründə naiblərdən hər biri öz vəfatından öncə İmam Məhdi (ə) tərəfindən tə`yin olunan sonrakı naibi camaata tanıtdırırdılar,
Bu böyük şəxsiyyətli insanlar gözəl əxlaqi səciyyələrə və gözəl ruhiyəyə malik olduqlarına görə, İmam Əsr (ə)-ın naibliyinə ləyaqət tapmışdılar. Əmanətdarlıq, pak-pakizəlik, əməl və rəftarda ədalət, sirr saxlamaq, məxfi işləri görməyi bacarmaq, Əhli-beyt (əleyhimus-səlamın) sirlərini İmam Zaman (ə)-ın dövrünə məxsus olan belə bir ağır şəraitdə gizlətmək və s. onların mühüm xüsusiyyətlərindən olmuşdur. Onlar imamın etimad etdiyi və xatircəm olduğu şəxslər, Peyğəmbərin pak xanədanının məktəbində tərbiyə almış insanlar idi. Onların bə`ziləri 11 yaşından e`tibarən imamların nəzarət və tərbiyəsi altında olmuş, güclü imanla yanaşı, öz vücudlarını da kamal həddinə çatdırmışdılar. Onların gözəl və pak adları dillər əzbəri idi, səbir, helm, çətinliklərə dözmək, müşküllər qarşısında müqavimət göstərmək onların bütün varlıqları ilə qaynayıb-qarışmışdı. Belə ki, onlar ən çətin şəraitlərdə də öz imamlarına mütləq şəkildə itaət edirdilər. Bütün bu gözəl sifətlərlə yanaşı gözəl idarəçilik və şiələrin rəhbərliyini də öhdələrinə almışdılar. Onlar kamil agahlıq və fəhm qüvvəsi ilə, zamanın həssaslığını dərk etməklə və mövcud imkanlardan bəhrələnməklə şiə cəmiyyətini Allahın yoluna hidayət edir, onları kiçik qeybət dövrünün enişli-yoxuşlu yollarında düzgün şəkildə istiqamətləndirirdilər.
Kiçik qeybət dövrünün və naibin ümmətlə imam arasında rabitə yaratmaqda ifa etdikləri mühüm rolun dəqiq şəkildə araşdırılması İmam Zaman (ə)-ın həyatının bu dövrünün əhəmiyyətini gözəl şəkildə çatdırır. Bu kimi əlaqələr və eləcə də bə`zi şiələrin də kiçik qeybət dövründə imamın hüzuruna çatması 12-ci imam və Allah təalanın bəndələrə olan son höccətinin təvəllüdünün isbat olunmasında çoxlu tə`sirlərə malik idi və bu mühüm nəticə o zaman baş vermişdi ki, düşmənlər İmam Həsən Əsgəri (ə) üçün bir övladın dünyaya gəlməsi ilə əlaqədar şiələri şəkk-şübhəyə salmaq istəyirdilər. Bundan əlavə, bu dövr böyük qeybət dövrünün başlanmasına münasib bir zəmin yaratmışdı ki, o dövranda camaat xüsusi şəxslərin vasitəsi ilə öz imamları ilə hər növ əlaqə yaratmaqdan məhrum idilər. Lakin tam xatircəmlik və əminliklə imamın varlığına inanılar və onun hazır olmasına və xeyrir-bərəkətlərindən bəhrələnmələrinə iman bəsləyirdilər.
4-cü naibin ömürünün axır dövrlərində İmam Zaəman (ə)-dan ona xitabən belə bir məktub gəldi: «Bismillahir-Rəhmanir-Rəhim. Ey Əli ibni Məhəmməd Səmuri! Allah sənin vəfatının müsibətində sənin din qardaşlarına böyük mükafat versin! Çünki sən altı gündən sonra axirət aləminə səfər edəcəksən. Buna görə də öz işlərini sahmana sal və özündən sonra canişin barəsində bir kəsə vəsiyyət etmə! Çünki kamil (və uzun) qeybət dövrü gəlib çatmışdır. Bundan sonra yalnız Allah fərman verdiyi zaman mənim üçün zühur gözləniləcəkdir. Bu da uzun müddət keçdikdən sonra olacaqdır ki, nəticədə qəlblər çətinliyə düşərək, qəsavət bağlayacaq, yer üzü zülm və haqsızlıqla dolacaqdır.»[16]
Buna əsasən, İmam Zaman (ə)-ın axırıncı naibinin 329-cu ildə vəfat etməsi ilə «qeybəti kubra» adı ilə məşhur olan uzunmüddətli qeybət dövrü başlanır. Bu dövran Allah təalanın istədiyi bir vaxta qədər davam edəcəkdir, nəhayət Allah təala qeybət buludlarını kənara çəkəcək, vilayət günəşinin nurani işıqları dünyanı birbaşa şəkildə işıqlandıracaqdır.
Yuxarıda qeyd olunduğu kimi, kiçik qeybət dövründə şiələr xas naiblərinin vasitəsi ilə imamla əlaqə yaradır, özlərinin ilahi vəzifələri ilə tanış olurdular. Lakin böyük qeybət dövründə bu növ rabitələr kəsilmişdir. Mö`min insanlar öz dini vəzifələri ilə agah olmaq üçün yalnız o həzrətin ümumi naiblərinə –böyük din alimlərinə və mərcəyi-təqlidlərə müraciət edirlər. Bu da aydın bir yoldur ki, İmam Məhdi (ə) onu şiələr içərisində etimad etdiyi böyük bir şəxsiyyətə yazdığı məktubda bəyan etmişdir. İkinci naibin vasitəsi ilə camaata çatdırılan bu məktubda belə qeyd olunur:
وَاَمَّا الْحَوادِثُ الْواقِعَةِ فَارْجعُوا فيها اِلى رُواةِ حَدِيثِنا فَاِنَّهُم حُجَّتى عَلِيْكُم وَأَنَا حُجَّةُ اللهِ عَلَيهم...
«Amma gələcəkdə baş verən hadisələrə gəldikdə isə, (müxtəlif şəraitlərdə öz ilahi vəzifələrinizi tanımaq üçün) bizim hədisləri rəvayət edənlərə (fəqihlərə) müraciət edin. Çünki onlar mənim sizə olan höccətimdir, mən də Allahın onlar üzərində olan höccətiyəm...»[17]
Şiələrin dini suallarına cavab verilməsi, bundan da mühüm olan şey İmam Zaman (ə) kamil qeybət də olduğu bir vaxtda onların fərdi və ictimai vəzifələrini aydınlaşdırıb sualların cavab verilməsi üçün bəyan olunan bu yeni üslub bu həqiqəti çatdırır ki, şiə mədəniyyətində imamət və rəhbərliyin mütərəqqi quruluşu tamamilə canlıdır, müxtəlif şəraitlərdə camaatın hidayət və rəhbərliyini ən gözəl üslublarla yerinə yetirir və heç bir dövrdə məktəb ardıcıllarını hidayətedici bir mənbə olmadan öz başlarına buraxmamışdır. Əksinə, onların işlərinin həyatlarının ictimai və fərdi yönlərində idarə olunmasını dinşünas və əmanətdar alimlərə həvalə etmişdir ki, islam cəmiyyətinin gəmisi dünyanın tufanlı və təlatümlü dəryalarında, istismarçı qüdrətlərin hoqqabazlıq siyasətləri və s. kimi hadisələr qarşısında qoruyub-saxlasın, şiələrin e`tiqad sərhədlərinin geşiyini çəksin.
İmam Hadi (ə) qeybət dövründə din alimlərinin ifa etdiyi mühüm rolu bəyan edərək buyurmuşdur: «Əgər imam Məhdi (ə)-ın (böyük) qeybətindən sonra camaatı öz imamlarına doğru çağırıb hidayət edən, möhkəm ilahi dəlil və höccətlərlə dini (Allahın dinini) himayə edən alimlər olmasaydı; həmçinin əgər Allah bəndələrini şeytanın və şeytansifətlərin tələsinə düşməkdən qoruyan, onları Əhli-beyt düşmənlərinin düşmənçiliklərindən nicat verən ayıq alimlər olmasaydı, onda elə bir şəxs qalmazdı ki, Allah dinindən çıxmamış olsun! Lakin onlar şiələrin qəlblərini (əqidə və fikirlərini) möhkəm şəkildə əllərində saxlamışlar, necə ki, gəmiçi gəminin sükanını möhkəm şəkildə əlində saxlayıb. O alimlər Allah dərgahında bəndələrin ən yaxşılarıdır.»[18]
Diqqət yetirilməli məsələ cəmiyyət rəhbərinin malik olmalı olduğu xüsusiyyət və şərtlərdən ibarətdir. Çünki insanların din və dünya işlərindəki ixtiyarını bir və ya bir neçə şəxsə həvalə etdikdə onlar həmişə tam diqqətlə, düzgün ayırd etməklə və dəqiq şəkildə bu işi öhdələrinə almalıdırlar. Həmin səbəbə görə də məsum imamlar dini mərcəiyyəti, habelə ondan da yüksəkdə olan müsəlmanların vəliyyi-əmri (vilayəti-fəqih) məqamı üçün son dərəcə yüksək olan xüsusiyyətlər bəyan etmişlər. İmam Sadiq (ə) buyurur: Camaata vacibdir ki, fəqihlər və din alimləri arasında özlərini (böyük və kiçik günahlar qarşısında) saxlaya bilən, dinin və ayinin (özünün və camaatın etiqadlarının) keşiyini çəkən, öz şəxsi meyl və istəkləri ilə müxalifət edən, yalnız mövlasının (İmami Əsrin) göstərişlərinə itaət edənlərə onlara itaət etsinlər. Şiə fəqihlərinin hamısı deyil, yalnız bə`ziləri belədir.»[19]
Yüz illərdir ki, bəşər cəmiyyəti Allahın sonuncu höccətinin zühur feyzindən məhrum olmuş və islam ümməti öz asimani və mə`sum rəhbərlərinin məhzərinə yetişməkdən bəhrəsiz qalmışlar. Doğrusu, belə bir sual yaranır ki, görəsən onun qeybdə olması və məxfi şəkildə yaşamasının, hamının nəzərindən uzaqda olmasının aləmdə olanlar üçün nə kimi faydası vardır? O zühura yaxın dövrlərdə dünyaya gəlsəydi və şiələr qeyb dövrünün ağır ruzigarlarının şahidi olmasaydı, yaxşı olmazdımı?!
Bu və bunun kimi çoxlu suallar sual edən şəxsin imam və Allahın höccətinin məqamına olan agahsızlığından və mə`lumatsızlıqdan irəli gəlir. Görəsən varlıq aləmində imamın mövqeyi necədir? Onun vücud əsərlərinin hamısı onun aşkar olmasına bağlıdırmı? Yoxsa o yalnız camaatın rəhbərliyi üçündür? Yaxud onun vücudu bütün varlıqlar üçün xeyri-bərəkət mənşəyidir?
Şiələrin nəzərində, eləcə də dini tə`limlərə əsasən imam Allah təalanın bütün dünya varlıqlarına feyz çatdırması vasitəsidir. O, varlıq aləmində əsas mehvərdir, onun varlığı olmadan aləm və insanlar, cin və mələk, heyvan və sair cansızlar vücuda gəlməz.
İmam Sadiq (ə)-dan soruşdular ki, İmam olmadıqda yer öz varlığını davam etdirə bilərmi? Həzrət buyurdu: «Əgər yer imamsız qalarsa hökmən batar.»[20]
İmamın Allahın peyğamlarını camaata çatdırmaqda və onları insani kamala doğru hidayət etməkdə bir vasitə olması, hər bir lütf, mərhəmət və feyzin də məhz onun vasitəsi ilə insanlara və bütün varlıqlara çatması aydın bir məsələdir. Çünki Allah təala əvvəldə peyğəmbərlərin, sonra da onların canişinlərinin vasitəsi ilə insanları hidayət etmişdir. Amma mə`sumların kəlamından aydın olur ki, İmamların vücudları bütün varlıq aləmində ne`mət və feyzin Allah tərəfindən böyüklü-kiçikli hər bir varlığa çatmasında vasitə ünvanını ifadə edirlər. Daha aşkar şəkildə desək, bütün varlıqların əxz etdikləri ilahi ne`mət və feyzlər imamların vasitəsi ilə əldə olunur. Onların həm əsil vücudları imamın vasitəsilədir, həm də həyatları dövründə istifadə etdiklər ne`mətlər və başqa bəhrələr.
Tam mə`nada imamşünaslıq dərsi olan «Camieyi kəbirə» duasında deyilir:
بِكُمْ فَتَحَ اللّهُ وَبٍكُمْ يَخْتِمْ وَبِكُمْ يُنَزِلُ الغَيْثَ وَبِكُمْ يُمْسِكُ السَّماءَ اَنْ تَقَعَ عَلَى الاَرضِ اِلاّ بِاِذْنِهِ
«(Ey alicənab imamlar!) Allah sizin vasitənizlə (aləmi) başlamışdır və sizin vasitəsinizilə də sona çatdıracaqdır, sizin varlığınızın səbəbi ilə yağış nazil olur, sizin vücudunuzun bərəkətindən asimanın yer üzünə düşməsinin qarşısı alınır, yalnız Onun iradəsi istisnadır.»[21]
Buna əsasən, imamın varlıq əsərləri təkcə onun zühur səhnəsində və aşkar olanlarla bitmir; əksinə onun aləmdəki vücudu, hətta qeybət dövründə yaşadıqda belə, bütün varlıqların və ilahi məxluqların həyatının mənşəyidir. Allahın Özü də belə istəmişdir ki, ən kamil və ən yüksək varlıq olan imam, ilahi feyzi ne`mətlərin başqa məxluqlara çatmasında vasitə olsunlar və bu məsələdə onun qeybdə, yaxud zahirdə olması arasında heç bir fərq yoxdur. Bəli, bütün varlıqlar imamın vücud əsərlərindən bəhrə alır və İmam Məhdi (ə)-ın qeybəti bu işə xələl yetirmir.
İmam Məhdi (ə)-dan qeybət dövründə müsəlmanların o həzrətdən necə faydalanmaları barəsində sual olunduqda, belə buyurdu:
وَاَمّا وَجهُ الاِنْتِفاعَ بى فى غَيْبَتى فَكَاالاِنْتِفاعِ بِالشَّمسِ اِذا غَيَّبَتْها عَنِ الاَبصارِ السَّحابُ
«Qeybətdə olduğum dövrdə məndən bəhrələnmək buludlu havada gözlərdən məxfi olduğu halda günəşdən bəhrələnmək kimidir.»[22]
İmamın özünün günəşə, onun qeybətinin isə günəşin bulud arxasında gizlənməsinə oxşadılmasında çoxlu mühüm məsələ vardır ki, onlardan bə`zilərinə işarə edirik.
Günəş, öz sistemində mərkəzdə qərar tutmuşdur, sair kürələr (planetlər) və səyyarələr onun ətrafında hərəkət edir. Belə ki, İmam Əsr (ə)-ın əziz vücudu da varlıq aləminin mehvəri və mərkəzi hesab olunur.
بِبَقَائِهِ بَقِيَتِ الدُّنيا وَبِيُمْنِهِ رُزِقَ الوَرى وَبِوُجُودِهِ ثَبَبَتَتِ الاَرْضُ السَّماء
«Yalnız onun olması (qalması) səbəbi ilə dünya baqi qalır və onun vücudunun bərəkətinə aləmə ruzi verilir, onun xatirinə yer və göylər möhkəm və sabit qalmışdır.»[23]
Günəş bir an olsun belə, öz nurunu kainata saçmaqdan əsirgəmir və hər kəs günəşlə malik olduğu əlaqə miqdarında onun nurundan bəhrələnir. Belə ki, Vəliyyi -Əsir İmam Zaman (ə)-ın vücudu da bütün maddi və mə`nəvi ne`mətlərin əxz olunmasında bir vasitədir ki, Allah tərəfindən dünya varlıqlarına əta olunur, lakin hər kəs özünün o kamal mənbəyi ilə olan əlaqəsi miqdarında ondan bəhrələnir.
Əgər bulud arxasında olan günəşsiz belə, soyuqluğun və qaranlığın şiddəti yer üzünü, məskunlaşmaq üçün yararlı olmayan bir hala salar. Aləmdə imamın vücudundan məhrum qalsa – hətta qeybət pərdəsinin arxasında olsa belə bütün növ çətinliklər və bəlaların hücum etməsi həyatı qeyri-mümkün edər.
O həzrətin Şeyx Müfidə yazdığı bir məktubda şiələrinə belə buyurur:
اِنّا غَيْرُ مُهْمِلينَ لِمُراعاتِِكُمْ وَلاناسينَ لِذِكْرِكُمْ وَلَوْلا ذالِكَ اَنَزَلَ بِكُمُ الّلأواءَ وَاصْطَلَمَكُمْ الْأَعْداء
«Biz heç vaxt sizi öz halınıza buraxmamışıq və heç vaxt sizi unutmamışıq. Əgər (bizim daimi nəzərlərimiz) olmasaydı hökmən çoxlu çətinliklər və bəlalar sizə hücum edər, düşmənlər sizi məhv edərdi.»[24]
Deməli, imamın vücud günəşi aləmə vücud nuru verir, bütün varlıqlara feyz çatdırır, bütün bəşəriyyət və xüsusilə müsəlmanlar, şiələr, eləcə də ona e`tiqadlı olan sair insanlar üçün daha artıq xeyir-bərəkət gətirir ki, onun nümunələrini aşağıda qeyd edirik:
Həyatın mühüm sərmayələrindən biri də ümiddir. Ümid-həyat, təravətlilik və inkişaf səbəbidir. Ümid-hərəkət edib tədbir görmək amilidir. Aləmdə imamın varlığı aydın gələcəyə və eşqlə yanaşı olan həyata ümid verir. Şiələr 1400 illik tarix boyunda daim müxtəlif bəlalalara, çətinliklərə düçar olmuşlar. Onları öz yerində möhkəm və müqavimətli edən, düşmənlər qarşısında təslimə, sazişə vadar etməyən və daim hərəkətə sə`y və fəaliyyətə vadar edən böyük qüvvə də məhz mö`minlərin və din ardıcıllarının gələcəyə nikbin baxışla ümidvar olmalarıdır. Elə bir gələcək ki, xəyali və əfsanəvi deyildir. Elə bir gəlcək ki, çox yaxındır və daha da yaxın ola bilər. Çünki qiyamın rəhbərliyini öhdəsinə alacaq şəxs diridir və hər an qiyam etməyə hazırdır. Biz də özümüzü bu qiyam üçün hazırlamalıyıq.
Hər bir cəmiyyət öz təşkilatını qoruyub-saxlamaq və nəzərdə tutulan məqsədə və mərama çatdırmaq üçün öz yolunu davam etdirməkdə agah bir rəhbərə ehtiyac duyur ki, onun rəhbərliyi və nəzarəti altında düzgün yolda hərəkət edə bilsin. Rəhbərin varlığı insanlar üçün böyük bir mə`nəvi arxadır ki, tənzim olunmuş və dəqiq bir təşkilatçılıqla əvvəldə ki, nəaliyyətləri qoruyub-saxlasın, gələcək proqramların güclənməsinə sə`y göstərsin. Canlı və fəal bir rəhbər, hətta cəmiyyət fərdlərinin arasında olmasa da ümumi hərəkət yollarını təqdim və əsil hərəkət proqramının bəyan edilməsində heç vaxt səhlənkarlıq etmir, müxtəlif vasitələrlə azğın yolları tanıtdırır və onların qarşısında xəbərdarlıq edir.
İmam Zaman (ə) qeybdə olsa da onun vücudu şiə məktəbinin qorunub-saxlaması üçün ciddi bir amildir. O öz düşmənlərinin hiyləgərlik və məkirli palanlarından tam mə`nada agah olmaqla yanaşı, müxtəlif üslublarla şiələrin ideoloji sərhədlərinin keşiyini çəkir, din düşmənləri müxtəlif vasitələrlə camaatın e`tiqadi əsaslarını və məktəb prinsiplərini hədəf tutduqları zaman alimləri və seçilmiş şəxsiyyətləri hidayət etməklə düşmənin nüfuz etməsinin yolunu bağlayır.
Nümunə üçün, Həzrəti Məhdi (ə)-ın Bəhreyn şiələrinə göstərdiyi yolu Əllamə Məclisinin dilindən eşidək:
Keçmiş dövrlərdə Bəhreynə nasibi bir şəxs hökmranlıq edirdi. Onun vəziri şiələrlə düşmənçilikdə həddindən artıq irəliləmişdi. Bir gün vəzir hakimin yanına gəlib ona əlinə bir nar verir ki, onun üzərində təbii şəklidə
لا اله الا الله، محمّد رسول الله و ابوبكر و عمر و عثمان وعلي خلفاء رسول الله
«Allahdan başqa mə`bud yoxdur, Muhəmməd onun Rəsuludur Əbu Bəkir, Ömər, Osman Əli Rəsulullahın xəlifəsidir» kəlmələri yazılmışdı. Hakim onu görməklə heyrətə düşür və vəzir deyir: «Bu, şiə məktəbinin batil olmasına dair ən güclü və aşkar bir dəlildir. Sənin Bəhreyn şiələri barəsindəki nəzərin nədir? Biz onları çağırıb bu nişanəni onlara göstərməliyik. Əgər onu qəbul etsələr öz məzhəblərindən dönmüş olarlar. Əks halda, onları üç şeydən birini seçməyə vadar edərik: Ya qaneedici bir dəlil gətirsinlər, ya cizyə versinlər,[25] yaxud da (bu ikisini etməsələr) kişilərini öldürüb qadınlarını və uşaqlarını əsir edərik, mal-dövlətlərini isə qənimət alarıq.»
Hakim onun rə`yini qəbul edib, şiə alimlərini öz yanına çağırır. Sonra narı onlara göstərərək deyir: «Əgər bu dəfə aydın bir dəlil gətirməsəniz, ya sizi qırıb qadınlarınızı və uşaqlarınızı əsir alacağıq, yaxud da bizə cizyə verəcəksiniz.» Şiə alimləri ondan üç gün möhlət istəyirlər. Bu qədər müzakirə apardıqdan sonra bu nəticəyə çatırlar ki, öz aralarından on nəfər saleh və təqvalı şəxsi seçsinlər. Sonra on nəfərin arasından üç nəfəri seçir və o üç nəfərdən birinə deyirlər: «Bu gün səhraya get və İmam Zaman (ə)-a istiğasə et, bu müsibətdən çıxış yolunu ondan soruş. Çünki o bizim İmamımız və sahibimizdir.»
O alim belə edir, lakin İmamın ziyarətinə nail ola bilmir. İkinci gecə də ikinci alimi göndərirlər, o da heç bir müsbət cavab almadan qayıdır. Üçüncü gecə üçüncü şəxsi-Məhəmməd ibni İsa adlı bir alimi göndərirlər. O, səhraya gedib ahu-nalə etməklə İmam Zaman (ə)-dan kömək istəyir. Gecənin axırında eşidir ki, bir nəfər ona xitab edərək deyir: «Ey Məhəmməd ibni İsa, nə üçün bu haldasan, nə üçün səhraya gəlmisən?!» Məhəmməd ibni İsa o kişidən istəyir ki, onunla heç bir işi olmasın. O isə buyurur: «Ey Məhəmməd ibni İsa! Mənəm Sahibəz-Zaman! Öz istəklərini de.» Məhəmməd ibni İsa deyir: «Əgər sən Sahibəz-Zamansansa, bizim hadisəmizi bilirsən, deməyə ehtiyac yoxdur.» O buyurur: «Düz deyirsən. Sən sizə varid olan bir müsibət üçün bura gəlmisən.» O deyir: Bəli, siz bilirsiniz ki, bizə nə müsibət baş vermişdir. Siz bizim İmamımız və pənahgahımızsan. Həzrət buyurur: «Məhəmməd ibni İsa! Mə`lun Vəzirin evində bir nar ağacı vardır. Narlar təzə olanda palçıqdan nar surətli bir qəlib düzəltmiş, onu yarı bölmüş və onun arasında bu cümlələri yazmışdır. Sonra qəlibi hələ xırda vaxtında olan nara bükmüşdür. Nar onun arasında böyüdüyünə görə, o sözlər onun üzərində həkk olunmuşdur. Sabah hakimin yanına gedib ona deyərsən ki, mən sənin cavabını vəzirin evində verəcəyəm. Vəzirin evinə getdikləri zaman vəzirdən qabaq filan otağa get. Ağ bir kisə görəcəksən ki, palçıqdan düzəldilmiş qəlib onun içərisindədir. Onu hakimə göstərərsən. Digər bir nişanə budur ki, hakimə belə deyərsən: «Bizim digər bir mö`cüzəmiz budur ki, narı iki yerə böldüyünüz zaman tüstüdən və tozdan başqa bir şey çıxmaz.»
Məhəmməd ibni İsa bu sözlərdən sevinib şiələrin yanına qayıdır. Sonrakı gün onlar hakimin yanına gedirlər, İmam Zaman (ə)-ın dediklərinin hamısı aşkar olur. Bəhreynin hakimi bu mö`cüzəni görməklə şiə olur və göstəriş verir ki, hiyləgər vəziri qətlə yetirsinlər.[26]
Qur`ani kərimdə buyurulur:
وَقُلِ اعْمَلُواْ فَسَيَرَى اللّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ
«(Ey Peyğəmbər, camaata) de: Əməl edin (amma bilin ki), Allah, Peyğəmbər və mö`minlər sizin əməlinizi görəcəklər.»[27]
Rəvayətlərdə qeyd olunur ki, bu şərif ayədə «mö`minlər» dedikdə məqsəd mə`sum imamlardır.[28]
Buna əsasən, insanların əməlləri İmam Zaman (ə)-a göstərilir, o həzrət də qeybət pərdəsi arxasından bizim bütün işlərimizə şahid və əməllərimizə nəzarətçidir. Bu həqiqətin böyük tərbiyəvi əsərləri vardır və şiələri öz işlərinin islah olunmasına vadar edir, Allahın höccəti və İmamın müqabilində yaxşı əməllərin çirkinliklərə və günahlara aludə olunmasından saxlayır. Əlbəttə, insanın bu paklıq mərkəzinə diqqəti nə qədər artıq olsa onun ruhu və qəlbi də bir o qədər artıq saflaşar və bu parlaqlıq və paklıq onun əməl və rəftarlarında daha da aşkar olar.
Mə`sum imamlar bəşər cəmiyyətlərinin həqiqi müəllimləri və tərbiyəçiləridir, insanlar həmişə onların saf və zülal kimi məarif çeşmələrindən bəhrələnmişlər. Qeybət dövründə də İmam (ə)-ın hüzurundan hərtərəfli və birbaşa istifadə etmək mümkün olmasa da, baxmayaraq o ilahi elmlər mə`dəni öz şiələrinin elmi və fikri çətinliklərini müxtəlif yollarla aradan qaldırır. Kiçik qeybət dövründə adı camaatın və alimlərin suallarından çoxuna imamın «tovqiat» adı ilə məşhur olan məktublarının vasitəsi ilə cavab verilirdi.[29]
İmam Zaman (ə) İshaq ibni Yə`qubun məktubunun (və onun suallarının) cavabında belə yazmışdı:
«Allah səni hidayət edib sabitqədəm saxlasın! Sən Allahı inkar edənlərin və bizim əmi oğlanlarımızın barəsində sual etmisən, bil ki, Allahla heç kəs arasında qohumluq əlaqələri yoxdur, məni inkar edənlər məndən deyil və belə şəxslərin axır-aqibəti (eynilə) Həzrəti Nuhun oğlunun axır-aqibəti kimidir... Amma mal-dövlətinizə gəldikdə isə, pak-pakizə etməyincə, onu qəbul etmərik...
Amma bizim üçün göndərdiyin mal-dövlətə gəldikdə isə, ona görə qəbul edirik ki, o pak pakizədir...
Bizim mal-dövlətimizi özləri üçün halal hesab edərək yeyən şəxs od yemiş olur...
Məndən necə istifadə etməyə gəldikdə isə, bu, buludlar arxasında olan günəşdən istifadə etmək kimidir. Ulduzlar asiman əhlinin amanı olduğu kimi, mən də yer üzündəki insanların amanıyam. Sizin üçün heç bir faydası olmayan işlər barəsində sual etməyin və özünüzü, sizdən istənilməyən şeyləri öyrənməkdə zəhmətə salmayın, fərəcin tezləşməsi üçün çoxlu dua edin. Çünki bu, sizin fərəc və qurtuluşunuzdur. Ey İshaq ibni Yəqub, Mənim salamım sənə və hidayət ardınca olan hər bir şəxsə olsun!»[30]
Kiçik qeybət dövründən sonra da şiə alimləri dəfələrlə özlərinin elmi və ideoloji çətinliklərini öz imamlarına təqdim etmiş və cavablarını da almışlar.
Mərhum müqəddəs Ərdəbilinin şagirdlərindən biri olan Mir Əllam belə deyir:
Gecə yarısı Nəcəfi Əşrəfdə Həzrəti Əli (ə)-ın pak hərəmində idik. Birdən bir şəxsi gördük ki, hərəmə doğru gəlir. Ona tərəf getdim və yaxınlaşdığım zaman gördüm ki, mənim şeyxim və ustadım Molla Əhməd Müqəddəs Ərdəbilidir. Özümü gizlətdim. O, halbuki qapıları bağlı olan hərəmə yaxınlaşdı. Birdən qapılar açıldı və o, hərəmə daxil oldu! Az bir müddətdən sonra hərəmdən çıxdı və Kufəyə doğru yola düşdü. Mən də onun ardınca hərəkət etdim, amma o məni görmürdü. Nəhayət, Kufə məscidinə daxil oldu və Əmirəl-Mö`minin Əli (ə)-ın zərbətləndiyi mehrabın yaxınlığında bir müddət dayandı. Sonra qayıtdı və məsciddən çıxaraq Nəcəfə doğru yola düşdü. Mən də onun ardınca getdim, nəhayət Hənnanə məscidinə çatdı. Amma bu zaman ixtiyarsız olaraq öskürməyə başladım, səsimi eşitdikdə qayıtdı və mənə baxıb tanıdı. Buyurdu: «Mir Əllam, sənmisən?» Dedim. «Bəli.» Buyurdu: «Burada nə edirsən?» Dedim: «Həzrəti Əli (ə)-ın hərəminə daxil olduğunuz vaxtdan indiyə qədər sizinləyəm. Səni bu qəbrin sahibinin haqqına and verirəm ki, bu gecə sizdən gördüyüm hadisələrin sirrini mənə bəyan edəsiniz.»
Buyurdu: «Bu şərtlə deyərəm ki, diri olduğum vaxta qədər onu bir kəsə deməyəsən!» Ona söz verdikdən sonra buyurdu: «Bə`zən çətin məsələlərlə qarşılaşır, onu həll etmək üçün Əli (ə)-a təvəssül edirəm. Bu gün də mənim üçün çətin bir məsələ qarşıya çıxmışdı və onun barəsində fikirləşirdim, birdən qəlbimə damdı ki, yenə də həzrətin hüzuruna gedib sual edim. Hərəmə çatdığım zaman, gördüyün kimi, bağlı qapılar mənim üzümə açıldı. Hərəmə daxil olub Allah dərgahında ah-nalə etdim ki, cavabımı2 həzrətdən alım. Birdən qəbirdən bir nida eşitdim ki, belə buyururdu: «Kufə məscidinə get və Qaim (ə)-dan soruş, çünki o zamanının imamıdır.» Kufə məscidinin mehrabına yaxınlaşdığım zaman o həzrətdən sual etdim və cavablarımı eşitdim. İndi evimə qayıdıram.»[31]
İmam və Allahın höccəti insanlara rəhbərlik və hidayət vəzifəsini öhdəsinə alır və həmişə çalışır ki, hidayət nurunu əxz etməyə qabiliyyəti olan şəxslərə yol göstərsin. Bu ilahi mə`muriyyəti yerinə yetirmək üçün bə`zən aşkarda və pərdəsiz olaraq insanlarla əlaqə yaradır, özünün sözləri və insan quran əməlləri ilə səadət yollarını onlara göstərir. Bə`zi vaxtlarda isə, Allah tərəfindən verilən qeybi qüdrətdən, yə`ni vilayət qüdrətindən istifadə etməklə qəlblərin batininə tə`sir qoyur, xüsusi inayət və diqqətlə qabiliyyəti olan qəlbləri yaxşılıqlara və gözəlliklərə doğru hidayət edir, inkişaf və kamal yollarını onlara göstərir. Bu qisimdə İmamın zahir olaraq və birbaşa əlaqə yaratmasına ehtiyac yoxdur, əksinə, hidayətlər batini yollarla və qəlbə aid olan vasitələrlə yerinə yetirilir. İmam Əli (ə) imamın bu cür fəaliyyətlərini bəyan edərkən buyurur:
«Pərvərdigara, hökmən sənin tərəfindən yer üzündə bir höccət olmalıdır ki, məxluqatı Sənin dininə doğru hidayət etsin... Əgər onun zahiri vücudu insanlardan gizli olsa, şübhəsiz ki, mö`minlərin qəlblərində onun tə`limləri və adabı yer tutar və onun əsasında əməl edərlər.»[32]
Qaib imam məhz həmin hidayətlərin vasitəsi ilə dünya səviyyəli inqilab və qiyam üçün qüvvə toplamaqda fəaliyyət göstərir. Lazımi ləyaqətlərə və qabiliyyətlərə malik olan şəxslərə imamın xüsusi tərbiyəsi altında və o həzrətin önündə qiyam etmək üçün hazırlıq tə`limi verilir. Bu da qaib İmamın proqramlarından biridir ki, onun vücudunun bərəkətinə yerinə yetirilir.
Şübhəsiz, əmin-amanlıq insan həyatının ən ümdə sərmayələrindən biridir. Aləmdə müxtəlif hadisələrin vücuda gəlməsi daim varlıqların təbii həyatını məhv olma ərəfəsində qərar verir, dəyə biləcək xəsarət və bəlalalra nəzarət olunması, hətta maddi vasitələrin tədarük görülməsi mümkün olsa da mənəvi amillər də onda çoxlu tə`sirlər qoyur. Bizim din rəhbərlərimizin rəvayətlərində ilahi höccət və imamın yaradılış dünyasındakı varlığı yerin və onun əhlinin əmin-amanlıq vasitəsi ünvanı ilə xatırladılmışdır.
İmam Məhdi (ə)-ın özü buyurur:
وَاِنِّى لَاَمانُ لِاَهْلِ الْاَرْضِ...
«Mən yer üzünün sakinləri üçün (bəlalardan) əmin-amanlıq vasitəsiyəm.»[33]
İmamın varlığı ki, insanların əncam verdikləri çoxlu və növbənöv günah və fəsad işlər səbəbi ilə Allahın şiddətli əzabına düçar olmasını, və insanların yer üzündəki (dünyəvi) həyatlarına xələl gəlməsin mane olur.
Qur`ani Kərim bu barədə Peyğəmbəri Əkrəmə xitab edərək buyurur:
وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ...
«(Ey Bizim Peyğəmbərimiz), sən onların (müsəlmanların) arasında olduğun vaxta qədər Allah heç vaxt onları (ümumi) əzablara düçar etməyəcəkdir.»
Pərvərdigari-aləmin mehr və rəhmət məzhəri olan imam Əsr (ə) da özünün xüsusi inayətləri vasitəsi ilə böyük bəlaları, xüsusilə şiə cəmiyyətlərindən və onların tək-tək fərdlərindən uzaqlaşdırır, çox hallarda şiələr onun mərhəmət və kəramətinə diqqət yetirməsələr də və onun qüdrətli əllərini öz başları üstündə hiss etməsələr də.
O həzrət özünü təqdim edərkən buyurmuşdur:
أَنَا خاتَمُ الْاَوْصِياءِ وَبِى يَدْفَعُ اللهُ عَزَّ وَ جَلَّ البَلاءَ مِنْ اَهْلى وَ شِيعَتِى
«Mən Peyğəmbər canişinlərinin sonuncusuyam, mütəal Allah mənim (vücudum) səbəbi ilə bəlaları xanədanımdan və şiələrimdən uzaqlaşdırır.»[34]
«İran islam inqilabının əzəmətli qələbəsinin ərəfəsində və müqəddəs müdafiənin təlatümlü illərində dəfələrlə İmam (ə)-ın mehr-məhəbbət və lütfləri İran ölkəsinə sayə salmış, islam dövləti, müsəlman xalq və Məhdi (ə)-ı sevənlər düşmənlərin məkirli planlarının qurulduğu yollardan başıucalıqla keçmişdilər! 1357-ci il, bəhmən ayının 21-də şah üsul-idarəsinin İmam Xomeyninin rəhbərliyi ilə suqutu, Amerika hərbi texnikasının 1359-cu ildə Təbəs səhrasında məhv olması , 1361-ci ilin tir ayın 21-də əvvəlcədən hazırlanmış çevrilmiş planının ifşa olunması, 8 illik müharibədə islam düşmənlərinin nakam qalması və onlarla bu cür hadisələri qeyd etmək olar.
Dünya xalqlarına və`dəsi verilmiş böyük şəxsiyyət, müsəlmanlarının arzuların qibləsi və şiələrin qəlblərinin sevimlisi olan imam Məhdi (ə) daim insanların halına nəzarət edir. O mehribanlıq günəşinin qeybdə olması özünün həyat bəxş edən və təravət yaradan nurlarının ona müştabq olan canlardan əsirgəməsinə və onları özünün kərəm və alicənablıq süfrəsində mehman etməsinə mane olmur. O mehribanlıq və dostluğun işıqlı ayı daim şiələrin qəmxarıdır, o həzrətdən kömək istəyənlərə əl tutur. Bə`zən xəstələrin başı üzərində hazır olub, özünün şəfabəxş əllərini onların yaralarına məlhəm kimi qoyur. Başqa zamanlarda küçə-xiyabanlarda yollarını itirənlərə diqqət yetirir, tənhalıq vadisində sərgərdan qalanlara kömək edir, ümidsizliyin soyuq anlarında müntəzirlərin qəlblərinə qızmarlıq bəxş edir. İlahi rəhmət olan bu şəxsiyyət hər bir halda susuzluqdan cadarlanmış səhralara yağış yağdırır, şiələrə etdiyi dualar vasitəsi ilə yaşıllıqları və xürəmlikləri onlara ərməğan gətirir. Allah təalanın dərgahında daim ibadətlə məşğul olan bu böyük şəxsiyyət öz əllərini açaraq bizim kimi bəndələr üçün dua edərək deyir:
يا نُورَالنُّورِ يامَدَبِّرَ الْاُمُورِ ياباعِثَ مَنْ فِى القُبُورِ صَلِّ عَلى مَحَمًّدٍ وَآلِ مَحَمَّدٍ وَاجْعَلْ لى وَلِشيعَتى مِنَ الضّيقِ فَرَجًا وَمِنَ الْهَمِّ مَخْرجًا ٍوَاَوْسِعْ لَنَا المَنْهَجَ وَاطلق لَنا مِنْ عِنْدَكَ ما يُفَرِجُ وَافْعَلْ بِنا ما اَنْتَ اَهْلُهُ ياكَريم[35]
Yə`ni «ey nurun nuru, ey işlərin tədbir edəni, ey ölüləri dirildən! Mühəmməd və onun Əhli beytinə salavat göndər, mən və şiələrim üçün çətinliklərdə çıxış yolu, qurtuluş qərar ver, qəm-qüssələrinə bir çarə yolu aç və hidayət yolunu mənə genişləndir, qurtuluşa çatdığımız yolu bizim üzümüzə aç və bizimlə sənə layiq olan tərzdə rəftar et, ey Kərim!»
Qeyd olunanlar göstərir ki, imamın vücudunun əsərlərindən biri də (hətta qeyb dövründə olsa belə) onunla əlaqə yaratmağın mümkünlüyüdür və ləyaqətləri olanlar bu misilsiz dost ilə həmneşin ola bilərlər.
Qeybət dövrünün açınacaqlı hadisə və çətinliklərindən biri də şiələrin öz mövlalarından uzaq olması, o misilsiz Yusif cəmallı şəxsiyyətin görüşündən məhrum qalmalarıdır. Qeybət dövranının başlanmasından e`tibarən zühurun intizarını çəkənlər daim fəzilətin uca sərvqamətli şəxsiyyətinin tamaşasından məhrum olduqlarından həsrətdə yanır, fəraq atəşini qəlblərdə çəkirlər. Əlbəttə, kiçik qeybət dövründə şiələr imamın xüsusi naiblərinin vasitəsi ilə o həzrətlə əlaqə bərqərar edir, onlardan bə`ziləri imamın hüzuruna çatırdılar. Belə ki, bu barədə çoxlu rəvayətlər mövcuddur. Lakin imamın kamil qeybdə olduğu qeybəti kubra dövründə qeyd olunan bu rabitə tamamilə kəsilmiş, o həzrətin hüzuruna getmək adi şəkildə və xüsusi şəxslərin vasitəsi ilə qeyri-mümkün olmuşdur. Bununla belə, alimlərdən çoxu inanırlar ki, bu dövrdə də o həzrətlə görüş mümkündür və bu iş dəfələrlə baş vermişdir. Böyük din şəxsiyyətlərindən bə`ziləri, o cümlədən Əlammə Bəhrül-Ülumun, Müqəddəs Ərdəbilinin, Seyyid ibni Tavusun və sair kimi şəxsiyyətlərin o həzrətin hüzuruna çatması tarixində məşhur məsələdir və böyük alimlərin kitablarında nəql olunmuşdur[36]
Amma imam Zaman (ə) ilə görüş barəsində aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:
Birincisi budur ki, İmam Məhdi (ə) ilə görüş bə`zən insanların çıxılmaz vəziyyətdə düşdükləri bir zaman baş verir, bə`zən də adi hallarda, zərurət və çıxılmaz vəziyyət olmadan gerçəkləşir. Daha aydın desək, bə`zən İmam (ə) ilə görüş müəyyən şəxslərin əlindən tutmaq məqsədi daşıyır ki, çox ağır vəziyyətlərə düşmüş olur və onlarda tənhalıq və kimsəsizlik halətləri yaranır. Burada müxtəlif yerlərdə, o cümlədən Allah Evinə səfər edərkən yollarını itirən və imamın yaxud o həzrətin səhabələrinin birinin vasitəsi ilə sərgərdançılıqdan nicat tapanların, eləcə də sair görüşlərin çoxu həmin qəbildəndir.
Amma bə`zi hallarda imamla görüş qeyri-iztirar halətində olmuş və imamla görüşən şəxs özünün malik olduğu mənəvi xüsusiyyət və məqamına görə imamın hüzuruna şərəfyab olmuşdur.
Yuxardakı incə nöqtələrə diqqət yetirməklə aydın olur ki, o həzrətlə görüş iddiası etmək hər kəsdən qəbul olunmur.
İkinci məsələ budur ki, böyük qeybət dövründə və xüsusilə bizim dövrümüzdə müəyyən şəxslər İmam Zaman (ə)-la görüş iddiası edərək camaatı öz ətrafına toplamaq, şan-şöhrət qazanmaq istəmiş və bu yolla çoxlarını yollarından azdırıb əməl və əqidə də azğınçılığa düçar etmişlər. Belə şəxslər bə`zi duaları oxumağı, heç bir əsası olmayan əməlləri yerinə yetirməyi tövsiyə edir, imamla görüş arzusunda olanları nəzərə çarpacaq dərəcədə möhtəvası olmayan yığıncaqlara də`vət edir, bu kimi işlərlə Allahın höccəti ilə görüş və`dəsi verir və beləliklə də qaib imamla görüş məsələsini çox asan və hamının nail ola biləcəyi bir iş kimi cilvələndirirlər. Halbuki, o həzrət Allah təalanın iradəsinə uyğun olaraq kamil qeybət dövründə yaşayır və onların nicat yolu yalnız ilahi lütf və məzhərinin bir başa inayətləri olan az saylı insanlardan başqası üçün müyəssər ola bilməz.
Üçüncü məsələ budur ki, İmam (ə)-la görüş yalnız o zaman mümkün ola bilər ki, imam Zaman (ə) bu görüş baş verməsini məsləhət görmüş olsun. Buna əsasən, hərgah bir nəfər imamla görüşünə son dərəcə eşq bəsləsə və mümkün olan qədər sə`y və fəaliyyət göstərsə belə, amma o həzrətlə görüşə bilməsə, heç vaxt ümidsizliyə düçar olmamalı, bunu imamın lütf və inayətdən məhrum olmasına bir səbəb hesab etməməlidir. Necə ki, o həzrətlə görüş feyzinə nail olanlar da bu görüşü təqva və fəzilətdə kamal hədinə çatmaq nişanəsi saymamalıdırlar.
Bir sözlə, İmam Zaman (ə)-ın nurani cəmalını görmək və ürəkoxşayan sözlərini eşitmək böyük bir səadət olmasına baxmayaraq, bizim imamlarımız, xüsusilə həzrəti Vəliyyi Əsr (ə) şiələrdən istəməmişdir ki, öz imamları ilə görüş arzusunda olsunlar, bu məqsədə çatmaq üçün çillələr saxlasınlar yaxud çöllərə düşüb o həzrəti axtarsınlar. Əksinə, mə`sum imamların kəlamlarında tövsiyə olunmuşdur ki, şiələr daim o həzrəti xatırlasınlar, onun fərəci üçün dua etsinlər, onun razılığını qazanmaq üçün əməldə və sözdə çalışsınlar, onun böyük hədəflərinin həyata keçməsi yolunda qədəm götürsünlər, nəticədə o həzrətin zühuruna mümkün olan qədər tez zəminə yaratsınlar və aləm o həzrətin birbaşa feyzlərindən bəhrə alsın.
İmam Məhdi (ə) özü buyurur:
اَكْثِرُوا الدُّعاء بِتَعْجيلِ الْفَرَجِ فَاِنَّ ذالِكَ فَرَجُكُمْ[37]
«Fərəcin hasil olması və tezləşməsi üçün çoxlu dua edin; həqiqətən bu, sizin qurtuluşunuzdur.»
Burada münasib görürük ki, mərhum Hacı Əli Bağdadinin (o, öz dövrünün böyük şəxsiyyətlərindən biri olmuşdur) İmam Zaman (ə)-la görüşünü nəql edək. Lakin ixtisara riayət olunması üçün onun yalnız mühüm yerlərini qeyd edirik.
O təqvalı və ləyaqətli insan həmişə Bağdaddan Kazimeynə gedir, iki böyük imamı–İmamCavad (ə) və İmam Kazim (ə)-ın ziyarət edirdi. O deyir: mənim öhdəmdə bir qədər xüms və mali hüquq var idi. Ona görə də Nəcəfi-Əşrəfə getdim və onun iyirmi tümənini böyük alim və təqvalı fəqih Şeyx Ənsariyə, iyirmi tümənini böyük alim və fəqih Şeyx Məhəmməd Hüseyn Kazimiyə, digər iyirmi tümənini isə Ayətullah Şeyx Məhəmməd Həsən Şəruqiyə verdim. Qərara almışdım ki, yerdə qalan iyirmi tümənini də Bağdada qayıtdıqdan sonra Ayətullah Ali-Yasinə qaytaram. Əvvəlcə Kazimeynə getdim və iki böyük imamı ziyarət etdim. Ondan sonra Ayətullah Ali-Yasinin evinə getdim, şər`i borclarımın qalan hissəsini ona verdim və icazə aldım ki, onun qalan hissəsini tədrici olaraq ona, yaxud onun məsləhət bildiyi bir şəxsə qaytarım. O israrla dedi ki, onun yanında qalam, lakin mən vacib və zəruri işlərimə görə, üzürxahlıq edərək ondan ayrılıb Bağdada tərəf getdim. Yolun birini getmişdim ki, böyük şəxsiyyətli və vüqarlı bir seyyidlə qarşılaşdım. Başında yaşıl əmmaməsi vardı, yanağında qara bir xalı aşkar idi və ziyarət məqsədilə Kazimeynə gedirdi. O mənə tərəf gəlib salam verdi və mənimlə qızğın söhbətə başladı, məni qucaqlayıb sinəsinə yapışdırdı və «xoş gəldin!» Deyərək buyurdu: «Xeyir ola, hara gedirsən?» Dedim: «Ziyarət etmişəm, indi Bağdada qayıdıram.» O dedi: «Cümə axşamıdır. Qayıt, Kazimeynə gedək (bu gecəni orada qalaq).» Dedim: «Bu işi görə bilmərəm.» O dedi: «Görə bilərsən; qayıt, cəddim Əmirəl-mö`minin Əli (ə)-ın və bizim dostlarından olduğuna şəhadət verin, şeyx də buna şəhadət versin. Allah təala buyurur:
وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ[38]
«İki adil şahid tutun!»
Hacı Əli Bağdadi deyir: Mən bundan əvvəl Ayətullah Ali-Yasindən xahiş etmişdim ki, mənim üçün bir sənəd yazıb şahidlik etsin ki, mən Peyğəmbər Əhli-beytini sevənlərdən və onların şiələrindənəm. İstəyirdim ki, o məktubu kəfənimlə bir yerə qoyam. O seyyiddən soruşdum: Məni haradan tanıyır və bu şəhadəti necə verirsən?» Buyurdu: «Bir kəs başqasının haqqını kamil şəkildə verirsə, onu necə tanımaya bilərəm?!» Dedim: «Hansı haqq?» Buyurdu: «Həmən haqlar ki, mənim vəkilimə vermisən.» Soruşdum: «Sənin vəkilin kimdir?» Buyurdu: «Şeyx Məhəmməd Həsən!» Dedim: «O sizin vəkilinizdirmi?» Buyurdu: «Bəli!»
Onun sözlərindən heyrətə daldım. Fikirləşdim ki, mənimlə onun arasında çox qədimdən dostluq varmış ki, mən onu unutmuşam. Çünki ilk rəftarda məni öz adımla çağırdı! Güman etdim ki, bəlkə öhdəmdə olan xumsun müəyyən bir məbləğini ona verməyimi təvəqqe edir ki, Peyğəmbər nəslindən olduğuna görə, ona təqdim edim. Buna görə də dedim: «Siz Peyğəmbər övladlarınızın hüquqlarından bir miqdarı mənim yanımdadır və icazə almışam ki, onu özüm istifadə edəm.» O, təbəssüm edərək dedi: «Bəli! Bizim hüquqlarımızın bir miqdarını Nəcəfdə bizim vəkillərimizə vermisən.» Soruşdum: «Bu işim Allah dərgahında qəbul olunurmu?» Buyurdu: «Bəli!»
Özümə gəldim və fikirləşdim ki, bu seyyid necə olur ki, bu seyyid əsrin böyük alimlərini öz vəkili hesab edir?! Amma yenidən qəflətə düçar oldum və bu məsələni tamamilə unutdum.
Dedim: «Ağam! Bu söz düzdürmü ki, deyirlər hər kəs cümə gecəsi İmam Hüseyn (ə)-ı ziyarət etsə (Allahın əzabından amanda qalacaqdır)?» Dedi: «Bəli!» Həmin halda gözləri yaşla doldu və ağladı. Çox keçmədi ki, Kazimeyn (ə)-ın hərəmində olduğunu gördüm. Amma hərəmə çatan yolları ötmədən gəlib çatmış olduğumu gördüm. Kiriş qapısının yanında dayanıb mənə dedi: «Ziyarəti oxu!» Dedim: «Mənim sərvərim, yaxşı oxuya bilmirəm.» Dedi: «Mən ziyarət oxuyum sən ziyarət edəsənmi?» Dedim: «Bəli.»
O, Peyğəmbərə və bir-bir imamların hamısına salam verdi, İmam Həsən Əsgəri (ə)-ın mübarək adını dedikdən sonra mənə üz çevirib dedi: «Zamanənin imamını tanıyırsanmı?» Dedim: Necə tanımaya bilərəm?!» Buyurdu: «Onda, isə ona salam ver!» Dedim:
اَلسَّلامُ عَلَيْكَ ياحُجَّةَالله يا صاحِبَ الزَّمان يابْنَ الْحَسن!
O, təbəssüm edərək, buyurdu:
عَلَيْكَ السَّلام وَرَحْمَةُاللهِ وَبَرَكاتُهُ
Sonra hərəmə daxil olub zərihi öpdük. O buyurdu: «Ziyarətnaməni oxu!» Dedim: «Əziz ağam, mən yaxşı oxuya bilmirəm.» Buyurdu: «Sənin üçün oxuyummu?» Dedim: «Bəli.» O məşhur «Əminullah» ziyarətini oxudu, sonra buyurdu: «Cəddim Hüseyni ziyarət edirsənmi?» Dedim: «Bəli. Bu gecə cümə gecəsidir və İmam Hüseyn (ə)-ın ziyarət gecəsidir.» O, İmam Hüseyn (ə)-ın məşhur ziyarətnaməsini oxudu. Məğrib namazının vaxtı çatanda mənə buyurdu ki, namazı camaatla qılam. Namazdan sonra o Həzrət gözlərimdən görünməz oldu; nə qədər axtardımsa, tapa bilmədim.
Yavaş-yavaş özümə gəlib xatırladım ki, bu seyyid məni öz adım və əlamətlərimlə çağırdı. Məndən istədi ki, Kazimeynə qayıdım, amma mən istəmədiyim halda qayıtdım. Böyük fəqihləri özünün vəkili adlandırdı və nəhayət gözlənilmədən yoxa çıxdı. Bundan sonra bir az fikirləşib başa düşdüm ki, o həzrət İmam Vəliyyi Əsr imiş, amma heyflər olsun ki, onu çox gec tanıdım!»[39]
İmam Məhdi (ə)-ın həyatı ilə əlaqədar olan bəhslərdən biri də o həzrətin uzun ömürlü olmasıdır. Bə`ziləri üçün belə bir sual irəli gəlir ki, bir insanın bu qədər uzun ömrə malik olması necə mümkün ola bilər![40]
Bu sualın mənşəyi və onun çəkilmə səbəbi hazırkı dövrdə insanların çox qısa ömürlü olub, 80-100 arasında ömür sürməsidir ki,[41] bu kimi ömrü görmək yaxud eşitməklə uzun ömürlülüyə inana bilmir,yaxud onu çox çətin bir iş kimi qəbul edirlər. Halbuki, əql və elm nəzərindən bu iş qeyri-mümkün deyil. Alimlər bədən üzvləri üzərində təhqiqat aparıb bu nəticəyə çatmışlar ki, insan çox uzun illər ömür sürə bilər, hətta bu dövrdə qocalığa və zəifliyə də düçar olmaya bilərlər. Bernad Şav deyir: «Bütün bioloqların nəzərində qəbul olunan elmi bir prinsip bundan ibarətdir ki, bəşər ömrü üçün heç bir hədd-hüdud tə`yin etmək olmaz və uzun ömür sürməyin heç bir məhdudiyyəti yoxdur.»[42]
Professor Etinger yazır: «Mənim nəzərimə görə bizim başladığım işlərin və teknikanın inkişaf etməsi ilə, iyirmi birinci əsrin insanı minlərlə il ömür sürə bilər.»[43]
Buna əsasən, qocalığa qarşı mübarizədə qələbə çalmaq və uzun ömürlülüyə yol tapmaq barədə alimlərin göstərdikləri fəaliyyətlər belə bir hadisənin mümkünlüyünü göstərir. Belə ki, bu yolda müvəffəqiyyətli tədbirlər görülmüşdür. İndinin özündə dünyanın müxtəlif yerlərində münasib ab-hava və qidalanmaq, eləcə də münasib fiziki fəaliyyətlər, fikri səy`lər və kimi münasib şəraitlər nəticəsində 150 ilə yaxın ömür sürmüş insanlar görünür və bə`zi hallarda bundan artıq da ömür sürürlər. Mühüm məsələ budur ki, insanların tarixində uzun ömürlülük keçmişdə də çox təcrübədən çıxarılmış, asimani və tarixi kitablarda onların adları, əlamətləri və tərcümeyi-halları ilə birlikdə çoxlu insanlar qeydə alınmışdır ki, onların ömürləri bugünkü insan ömüründən olduqca uzun olmuşdur.
Bu barədə çoxlu kitab və məqalə yazılmışdır ki, nümunə olaraq bir neçəsini qeyd edirik:
1-Qur`ani-Kərimdə bir ayə vardır ki, nəinki uzun ömürlülüyün, hətta əbədiyyətə qədər diri qalmağın mümkünlüyündən xəbər verir. O da Həzrət Yunus barəsində nazil olan ayədir ki, buyurulur: «Əgər o (Yunis), balığın qarnında təsbih deməsəydi, qiyamət gününə qədər balığın qarnında qalacaqdı.»[44]
Bu ayəyə uyğun olaraq həddindən artıq uzun ömürlülük (Həzrət Yunisin əsrindən qiyamətə qədər) əbədi həyat adlandırılmaqla, Qur`ani Kərimin nəzərində insan və balıq üçün mümkün olan bir işdir.[45]
2-Qur`ani Kərim Həzrət Nuh barəsində buyurur: «Həqiqətən, Biz Nuhu öz qövmünə doğru göndərdik və o, qövmü arasında 950 il qaldı.»[46]
Bu şərif ayədən aydın olan müddət o Həzrətin peyğəmbərlik dövründən ibarətdir. Başqa rəvayətlərə əsasən, o həzrət 2450 il həyat sürmüşdür.[47]
Maraqlıdır ki, İmam Səccad (ə)-dan nəql olunan bir rəvayətdə deyilir: «İmam Məhdi (ə) barəsində Həzrəti Nuh (ə)-ın həyatından bir üslub və sünnə vadır: o da uzun ömürlülükdür.»[48]
3-Həzrət İsa (ə) barəsində isə belə buyurulur: «...Onu əsla öldürmədilər və dara da çəkmədilər; əksinə, bu iş onları səhvə saldı... Yəqin olaraq onu öldürmədilər, əksinə, Allah Onu öz yanına apardı. Allah qüdrətli və elm sahibidir.»[49]
Qur`an və hədislərə istinadən bütün müsəlmanlar inanırlar ki, Həzrət İsa (ə) diridir və asimanlardadır, Həzrəti Məhdi (ə) zühur edən zaman yen üzünə nazil olaraq o həzrətə kömək edəcəkdir.
İmam Baqir (ə) buyurur: «Bu əmrin sahibində (Həzrəti Məhdidə) dörd peyğəmbərdən dörd sünnə vardır... İsa (ə)-dan olan sünnə bundan ibarətdir ki, (Məhdi barəsində də): «O vəfat etmişdir», halbuki, o diridir deyəcəklər»[50]
Qur`andan əlavə, Tovrat və İncildə də uzun ömürlülər barəsində söhbət açılır. Tövratda deyilir: «Adəmin yaşadığı bütün ömür 930 il idi ki, ondan sonra dünyadan getdi... Ənuşun ömrü 950 il idi ki, ondan sonra ölmüşdü... Qeynanın ömrü 910 il olmuş sonra ölmüşdü... Mətuşalehin ömrü 969 il olmuşdur.»[51]
Buna əsasən, Tövratda uzun ömürlülüyün varlığına (900 ildən artıq həyat sürməyə) aşkar şəkildə dair e`tiraf olunur.
İncildə də mövcud olan bə`zi ibarələrdə deyilir ki, «İsa (ə) dara çəkildikdən sonra dirilmiş və asimanlara getmişdir.»[52]
O, müəyyən bir vaxtda nazil olacaqdır və şübhəsiz ki, o həzrətin ömrü 2000 ildən artıqdır. Bu bəyanla aydın olur ki, iki dinin–yəhudi və məsihiət dininin ardıcılları müqəddəs kitaba inandıqlarına görə, uzun ömürlülüyü də qəbul etməlidirlər.
Uzun ömürlülük elmi və əqli cəhətdən qəbul edildiyinə və keçmişdə onun çoxlu uzun nümunəsi olduğuna görə, Allah təalanın sonsuz qüdrəti dairəsində də isbat olunmağa qadirdir. Bütün asimani din ardıcıllarının inancına görə, aləm zərrələri hamılıqla Allahın ixtiyarındadır və bütün səbəblərin tə`siridə yalnız Onun iradəsinə bağlıdır. Əgər O istəməzsə, səbəblər tə`sirdən düşər, eləcə də əgər o bir şeyi istəyərsə təbii səbəblər olmadan bir şeyi xəlq edərək yaradır.
O elə bir qüdrətli Allahdır ki, dağın içindən bir dəvə çıxarır, yandırıcı odu hə1zrəti İbrahim (ə) üçün sərin və salamatlıq yeri edir, dəryanı Musa və onun ardıcılları üçün qurudur, onları sudan olan iki sütunun arasından keçirdir![53] Peyğəmbərlərin və ilahi övliyaların xülasəsi, ilahi zəxirələrin sonuncusu, bütün yaxşı və saleh bəndələrin son arzuları və əzəmətli Qur`anın və`dələrini həyata keçirən bir şəxsin Allah tərəfindən uzun ömürlü olması mümkün ola bilməzmi?! İmam Həsən Müctəba (ə) buyurmuşdur: «...Allah onun (Həzrəti Məhdinin) ömrünü qeybət dövründə uzadacaqdır. Sonra ilahi qüdrətlə onu, hələ 40 yaşına çatmayan bir cavan simasında aşkar edəcəkdir ki, Allah təalanı hər bir şeyə qadir olduğunu dərk etsinlər[54].
Buna əsasən, 12-ci imamın uzun ömürlü olması həm əqli, həm elmi, həm də tarixi cəhətdən mümkün olan və qəbul ediləsi bir işdir. Bunların hamısından öncə də, Allah təalanın iradəsinin cilvəgahı və qüdrət məzhəri hesab olunur.
Qara buludlarün Günəşin çöhrəsini tutduğu, çöllər, səhralar onun qızğın hərarətindən məhrum qaldığı, gül-çiçəklərin və yaşıllıqların aləmin məhəbətindən uzaq olduğuna görə qəlblər niskil yaranan zaman çarəmiz nədir?! Yaradılışın və yaxşılıqların xülasəsi, bütün gözəlliklərin güzgüsü üzünə qeybət pərdəsi saldığı, aləmdəkilərin onun hüzur feyzindən mərhrum olduqları zaman nə etmək olar?!
Bağ-baçanın gülləri gözlərini yola dikmişlər ki, mehriban bağbanın sayəsini öz üstlərində görsünlər, onun mehr-məhəbbətlə dolu əllərindən həyat suyu içsinlər; aşiq qəlblər taqətsiz halda onu gözləyirlər ki, onun şur və iştiyaq yaradan inayətlərini əyani olaraq dərk etsinlər. Məhz belə bir şəraitdə intizar məsələsi formalaşır. Bəli, hamılıqla onun intizarını çəkirlər ki, o gəlsin, özü ilə yaşıllığı və təravəti də ərməğan gətirsin. Doğrusu, intizar necə də gözəl və necə də şirindir! Əgər onun gözəlliyini nəzərdə canlandırsanız və şirinliklərini qəlbinizdə hiss etsəniz...
İntizar üçün müxtəlif mə`nalar deyilmişdir, lakin bu kəlmə barəsində dərindən diqqət yetirməklə onun həqiqi mə`nasını dərk etmək olar. İntizar-gözü yolda olmaqdır ki, bu gözü yolda olmaq da onun zəminlərinə mütənasib olaraq özünə dəyər alır, habelə onun müxtəlif əsər və nəticələri vardır. İntizar-yalnız ruhi və batini bir halət deyil; əksinə, insanın batinindən zahirinə də sirayət edir, onun bütün hərəkət və tədbirlərini qat-qat artırır. Məhz həmin səbəbə görə də rəvayətlərdə intizar ən yaxşı əməl, hətta əməllərin ən yaxşısı kimi təqdim olunmuşdur. Bu halət intizarda olan şəxsi mə`nən formalaşdırır, onun sə`y və fəaliyyətləri üçün xüsusi bir istiqamət icad edir və o cəhət də intizari çəkilən şeylərin həyata keçməsi ilə gerçəkləşir.
Buna əsasən, intizar oturub əli-əli üstünə qoymaqla həyata keçməz. İntizar gözü qapıya dikmək və həsrət çəkməklə sona çatmır; əksinə intizarın həqiqətində hərəkət, inkişaf və qızğın fəaliyyət göstərmək yatmışdır.
Əziz bir qonağın intizarında olan bir şəxs bir an belə, sakit oturmur, daim çalışır və fəaliyyət göstərir, özünü və ətraf mühitini qonağın gəlişi üçün hazırlayır və mövcud olan maneələri aradan qaldırır.
Bizim söhbətimiz misilsiz bir hadisənin intizarında olmaq barədədir ki, gözəllik və kamalda heç oxşarı yoxdur. Elə bir dövranın intizarı çəkilir ki, şadlıq və xürrəmlikdə keçmiş ruzigarlarında heç birində onun misalı və oxşarı yoxdur, dünya belə bir gözəllik dövranını heç vaxt sınaqdan keçirməmişdir. Bu da həzrəti Məhdi (ə)-ın dünya səviyyəli hökumətinin intizarında olmaqdır ki, rəvayətdə o, «fərəcin intizarı» kimi qeyd olunur. Bu iş ibadət və əməllərin ən yaxşısı, hətta bütün əməllərin qəbul olunması səbəbi kimi qeyd olunur. Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Mənim ümmətimin ən yaxşı əməli fərəcin intizarında olmaqdır.»[55]
İmam Sadiq (ə) öz köməkçilərinə belə buyururdu: «Sizi elə bir şeydan agah etməyimmi ki, Allah-təala onun vücudu olmadan bəndələrin heç bir əməlini qəbul etməz?!» Dedilər: «Əlbəttə, buyurun!» Buyurdu: «Allahın yeganəliyinə, İslam Peyğəmbəri Həzrəti Muhəmmədin nübüvvətinə şəhadət vermək, Allahın əmr etdiyi şeyləri iqrar etmək və bizim vilayətimizi qəbul edib düşmənlərimizdən, yə`ni xüsusi şəkildə biz imamların düşmənlərindən bezarlıq etmək, onların (imamların) qarşısında təslim olmaq, təqvalı olmaq, (yaxşı əməllərdə) sə`y göstərmək, özünü (günahdan) saxlamaq və Qaimin intizarında olmaq.»[56]
Qeyd olundu ki, intizar fitri bir və bütün qövm və dinlərdə belə mövcuddur. Amma adi insanların, hətta cəmiyyətlərin həyatlarında belə, mövcud olan adi intizarlar nə qədər böyük və əhəmiyyətli olsa belə, dünya səviyyəsində və`dəsi verilən intizarla müqayisədə çox kiçik və əhəmiyyətsiz olacaqdır. Çünki onun zühurunun intizarını çəkmək özünəməxsus xüsusiyyətlərə malikdir. O cümlədən Həzrəti Məhd (ə)-ın intizarını çəkmək xilqətin əvvəllərindən başlanan bir intizardır, yə`ni lap qədim zamanlardan belə, ilahi peyğəmbərlər, övliyalar və s övsiyalar onun zühurunun müjdəsini vermiş və yaxın zamanlarda belə, bütün imamlarımız onun dövlətini görmək arzusunu etmişlər.
İmam Sadiq (ə) buyurmuşdur: «Əgər onu görsəydim, bütün ömrümü ona xidmətlə geçirərdim.»[57]
Həzrəti Məhd (ə)-ın zühurunun intizarını çəkmək dünya səviyyəli bir xilaskar və islahatçının gəlişinin, dünya səviyyəli ədalət hökumətinin, bərqərar olmasının, bütün yaxşılıqların geçəkləşməsinin intizarını çəkməkdən ibarətdir. Bəşəriyyət onun yolunu gözləyir ki, Allahın əta etdiyi pak fitrət əsasında arzusunu etdikləri və heç vaxt kamil surətdə həyata keçməyən şeyləri görsünlər. Həzrəti Məhd (ə) da ədalət və mə`nəviyyət, səbir və bərabərlik, yer üzünün abadlığı və təhlükəsizliyi, sülh, bəşər elminin və əqlinin çiçəklənməsi əsrini onlar üçün ərməğan gətirəcəkdir. Cəmiyyətin hər növ istismar və zülmkarlıqdan, hər növ əxlaqi fəsadlardan və eybəçərliklərdən xilas edilməsi onun ədalət hakimiyyətinin nəticələrindən ibarətdir.
Həzrəti Məhd (ə)-ın intizarını çəkmək elə bir məsələdir ki, yalnız onun çiçəklənən zəminlərinin gerəçəkləşməsi ilə həyata keçəcəkdir. O da elə bir dövrdə olacaqdır ki, insanların hamısı axirəz-zamanda baş verən xilaskarın sorağında olsunlar. O gələcək və bütün silahdaşlarının həmkarlığı və köməyi ilə birlikdə pisliklərin əleyhinə qiyam edəcəkdir, nəinki yalnız mö`cüzə ilə dünyanın işlərini qaydasına salmış olsun.
İmam Məhd (ə)-ın intizarında olmaq onun intizarını çəkənlərdə şövq və o həzrətə kömək etmək ruhiyyəsi icad edəcək, insanlara abır-heysiyyət və yeni həyat bağışlayacaq, onları mə`nəviyyətsizlikdən, puçluqdan və hədəfsizlikdən xilas edəcəkdir.
Qeyd olunanlar bütün tarix miqyasında olan, bütün insanların ruhunda kök atan və başqa heç bir intizarın onun əzəmətinə çatmadığı həmin intizarın xüsusiyyətlərinin bir qismidir. Buna əsasən, yaxşı olar ki, Həzrəti Məhd (ə)-ın intizarının çoxlu müxtəlif tanıyaq, zühurun intizarında olanların vəzifələri və onlara veriləcək misilsiz mükafatlar barəsində söhbət açaq.
İnsan müxtəlif yönlərdə nəzərdən keçrildikdə, müxtəlif xüsusiyyətlərə malik oxşaması aydınlaşır. Bir tərəfdən o nəzəri və elmi yönlərə malikdir, digər tərəfdən isə fərdi və ictimai yönlərin sahibidir. Başqa tərəfdən də, onun cismi yönü ilə yanaşı ruhi və mənəvi yönləri də vardır. Şübhəsiz, qeyd olunan yönlərin hamısında müəyyən olunmuş bir qayda-qanuna ehtiyac duyulur ki, həyatın düzgün yolu məhz onun çərçivəsində açılsın, azğınçı yollar insanın üzünə bağlansın. Bu düzgün yol da yalnız intizar yolundan ibarətdir.
Bu intizar dünya səviyyəsində və`dəsi verilmiş intizarda olan bir şəxsin həyatının bütün yönlərinə –fikri və nəzəri yönlərinə tə`sir qoyur; çünki bunlar insanın əməl və rəftarlarının özəyini təşkil edir, insan həyatının əsas inanclarını öz hasarında qoruyub saxlayır. Başqa sözlə desək, düzgün intizar bunu tələb edir ki, intizarda olan şəxs özünün fikri və e`tiqadi əsaslarını gücləndirsin ki, azğınçı məktəblərin tələsinə, yaxud imam Zaman (ə)-ın qeybət dövrünün uzanmasından irəli gələn ümidsizlik tələsində düşməsin.
İmam Baqir (ə) buyurmuşdur: «İnsanlar üçün elə bir dövran gələcəkdir ki, onların imamları qaib olacaq. Bu zaman xoş olsun o kəslərin halına ki, həmin zamanda bizim (vilayət) əmrimizdə sabit və möhkəm qalmış olsun.»[58]
Yə`ni düşmənlərin müxtəlif şübhələr icad edərək müsəlmanların e`tiqadlarını sarsıtmağa çalışdıqları qeybət dövründə intizar səngərində qərar tutmağa görə onların əqidə sərhədləri qorunub-saxlanacaqdır.
Əməli yönlərdə də intizar insanın bütün rəftar və əməllərini düzgün şəkildə istiqamətləndirir. Belə ki, intizarda olan şəxs əməl meydanında çalışmalıdır ki, haqq dövlətin zühurunun zəminələrini yaratsın. Buna əsasən, intizarçı şəxs bu bölmədə də həm özünün ruhi və mə`nəvi kamalını, həm də cəmiyyətin mə`nəviyyatını artırmaq üçün sə`y göstərməlidir. Fərdi yönlərində də özünün ruhi həyatına və əxlaqi fəzilətlərin kəsb olunmasına üz gətirir, özünün cismi yönlərini gücləndirir ki, nur cəbhəsi üçün lazımlı və layiqli bir ehtiyat qüvvəsi olsun.
İmam Sadiq (ə) buyurur: «...İmam Qaim (ə)-ın köməkçilərindən olmaq istəyən bir şəxs gərək müntəzir olsun və intizar halında təqvalı olub gözəl əxlaqlara yiyələnsin[59]
İntizarın xüsusiyyətləri bundan ibarətdir. Belə ki, o, insanı özünün malik olduğu çərçivədən daha üstün bir fəzaya aparır, onu cəmiyyətin ayrı-ayrı fərdləri ilə əlaqələndirir. Yə`ni təkcə intizarçı şəxsin fərdi həyatının yönlərində tə`sirli deyildir; əksinə ayrı-ayrı şəxsin cəmiyyətlə olan əlaqələrinə də tə`sir qoyur. Bu barədə müəyyən proqramlar tökür, onu cəmiyyətdə müsbət tə`sir qoymağa vadar edir. Haqq dövlətin zühurunun şərti kütləvi hazırlıq və səfərbərlik olduğuna görə, hər kəs özünün qüdrəti dairəsində cəmiyyətin islah olunmasına çalışır, ictimai xoşagəlməzliklər qarşısında laqeyd yanaşmır. Çünki dünya səviyyəli xilaskarın və islahatçının intizarını çəkən bir şəxs əqidə və əməldə doğruçuluq və islahat yolunu qət etmiş olur.
Bir sözlə, intizar çox xeyirli-bərəkətli bir cərəyandır ki, fərdin və cəmiyyətin həyatının əhəmiyyət kəsb edən bütün yollarında cərəyandadır və həyatın bütün sahələrində insana və onun həyatına ilahi rəng bağışlayır. İlahi rəngdən də gözəl bir rəng ola bilərmi?! Qur`ani Kərim buyurur:
...صِبْغَةَ اللّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ صِبْغَة...[60]
«(Özünüzə) ilahi rəng (alın); ilahi rəngdən də gözəl bir şey ola bilərmi?!»
Qeyd olunanlara diqqət yetirməklə dünya səviyyəli islahatçının intizarında olanların vəzifələri aydın olur yə`ni bu vəzifə insanın özünün bütün əməl və rəftarlarının ilahi rəngə boyanmasından başqa bir şey deyildir. Bu da intizarın bərəkətindən olub, insanın fərdi və ictimai həyatının hər bir yerində cilvələnir. Bu görüşlə, intizarçılarının öhdəsinə qoyulan vəzifələr ağır olmayacaq; əksinə bizim həyatımızın hər bir yönlərinə mə`na və məfhum verən şirinlik cərəyanı ünvanı ilə gözəllik bağışlayacaqdır. Doğrusu, əgər mehriban bir padşah, yaxud qəlbi mehr-məhəbbətlə dolu olan karvan rəisi səni «imamın xeyməsi üçün layiqli bir əsgər» –ünvanı ilə çağırsa, sənin haqq səngərində hazır olmağının intizarını çəksə, onda sənin üçün necə sevincli olar?! Sənin üçün müəyyən təklif və vəzifələr qoyub filan cür ol» deyilsə, və sən də o işləri yerinə yetirsən, onda seçildiyin vəzifə və məqsəd üçün irəli getməzsənmi?!
Din rəhbərləri və məsum imamların hədislərində və bəyanlarında zühurun intizarını çəkənlər üçün çoxlu vəzifələr bəyan edilmişdir ki, burada onların ən mühümlərini qeyd edirik:
İntizarçı şəxsin öz imamını tanımadan intizar yolunu qət etməsi qeyri-mümkündür. İntizar vadisində müqavimət göstərib səbirli olmaq məhz və`dəsi verilən rəhbər barəsində düzgün mərifət əldə etməyə bağlıdır. Buna əsasən, imamın adı və nəsəbini tanımaqdan əlavə, onun rütbə və məqamı barəsində də mə`lumat kəsb etmək, lazımi və kifayət qədər mə`lumat əldə etmək lazımdır.
İmam Həsən Əsgəri (ə)-ın xidmətçilərindən biri olan Əbu Nəsr İmam Məhd (ə)-ın qeybətindən öncə o həzrətin hüzuruna gəlir. İmam Məhd (ə) ondan soruşur: «Məni tanıyırsanmı?» Cavab verir: «Bəli. Siz mənim sərvərim və mənim sərvərimin övladısınız!» İmam buyurur: «Mənim məqsədim belə mərifət deyildir.» Əbu Nəsr deyir: «(Sizin məqsədiniz nədir?) Öünüz buyurun!»
İmam buyurur: «Mən Allah Peyğəmbərinin axırıncı canişiniyəm və Allah təala mənim (bərəkətimin) səbəbi ilə bəlaları öz xanədanımdan və şiələrimdən uzaqlaşdırar.»[61]
Əgər bir intizarçı şəxs üçün imam barəsində mə`rifət hasil olsa, həmin vaxtdan e`tibarən özünü imamın cəbhəsində görür və hiss edir ki, sanki imamın xeyməsindədir və onun yanında qərar tutmuşdur. Buna əsasən, öz imamının cəbhəsini gücləndirmək üçün bir an belə, əlindən gələni əsirgəməz.
İmam Baqir (ə) buyurmuşdur:
...مَنْ ماتَ وَهُوَ عارِفُ لِاِمامِهِ لَمْ يَضُرُّهُ، تَقَدَّمَ هذاالْاَمْرِ اَوْ تَأَخَّرَ وَمَنْ ماتَ وَهُوَ عارِفُ لِاِمامِهِ كانَ كَمَنْ هُوَ مَعَ الْقائمِ فى فُسْطاطِهِ
«Hər kəs öz imamı barəsində mərifət əxz etmiş halda ölərsə, (zühur) işinin tə`xirə düşməsi, yaxud tez baş verməsi ona heç bir ziyan çatdırmaz. Öz imamını tanıyan və onun barəsində kamil mərifət kəsb edən halda ölən bir şəxs imamın xeyməsində və onunla yanaşı olan bir şəxs kimidir.»[62]
Qeyd etmək lazımdır ki, bu mərifət və agahlıq o qədər mühümdür ki, mə`sumların kəlamında da qeyd olunduğu kimi, onu əldə etmək üçün Allah təaladan kömək istəmək lazımdır. İmam Sadiq (ə) buyurmuşdur: «İmam Məhd (ə)-ın uzun qeybəti dövründə batilə uyanlar (öz din və etiqadlarında) şəkk-şübhəyə düçar olacaqlar.» İmamın ən yaxın səhabələrindən olan Zürarə soruşdu: «Əgər o dövrü müşahidə etsəm, hansı əməli yerinə yetirim?» İmam Sadiq (ə) buyurur: «Bu duanı oxu:
اَلّلهُمَّ عَرِّفْنى نَفْسَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى نَفْسَكَ لَمْ اَعْرِفْ نَبِيَّكَ اللّهُمَ عَرِّفْنى رَسُولَكَ فَاِنَّكَ اِنْ تُعَرِّفْنى رَسُولََكَ لَمْ اَعْرِفْ حُجَّتَكَ اَلّلهُمَّ عَرِفْنى حُجَّتَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى حُجَّتَكَ ضَلَلْتُ عَنْ دينى[63]
Bura qədər qeyd olunanlar İmam (ə)-ın varlıq aləmi məcmuəsində malik olduğu məqama dair mərifət kəsb etməyin zərurəti barəsində idi.[64] O, Allahın (bəndələrə olan) höccəti, Peyğəmbərin haqq canişini və bütün insanların rəhbəridir ki, ona itaət etmək bütün insanlara vacibdir. Çünki ona itaət etmək, elə Allaha itaət etməkdir.
İmam barəsində mərifət kəsb etməyin yönlərindən biri də imamın sifətlərini və onun tutduğu yolu dərk edib bu barədə mərifət kəsb etməkdir[65]. Bu yöndə olan mərifət insanın və intizarçı şəxsin əməli, rəftarı və xislətlərində çox dərin tə`sirlərə malikdir. Aydındır ki, imamın və ilahi höccətin müxtəlif yönlərində insanın mərifəti nə qədər artıq və dərin olarsa, insan həyatının müxtəlif yönlərində tə`sir qoyması da bir o qədər artıq olacaqdır.
İmam barəsində mə`rifət kəsb etdikdən və o həzrətin rəftarının gözəl cilvələrinə agah olduqdan sonra kamal məzhərlərindən neçə nümunə götürmək və o həzrətə tabe olmaq məsələsi irəli gəlir.
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Xoş olsun o kəsin halına ki, mənim xanədanımın Qaimini görər; halbuki, qiyam dövründən qabaq ona və ondan qabaqkı imamlara iqtida və onların düşmənlərindən bizarlıq etmiş olar. Onlar mənim dostlarım, yoldaşlarım və mənim nəzərimdə ümmətimin əzizləridir.»[66]
Doğrusu təqva, ibadət, sadə yaşayış, səxavət, səbir və bütün əxlaqi fəzilətlərdə öz muradı olan imamın ardınca gedən bir şəxs o ilahi rəhbərin yanında necə yüksək məqama nail olacaq, o həzrətin müqəddəs hüzuruna çatan zaman necə də başıuca və vüqarlı olacaqdır!
Məgər dünya varlıqları içərisində ən gözəl bir şeyin axtarışında olan intizarçı şəxs özünü gözəlliklər üçün hazırlamazmı, çirkinliklərdən, əxlaqi rəzilətlərdən uzaq gəzməzmi və intizar yolunda daim öz əməl və fikirlərinin keşiyində durmazmı?! Əks halda, pisliklərin tələsinə düşmək get-gedə onu öz mə`şuqundan aralı salar. Bu həqiqət də o imamın xəbərdarlıqla deyilən bəyanlarında belə qeyd olunur:
فَما يَحْبِسُنا عَنَهُم اِلّا مايَتَّصِلُ بِنا مِمّا نُكْرِهُهُ ونُؤْثِرُهُ مِنْهُم
Heç bir şey bizi şiələrimizdən aralı salmamışdır; yalnız onlardan bizə gəlib çatan işlər (bizi onlardan aralı salır). Elə işlər ki, biz onları bəyənmir və şiələrimizdən baş verməsini gözləmirik[67].
İntizarçıların son arzuları bundan ibarətdir ki, Məhd (ə) dövlətinin və ilahi ədalət hökumətinin qurulmasında müəyyən rol ifa etmiş və Allahın axırıncı höccətinə kömək və onunla yanaşı olmaq iftixarına nail olsunlar. Lakin görsən, belə bir böyük səadətə nail olmaq əxlaqi gözəlliklərə yiyələnməkdən və ruhun saflaşdırılmasından başqa bir yolla müyəssər ola bilərmi?!
İmam Sadiq (ə) buyurur:
مَنْ سَرَّهُ اَنْ يَكُونَ مِنْ اَصْحابِ القائمِ فَلْيَنْتَظِرْ وَلْيَعْمَلْ بِالْوَرَعِ وَمَحاسِنَ الْاَخْلاقِ وَهُوَ مَنْتَظِر
Hər kəs imam Qaim (ə)-ın köməkçilərindən olmaq istəyirsə, gərək müntəzir olsun və intizar halında da təqvaya, gözəl əxlaqa və rəftarlara malik olsun.»[68]
Aydındır ki, belə istəklərin həyata keçirilməsi, bütün gözəlliklərə malik olan belə bir imamı nümunə götürmədən mümkün ola bilməz.
Müntəzirlərin imam barəsində mə`rifət kəsb etməsinə və o həzrətə tabe olmasına kömək edən, intizar yolunda səbir və müqavimətə səbəb olan bir şey daim o həzrətin, başqa sözlə, ruhlara şəfa verən bir təbibin yad olunmasıdır.
Doğrusu, ümmətin mehriban imamının həmişə öz şiələrinin vəziyyətinə nəzarət etdiyini, bir an belə, onlardan qafil olmadığını bildikdə, rəvadırmı ki, ona aşiq olanlar dünya və onun mənfur təəlüqatlarına baş qarışdırsınlar və o əziz şəxsiyyətdən qafil və xəbərsiz qalsınlar?! Halbuki, həqiqi dostluq və məhəbbətin şərti bundan ibarətdir ki, hər bir halda onu özümüzdən və başqalarından qabağa keçirək. Dua etmək istəyəndə, əvvəlcə ondan başlayaq, onun salamatlığı və zühurunun tezləşməsi üçün dua edək. Çünki, o həzrətin özü belə buyurmuşdur: «Fərəcin tezləşdirilməsi üçün çox dua edin; çünki bu sizin fərəc və qurtuluşunuzdur.»[69] Biz bu duanı oxuyaraq həmişə imam üçün dua etməliyik:
اللّهُمَّ كُنْ لِوَلِيَّكَ الْحُجَّةِبْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى ابائهِ فِى هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَليّاً وَحافِظًا وًقائداً وَناصراً وَدليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا وَتُمَتِّعَهُ فيها طَويلاً[70]
Pərvərdigara, Öz vəlin olan Höccət ibnil-Həsən üçün –Sənin salam və salavatın ona və onun pak ata-babalarına olsun! –Bu saatda və bütün saatlarda keşikçi, rəhbər, köməkçi, yol göstərən ol ta ki, (o zamana qədər ki,) yer üzündə rəğbət və meyl üzündə ona yer verəsən, və onu yer üzündə uzun müddət ərzində bəhrələndirəsən.»
Həqiqi intizarçı sədəqə verən zaman əvvəlcə öz imamının şərif vücudunun salamatlığı nəzərə alır və hər bir bəhanə ilə əlini onun mehr-məhəbbətlə dolu ətəyinə atır, onun mübarək zühurunun şövqündən və misilsiz camalının görüşündən nalə edir.
عَزيزُ عَلَىَّ أَنْ اَرَى الخَلْقَ وَلاتُرى
«Mənə necə də çətindir ki, hamını görüm, amma sən görünməyəsən?!»[71]
İntizar yolunu ötüb keçən hər bir şəxs qəlblərin sevimlisi olan o böyük şəxsiyyətin adına bərqərar olunan məclislərdə iştirak edir ki, özünün onunla olan məhəbbət tellərini bir daha möhkəmləndirsin. O, «səhlə» və «cəmkəran» məscidi, İmam Zaman (ə)-a mənsub olan müqəddəs sərdab və sair kimi müqəddəs yerlərə getməklə bu əlaqələri möhkəmləndirir.
Müntəzirlərinhəyatında İmam Məhd (ə)-ın xartırlanmasının ən gözəl cilvələrindən biri də budur ki, hər gün onunla bağladığı əhd-peymanını (beyəti) yeniləşdirsin, özünün bu əhd peymana sadiq qalmasını e`lan etsin. «Əhd» duasında belə oxuyuruq:
اَلّلهُمَّ اِنّى اُجَدِّدُ لَهُ فى صَبيحَةِ يَومى هذا وَما عِشْتُ مِنْ اَيّامى عَهْداً وَعَقْداً وَبَيْعَةً لَه فى عُنُقى لااَحُولَ عَنْها وَلااَزُولَ اَبَداً اَلّلهُمَّ اجْعَلْنى مِنْ اَنْصارِهِ وَاَعْوانِهِ وَالذّابّينَ عَنْهُ والْمُسارِعينَ اِلَيْهِ فى قَضاءِ حَوائِجِهِ والمُمْتَثِلينَ لِاَوامِرِه وَالمُحامينَ عَنْهُ وَالسّابِقينَ الى اِرادَتِهِ وَالمُسْتَشهِدينَ بَيْنَ يَدَيْه
«Pərvərdigara! Mən bu günün sübhündə və həyatımın bütün dövrlərində o həzrətin barəsində öhdəmdə olan əhd-peymanı və bey`əti yeniləşdirirəm və ondan və (əhd-peymandan) heç vaxt qayıtmaram. Və onun üzərində möhkəm dayanıram. Pərvərdigara! Məni o həzrətin köməkçilərindən, onun müqəddəs sərhədlərini müdafiə edənlərdən, istəklərini yerinə yetirmək üçün onun hüzuruna tələsənlərdən, ona itaət edənlərdən, göstərişlərinə əməl edənlərdən, o həzrətin şərif vücudunu himayə edənlərdən, onun istəklərinə doğru qabağa düşənlərdən və onun gözləri önündə şəhid olanlardan qərar ver!»[72]
Əgər bir şəxs daim əhd duasını oxusa və ruhunun dərinliklərində onun məzmununa sədaqətli qalsa, heç vaxt süstlüyə düçar olmaz, öz imamının məqsədlərinin həyata keçməsində, o həzrətin zühuru üçün zəminə yaratmaqda daim çalışar və bir an belə usanmaz və doğrudan da belə bir şəxs ilahi zəxirələrin sonuncusuna kömək etmə meydanında layiqli hüzurunu göstərmiş olur.
İmam Sadiq (ə) buyurmuşdur: «Hər kəs qırx gün sübh çağı Allahı bu əhd duası ilə dua edərək çağırsa, bizim Qaimimizin köməkçilərindən olacaqdır. Əgər o həzrətin zühurundan öncə dünyadan gedərsə, Allah təala (zühur zamanı) onu qəbirdən dirildər (və Qaimin köməkçilərindən qərar verər).»
İntizarda olan ayrı-ayrı şəxslərin xüsusi vəzifələrini bəyan etdikdən sonra intizarçı cəmiyyətin vəzifələri də irəli çəkilir. Belə ki, onlar da imam və ilahi höccətin hədəflərinin gerçəkləşməsi yolunda əsaslı qədəm götürməlidirlər. Başqa sözlə desək, intizarçı cəmiyyət öz hərəkət və sə`ylərini gərək və`dəsi verilən rəhbərin razılığı yolunda qərar versin. Buna əsasən, intizarçı bir cəmiyyət qərara almalıdır ki, özünün imamla bağladığı əhd-peymanını sona çatdırsın, nəticədə o həzrətin zühuru və əzalı dövlətinin yaranmasına münasib şərait hazırlamış olsun.
İmam Zaman (ə) belə cəmiyyətə yazdığı bəyanlarında müjdə vermişdir: «Əgər bizim şiələrimiz – Allah itaət yolunda onlara kömək etsin! – onlardan alınan əhd-peymanı vəfadarlıqda bir sözlü və qəti qərarlı olsunlar. Əlbəttə görüş ne`məti onlardan tə`xirə salınmaz, bizimlə görüş səadəti onlar üçün bizim barəmizdə həqiqi və kamil mə`rifətlə yanaşı tezləşdirilər[73].
Qeyd olunan əhd-peyman Allahın kitabında və ilahi elçilərin sözlərində qeyd olunanlardır ki, onların ən mühümlərini aşağıda qeyd edirik:
1-İmamlara tabe olmaqda, onların dostları ilə dostluq və düşmənlərindən bizarlıq etmək yolunda sə`y göstərmək.
İmam Baqir (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Xoş olsun o kəsin halına ki, mənim xanədanımdan olan Qaimin qiyamından əvvəl ona tabe olan, onun dostları ilə dost, düşmənləri ilə düşmənçilik edən bir halda görsün! Onlar mənim dostlarım, məhəbbət əhli və qiyamət günündə mənim ümmətim içrə ən əziz şəxslər olacaqlar.»[74]
2-İntizar çəkən cəmiyyət bi`dətlərin, dindəki azğınlıqların, münkər işlərin və çirkinliklərin cəmiyyət səviyyəsində yayılması qarşısında heç vaxt laqeyd yanaşmır, gözəl sünnə və qayda-qanunların, əxlaqi dəyərlərin unudulması müqabilində özlərindən ciddi əksül-əməl göstərirlər.
Peyğəmbəri Əkrəm (s)dən belə nəql olunur: «Əlbəttə, bu ümmətin sonunda (axirəz-zəman dövründə) elə bir qurup olacaqdır ki, onların mükafatları islamın əvvəllərindəki ümmətin savabı qədərdir. Onlar əmr be mə`ruf və nəhy əz münkər edərək (fitnə və fəsad) ilə mübarizə apararlar.»[75]
3-İntizarçı bir cəmiyyət başqaları ilə rəftarda gərək qarşılıqlı həmkarlığı öz proqramlarının əsası qərar versinlər. Bu cəmiyyətin ayrı-ayrı fərdləri dar görüş və qapalı nəzərlərdən, yalnız özünü görməkdən uzaq olmaqla daim fəqirləri və ehtiyaclıları arayıb-axtarır və onlardan xəbərsiz qalmırlar.
Şiələrdən bir qrupu İmam Baqir (ə)-dan onlara nəsihət etməsini istədikdə, həzrət buyurdu: «Aranızdakı güclülər zəiflərə kömək etsinlər, ehtiyacsızlar ehtiyaclılara mehribanlıq göstərsinlər və sizlərdən hər biriniz başqalarına qarşı xeyirxahlıq fikrində olsun.»[76]
Qeyd etmək lazımdır ki, bu qarşılıqlı həmkarlığın səviyyəsi şəxsin yaşadığı mühitlə hüdudlanmır; əksinə, intizarçıların xeyirxahlıq niyyət və yaxşı məqsədləri və əməlləri başqa şəhərlərin ucqar yerlərində yaşayan ehtiyaclıların mühitinə də gedib çatır. Çünki intizar ruhiyyəsinin sayəsində cəmiyyət üzvləri arasında heç bir ayrılıq və yaylıq hiss olunmamalıdır.
4-İntizarçı cəmiyyətin üzvü olan şəxslər gərək cəmiyyətə «Məhdlik» rəngi versinlər, onun adını və xatirəsini hər bir yerdə ucaltsınlar, imamın sözlərini və əməllərini bütün sözlərin və üslubların sərlövhəsi kimi ümümxalqın ixtiyarında qoysunlar və bu yolda bütün varlıqları ilə çalışsınlar. Şübhəsiz, bu halda imamların xüsusi inayət mərkəzində olacaqlar.
İmam Baqir (ə)-ın səhabələrindən olan Əbdül-Həmid Vasiti o həzrətə ərz etdi: «Biz bütün həyatımızı fərəc işinin intizarına vəqf etdik, belə ki, bə`zilərimizə bu yolda çoxlu çətinliklər icad etdi!»
İmam onun cavabında buyurdu: «Ey Əbdül-Həmid! Güman edirsənmi ki, Allah (çətinliklərdən) özünü Ona vəqf edən bir bəndə qurtuluş və xilas olunma yolunu üçün qərar verməmişdir?! Bəli! Allaha and olsun ki, Allah təala onun üçün (hökmət) bir çarə yolu qərar vermişdir. Allah rəhmət etsin o bəndəyə ki, bizim (vilayət) əmrimizi dirçəldə!»[77]
Sonda qeyd etməliyik ki, intizarçı bir cəmiyyət daim çalışmalıdır ki, ictimai həyatın bütün yönlərində sair cəmiyyətlərə nümunə olsunlar, və`dəsi verilmiş xilaskarın zühuru üçün lazım olan bütün zəminələri həyata keçirsinlər.
Bə`ziləri güman edir ki, dünya səviyyəli xilaskarın intizarında olmaq insanları sükunət və laqeyd halında qərar verir, dünya səviyyəli bir xilaskarın qiyam edərək zülm və haqsızlığın kökünü kəsməyin intizarında olanlar pisliklərin, ictimai, eybəcərliklərin və çirkinliklərin müqabilində özlərindən heç bir əksül-əməl göstərmir, əksinə sakit və laqeyd qalır, əllərini bir-birinin üstünə qoyaraq cinayətlərin tamaşasına oturur!
Lakin bu nəzər çox səthi, diqqət – nəzərdən uzaq olan bir görüşdür. Çünki və`dəsi verilən imamın xüsusiyyətləri, eləcə də intizarın yönləri və müntəzirlərin xüsusiyyətləri barəsində qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, intizar ruhiyyəsi özünün müstəsna əhəmiyyətli xüsusiyyətləri ilə, eləcə də İmam Məhd (ə)-ın misilsiz məqamına nəzər yetirməklə, nəinki sükunət və laqeydliyə səbəb olur, əksinə insanın irəli doğru hərəkətində ən mühüm və tə`sirli amillərdən biri də sayılır.
İntizar haləti şəxsdə çox xeyir-bərəkətli bir canlanma, hədəfli bir hərəkət icad edir. İntizar halətində olan şəxs intizarın həqiqətinə nə qədər yaxın olarsa, onun məqsədə olan hərəkətinə də bir o qədər artıq sür`ət bağışlayar. İntizar sayəsində insan özünü mehvər qərar verməkdən uzaqlaşır, özünü islam cəmiyyətinin bir cüzi hissəsi kimi görür. Buna əsasən, çalışır ki, cəmiyyəti öz bacarığı və qüdrəti sayəsində islah və düzgünlüyə yaxınlaşdırsın.
Bir cəmiyyət belə istedadlı və ləyaqətli şəxslərdən təşkil olunarsa, həmin cəmiyyət fəzilətlərin və insani keyfiyyətlərin yayılması istiqamətində qədəm götürər, yaxşılıqların bərqərar edilməsinə doğru ümumi bir hərəkat formalaşar və islah, quruculuq, ümidvarlıq, təravətlilik, həmkarlıq, həmrənglik və ciddi sə`ylər səhnəsindən ibarət olan belə bir mühit də dini etiqadların, «Məhdlik» barəsində dərin düşüncənin cəmiyyətdə yayılmasına səbəb olar, intizarın bərəkəti ilə mühitin fəsadlarına qurşanmayan, əksinə öz dini hüviyyətlərini və e`tiqadi sərhədlərini qoruyub saxlayan intizarçılar da intizar dövrünün çətinlikləri və müşkülləri müqabilində səbirli olar, Allahın labüd və`dəsinin gerçəkləşməsi yolunda bəlalara sinə gərər və bir an olsun belə, özündə süstlüyə və naümidliyə yol verməz.
Doğrusu, hansı bir məktəb və məzhəb öz ardıcıllarına belə bir aydın yol tə`yin etmiş olar?! Elə bir yol ki, ilahi məqsədlərlə qət edilir və nəticə e`tibarı ilə öz ardınca böyük mükafatlar gətirir.
Xoş olsun o kəslərin halına ki, gözlərini yaxşılıqlara dikərək oturmuşlar! Dünya səviyyəsində və`dəsi verilən intizarın dəqiqələrini sayanların mükafatı necə də böyükdür! Ali-Mühəmmədin Qaiminin həqiqi müntəziri olan şəxsin məqam və rütbəsi necə də yüksəkdir!
Yaxşı olar ki, intizar fəslinin son bölməsində intizarın misilsiz rütbə və fəzilətindən danışaq, din rəhbərlərinin buyuruqlarından nümunələr qeyd edək.
İmam Sadiq (ə) buyurur: Xoş olsun Biz (Əhli beytin) Qaiminin şiələrinin halına ki, onun qeybəti dövründə zühurunun intizarını çəkər, zühur dövründə onun fərmanlarına canla-başla itaət edərlər. Onlar Allahın dostlarıdır ki, onlar üçün heç bir qəm-qüssə olmaz.»[78]
Bundan da böyük iftixar ola bilərmi ki, Pərvərdigari-aləmin dostluq əlamətini sinəsinə vurmuş olsun?!
Belə bir şəxs nə üçün qəm-qüssəyə düçar olmalıdır, halbuki onların həyatı da, ölümü də çox yüksək qiymətə malik olmuşdur!
İmam Səccad (ə) buyurur: «Qaimimizin qeybəti dövründə bizim vilayətimizdə sabitqədəm qalan şəxsə Allah təala Bədir və Ühüd müharibəsinin şəhidlərindən olan min şəhidin əcr və savabını verəcəkdir.»[79]
Bəli, qeybət dövründə öz imamının vilayətində sabit qədəm və o həzrətlə bağladıqları əhd-peymana vəfalı qalan şəxslər Peyğəmbərin önündə Allah düşmənləri ilə cihad edərək cihad səhnəsində qanına qəltan olan şəhidlər kimidir!
Peyğəmbər (s) övladına kömək etməyin intizarında olmaq məqsədi ilə canlarını hədiyyə edən müntəzirlər indidən e`tibarən haqq cəbhəsinin önündə xeymə (çadır) qurmuş olarlar!
İmam Sadiq (ə) buyurur: «Əgər sizdən (şiələrdən) biri həzrət Məhdnin fərəcinin intizarında olan bir halda ölsə, Qaimin kənarında və onun xeyməsində olan bir şəxs kimidir! (O həzrət bir qədər sükut etdikdən sonra buyurdu:) Xeyr, hətta o şəxs kimidir ki, o həzrətin önündə cihad edib qılınc çəkmiş olsun! (Sonra buyurdu:) Xeyr, Allaha and olsun, o kəs kimidir ki, Peyğəmbəri Əkrəm (s)-in gözləri önündə şəhadət məqamına çatmış olsun.»[80]
Bu qrup əsrlərlə öncə Allahın böyük Peyğəmbəri Həzrəti Mühəmmədin (s) öz qardaşları və dostları adlandırdığı şəxslərdir ki, o həzrətə qarşı öz qəlbi məhəbbətlərini e`lan etmiş olsunlar.
İmam Baqir (ə) buyurur: Bir gün Peyğəmbəri Əkrəm (s) ənsardan olan bir qrupun hüzurunda buyurdu: «Pərvərdigara! Mənim qardaşlarımı mənə göstər!» Bu cümləni iki dəfə təkrar etdikdən sonra səhabələr dedilər: «Ey Rəsuləllah! Biz sizin qardaşlarınız deyilikmi?!»
Həzrət buyurdu: «Xeyr, siz mənim səhabələrimsiniz; mənim qardaşlarım o qövmdür ki, axirəz-zamanda məni heç vaxt görmədikləri halda mənə iman gətirərlər! Allah təala onları özlərinin və atalarının adları ilə mənə təqdim etmişdir... Onlardan hər birinin öz din işində sabitqədəm qalması qaranlıq gecədə əlinə məş`əl almış bir şəxsin tikanları çıxartmasından da ağırdır. Onlar hidayət məş`əlləridir ki, Allah təala onları qaranlıq fitnələrdən xilas edər.»[81]
Peyğəmbəri Əkrəm (s) yenə buyurmuşdur: «Xoş olsun o kəsin halına ki, mənim Əhli-beytimin Qaimini görsün, halbuki onun qiyamından əvvəl ona iqtida etmiş olar. Onun dostları ilə dostluq, düşmənlərindən bezarlıq edər və ondan əvvəlki imamları da sevmiş olar. Onlar mənim dostlarım, məhəbbət sahibləri, ümmətim içərisində mənim üçün ən əziz olan şəxslərdir.»[82]
Peyğəmbərin (s) hüzurunda belə böyük məqama nail olanlar o həzrətin dostluqla xitab etdiyi şərəfə də nail olmuşlar! O da elə bir nidadır ki, eşq-məhbbətlə doludur, onların Allah təalanın hüzuruna ən yaxın dərəcələrindən hekayət edir.
İmam Baqir (ə) buyurur: «İnsanlar üçün elə bir dövr gələr ki, imamları qeybə çəkilər. Xoş olsun o kəslərin halına ki, o dövrdə bizim (vilayət) işimizdə sabitqədəm qalar. Həqiqətən onlara veriləcək ən kiçik mükafat budur ki, Allah təala onlara nida edərək deyər: «Ey Mənim bəndələrim! Mənim sirrimə (və qaib imama) iman gətirdiniz, onu təsdiq etdiniz, belə isə, sizə Mənim gözəl mükafatımla müjdələr olsun! Siz həqiqətdə Mənim bəndələrimsiniz. Sizin əməllərinizi qəbul edərək, günahlarınızdan güzəştə gedir və sizin bərkətinizlə yağışı bəndələrimə nazil edir, bəlaları onlardan uzaqlaşdırıram. Əgər siz (camaatın arasında) olmasaydınız, hökmən Öz əzabımı (günahkar bəndələrimə) göndərərdim!»[83]
Amma doğrusu, görəsən hansı bir şey müntəzirlərin aramlaşdıra, onların intizarlarına son qoya bilər?! Hansı bir şey onların göz aydınlığına səbəb olar, qərarı kəsilmiş qəlblərinə aramlıq bəxş edər?! Məgər bir ömür gözlərini intizar yoluna dikən, həmin yolda bütün çətinliklərə sinə gərərək yolu davam etdirən və və`dəsi verilmiş yaşıl səhraya ayaq qoyan bir şəxs öz mə`şuq və məhbubları ilə həmnişin olmaqdan da aşağı bir mükafata razı olarmı?! Bundan da gözəl axır-aqibət və bundan da əzəmətli bir an ola bilərmi?!
İmam Kazim (ə) buyurur: «Xoş olsun bizim şiələrimizin halına! O, kəslər ki, Qaimimizin qeybət dövründə bizimlə dostluq tellərinə sarılar və bizimlə dostluqda, düşmənlərimizdən bezarlıq etməkdə sabitqədəm qalarlar. Biz onlardan, onlar da bizdəndir. Onlar bizim rəhbərliyimizə razı olmuşlar (imamətimizi qəbul etmişlər), biz də onların şiə olmalarına razı olmuşuq! Xoş olsun onların halına! Allaha and olsun ki, onlar qiyamətdə bizimlə yanaşı və bizimlə bir rütbədə qərar tutacaqlar.»[84]
 
 
 

 

[1] Qeybəti nömani 10-cı bab hədis 3 səh 146
[2] Biharul ənvar 52-ci cild 23 bab səh 152
[3] Qur`ani kərim çoxlu ayələrdə o cümlədən Ğafir 58 Fəth 23 İsra 77 ayələrdə ilahi sünnə və qanunlar irəli çəkmişdir. Onların məcmuəsindən mə`lum olur ki, ilahi sünnələr dedikdə Allahın sabit və əsaslı qanunları nəzərdə tutulur ki, heç vaxt onlarda dəyişiklik baş vermir. Bu qanunlar həm keçmiş qövmlərə hakim olmuş həm də hazır ki, və gələcəkdəki qövmlərə hakim olacaqdır. Təfsiri nümunə 17-ci cild səh 435 xülasə şəkildə
[4] Kəmaludin birinci cild 1- 7-ci bablar səh 254- 300
[5] Biharul-ənvar 52-ci cild hədis 3 səh 90
[6] Müntəxəbul əsər, ikinci fəsil 26-29-cu bablar səh 312 340
[7] Kamaludin birinci cild 25-ci bab 4-cü hədis səh 536
[8] Yenə orada ikinci cild 44-cü bab hədis 11 səh 204
[9] İləlü şərai səh 244 bab 179
[10] Kəmaludin ikinci cild 44 bab hədis 4 səh 232
[11] Qeybəti Tusi beşinci fəsil hədis 284 səh 237
[12] Kəmalu din ikinci cild 44-cü bab 7-ci hədis səh 233
[13] Toqiqat adı ilə məşhur olan məktubların mətni şiə alimlərinin kitablarında mövcuddur (nümunə üçün biharul-ənvar 53-cü cild bab 31 səh 150-197)
[14] Qeybəti Tusi 6-cı fəsil hədis 319 səh 357
[15] Qeybəti Tusi 6-ci fəsil hədis 317 səh 355
[16] Yenə orada 6-cı fəsil hədis 365 səh 395
[17] Kəmalu din ikinci cild 45-ci bab üçüncü hədis səh 236
[18] Ehtica birinci cild 11-ci hədis səh 15
[19] Yenə orada ikinci cild səh 511
[20] Kafi birinci cild səh 201
[21] Məfatihul cinan camieyi kəbirə ziyarəti. Bu ziyarət imam Hadi (ə)-dan nəql olunmuşdur sə`nəd və ibarə cəhətindən ən ali səviyyədədir, bu dua şiə alimləri tərəfindən həmişə diqqət mərkəzində olmuşdur.
[22] Ehticac ikinci cild hədis 344 səh 542
[23] Məfatihul cina ədilə duası
[24] Ehticac ikinci cild hədis 359 səh 598
[25] Cizgə qeyri müsəlmanların islam hökumətinin pənahında yaşayan qeyri müsəlmanların verdiyi vergiyə deyilir ki, onların əmin-amanlığının tə`min olunması və islam dövlətinin imkanlarından istifadə etməkləri müqabilində dövlətə verirlər.
[26] Biharul ənvar 52-ci cild səh 178
[27] Tövbə surəsi 105
[28] Kafi, birici cild, Ərzül əmal babı, səh. 171
[29] Kəmalud din, ikinci cild, 45-ci bab, səh. 235-286
[30] Yenə orada, 4-cü hədis, səh. 237
[31] Birharul-ənvar, 52-ci cild, səh 174.
[32] İsbamul hudat, 3-cü cild, hədis 112, səh. 463
[33] Kamalud din, ikinci cild, 45-ci bab, hədis 4, səh 239
[34] Kamalud din, ikinci cild, 43-cü bab, 12-ci hədis, səh. 171
[35] Müytəxəbül-əsər, 10-cu fəsil, 7-ci bab, nömrə 6, səh 658
[36] Cənnətül Məva və Nəcmus- Saqib (Mühədis Nuri)
[37] Kəmalud din, ikinci cild, 45-ci bab, hədis 4, səh 239
[38] Bəqərə surəsi, ayə 282
[39] Biharul-ənvar, 53-cü cild, səh 315, Ənnəcmus-Saqib, 31-ci hadisə
[40] İndi (kitabın yazıldığı) 1425-ci hicri qəməri ilində yaşayırıq. İmam Məhdi (ə)-ın 255-ci qəməri ilində dünyaya gəlməsini əsas tutaraq, bizim imamımızın hal-hazırda 1070 yaşı vardır.
[41] Əlbəttə, indinin özündə 100 yaşdan artıq ömürlər də tapılır ki, çox azdır.
[42] İmam Zaman (ə)-ı uzun ömürün sirri, Əli Əkbər Məhdipur, səh 13
[43] Elm jurnalı, 6-cı il, nömrə 6, səh 147
[44] Saffat surəsi, 144
[45] Xoşbəxtlikdən, Madaqaskar sahillərində dörd yüz milyon il ömür sürmüş balığın tapılması balıq üçün belə bir ömrün mümkünlüyünü əyani etmişdir. («Keyhan» qəzeti, 6413-cü nömrə, 22-8-1343)
[46] Ənkəbut surəsi, ayə 14
[47] Kəmalud din, ikinci cild, 46-cı bab, üçüncü hədis, səh 309
[48] Kəmalud din, birinci cild, 21-ci bab, dördüncü hədis, səh 591
[49] Nisa surəsi, 157
[50] Biharul-ənvar, 51-ci cild, səh 217
[51] «Zindeyi ruzigaran», səh 132 (Tövratdan nəqlən; Fazil Xaninin tərcüməsi, Sifri peydayiş, 5-ci bab, 5-32-ci ayələr.)
[52] Zindeyi Ruzgaran, səh 134 (Əhdi-cədiddən nəqlən; Ə`mali Rəsulan kitabı, birici bab, 1-12-ci ayələr)
[53] Bunlar Qur`ani Kərimdə gələn həqiqətlərdir Ənbiya surəsi 69, Şüəra surəsi 63
[54] Biharul-ənvar, 51-ci cild səh 109
[55] Biharul-ənvar, 52-ci cild, səh 122
[56] Qeybəti Nömani, 11-ci bab, hədis 16, səh 207
[57] Yenə orada, 13-cü bab, hədis 46, səh 252
[58] Kəmalud-din, birinci cild, hədis 15, səh. 602
[59] Qeybəti Nomani, 11-ci bab, hədis 16, səh 200
[60] Bəqərə surəsi 138
[61] Kəmalu-din ikinci cild 43-cü bab 12-ci hədis səh 171
[62] Usuli-kafi, birinci cild, 84-cü bab, 5-ci hədis, səh. 433
[63] Qeybəti Nömani, 10-cu bab, 3-cü fəsil, hədis 6, səh 170
[64] Bu mövzu barəsində kitabın birinci fəslində müəyyən mətləblər bəyan olunmuşdur.
[65] İmam Məhdi (ə)-ın sirə və sifətləri barəsində gələn fəsildə söhbət olunacaqdır.
[66] Kəmalud din, birinci cild, 25-ci bab, 3-cü hədis, səh 535
[67] Biharul-ənvar, 53-cü cild səh 177
[68] Qeybəti Nömani, 11-ci bab, 16-cı hədis, səh 207
[69] Kəmalud din, ikinci cild, 45-ci bab, hədis 4, səh 237
[70] Məfatihul-cinan, mübarək Ramazan ayının 23-cü gecəsinin əməlləri.
[71] Məfatihul-cinan, Nüdbə duası
[72] Yenə orada, «Əhd duası»
[73] Ehticac, ikinci cild, səh. 600
[74] Kəmalud din, birinci cild, 25-ci bab, hədis 2, səh. 535
[75] Dəlailun nübüvvət, 6-cı cild, səh. 513
[76] Biharul-ənvar, 52-ci cild, 22-ci bab, 5-ci hədis, səh. 123
[77] Yenə orada, 16-cı hədis səh 126
[78] Kəmalud din, ikinci cild, 33-cü bab, 54-cü hədis, səh. 39
[79] Yenə orada, 31-ci bab, 6-cı hədis, səh. 591
[80] Biharul-ənvar, 52-ci cild, səh. 126
[81] Yenə orada, səh 123
[82] Kəmalud din, birinci cild, 25-ci bab, ikinci hədis, səh. 535
[83] Yenə orada, 32-ci bab, 15-ci hədis, səh. 602
[84] Kəmalud din, ikinci cild, 34-cü bab, 5-ci hədis, səh. 43


Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.