İNTİZARIN TƏSİRLƏRİ

İNTİZARIN TƏSİRLƏRİ

əlaqəli məqalələr

İNTİZARIN TƏSİRLƏRİ

Bəziləri güman edir ki, dünya səviyyəli xilaskarın intizarında olmaq insanları sükunət və laqeyd halında qərar verir, dünya səviyyəli bir xilaskarın qiyam edərək zülm və haqsızlığın kökünü kəsməyin intizarında olanlar pisliklərin, ictimai, eybəcərliklərin və çirkinliklərin müqabilində özlərindən heç bir əksül-əməl göstərmir, əksinə sakit və laqeyd qalır, əllərini bir-birinin üstünə qoyaraq cinayətlərin tamaşasına oturur!

Lakin bu nəzər çox səthi, diqqət – nəzərdən uzaq olan bir görüşdür. Çünki və`dəsi verilən imamın xüsusiyyətləri, eləcə də intizarın yönləri və müntəzirlərin xüsusiyyətləri barəsində qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, intizar ruhiyyəsi özünün müstəsna əhəmiyyətli xüsusiyyətləri ilə, eləcə də İmam Məhd (ə)-ın misilsiz məqamına nəzər yetirməklə, nəinki sükunət və laqeydliyə səbəb olur, əksinə insanın irəli doğru hərəkətində ən mühüm və tə`sirli amillərdən biri də sayılır.

İntizar haləti şəxsdə çox xeyir-bərəkətli bir canlanma, hədəfli bir hərəkət icad edir. İntizar halətində olan şəxs intizarın həqiqətinə nə qədər yaxın olarsa, onun məqsədə olan hərəkətinə də bir o qədər artıq sür`ət bağışlayar. İntizar sayəsində insan özünü mehvər qərar verməkdən uzaqlaşır, özünü islam cəmiyyətinin bir cüzi hissəsi kimi görür. Buna əsasən, çalışır ki, cəmiyyəti öz bacarığı və qüdrəti sayəsində islah və düzgünlüyə yaxınlaşdırsın.

Bir cəmiyyət belə istedadlı və ləyaqətli şəxslərdən təşkil olunarsa, həmin cəmiyyət fəzilətlərin və insani keyfiyyətlərin yayılması istiqamətində qədəm götürər, yaxşılıqların bərqərar edilməsinə doğru ümumi bir hərəkat formalaşar və islah, quruculuq, ümidvarlıq, təravətlilik, həmkarlıq, həmrənglik və ciddi sə`ylər səhnəsindən ibarət olan belə bir mühit də dini etiqadların, «Məhdlik» barəsində dərin düşüncənin cəmiyyətdə yayılmasına səbəb olar, intizarın bərəkəti ilə mühitin fəsadlarına qurşanmayan, əksinə öz dini hüviyyətlərini və e`tiqadi sərhədlərini qoruyub saxlayan intizarçılar da intizar dövrünün çətinlikləri və müşkülləri müqabilində səbirli olar, Allahın labüd və`dəsinin gerçəkləşməsi yolunda bəlalara sinə gərər və bir an olsun belə, özündə süstlüyə və naümidliyə yol verməz.

Doğrusu, hansı bir məktəb və məzhəb öz ardıcıllarına belə bir aydın yol tə`yin etmiş olar?! Elə bir yol ki, ilahi məqsədlərlə qət edilir və nəticə e`tibarı ilə öz ardınca böyük mükafatlar gətirir.

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.