İNTİZARIN YÖNLƏRİ

İNTİZARIN YÖNLƏRİ

İNTİZARIN YÖNLƏRİ

İnsan müxtəlif yönlərdə nəzərdən keçrildikdə, müxtəlif xüsusiyyətlərə malik oxşaması aydınlaşır. Bir tərəfdən o nəzəri və elmi yönlərə malikdir, digər tərəfdən isə fərdi və ictimai yönlərin sahibidir. Başqa tərəfdən də, onun cismi yönü ilə yanaşı ruhi və mənəvi yönləri də vardır. Şübhəsiz, qeyd olunan yönlərin hamısında müəyyən olunmuş bir qayda-qanuna ehtiyac duyulur ki, həyatın düzgün yolu məhz onun çərçivəsində açılsın, azğınçı yollar insanın üzünə bağlansın. Bu düzgün yol da yalnız intizar yolundan ibarətdir.

Bu intizar dünya səviyyəsində və`dəsi verilmiş intizarda olan bir şəxsin həyatının bütün yönlərinə –fikri və nəzəri yönlərinə tə`sir qoyur; çünki bunlar insanın əməl və rəftarlarının özəyini təşkil edir, insan həyatının əsas inanclarını öz hasarında qoruyub saxlayır. Başqa sözlə desək, düzgün intizar bunu tələb edir ki, intizarda olan şəxs özünün fikri və e`tiqadi əsaslarını gücləndirsin ki, azğınçı məktəblərin tələsinə, yaxud imam Zaman (ə)-ın qeybət dövrünün uzanmasından irəli gələn ümidsizlik tələsində düşməsin.

İmam Baqir (ə) buyurmuşdur: «İnsanlar üçün elə bir dövran gələcəkdir ki, onların imamları qaib olacaq. Bu zaman xoş olsun o kəslərin halına ki, həmin zamanda bizim (vilayət) əmrimizdə sabit və möhkəm qalmış olsun.»[1]

Yə`ni düşmənlərin müxtəlif şübhələr icad edərək müsəlmanların e`tiqadlarını sarsıtmağa çalışdıqları qeybət dövründə intizar səngərində qərar tutmağa görə onların əqidə sərhədləri qorunub-saxlanacaqdır.

Əməli yönlərdə də intizar insanın bütün rəftar və əməllərini düzgün şəkildə istiqamətləndirir. Belə ki, intizarda olan şəxs əməl meydanında çalışmalıdır ki, haqq dövlətin zühurunun zəminələrini yaratsın. Buna əsasən, intizarçı şəxs bu bölmədə də həm özünün ruhi və mə`nəvi kamalını, həm də cəmiyyətin mə`nəviyyatını artırmaq üçün sə`y göstərməlidir. Fərdi yönlərində də özünün ruhi həyatına və əxlaqi fəzilətlərin kəsb olunmasına üz gətirir, özünün cismi yönlərini gücləndirir ki, nur cəbhəsi üçün lazımlı və layiqli bir ehtiyat qüvvəsi olsun.

İmam Sadiq (ə) buyurur: «...İmam Qaim (ə)-ın köməkçilərindən olmaq istəyən bir şəxs gərək müntəzir olsun və intizar halında təqvalı olub gözəl əxlaqlara yiyələnsin[2].»

İntizarın xüsusiyyətləri bundan ibarətdir. Belə ki, o, insanı özünün malik olduğu çərçivədən daha üstün bir fəzaya aparır, onu cəmiyyətin ayrı-ayrı fərdləri ilə əlaqələndirir. Yə`ni təkcə intizarçı şəxsin fərdi həyatının yönlərində tə`sirli deyildir; əksinə ayrı-ayrı şəxsin cəmiyyətlə olan əlaqələrinə də tə`sir qoyur. Bu barədə müəyyən proqramlar tökür, onu cəmiyyətdə müsbət tə`sir qoymağa vadar edir. Haqq dövlətin zühurunun şərti kütləvi hazırlıq və səfərbərlik olduğuna görə, hər kəs özünün qüdrəti dairəsində cəmiyyətin islah olunmasına çalışır, ictimai xoşagəlməzliklər qarşısında laqeyd yanaşmır. Çünki dünya səviyyəli xilaskarın və islahatçının intizarını çəkən bir şəxs əqidə və əməldə doğruçuluq və islahat yolunu qət etmiş olur.

Bir sözlə, intizar çox xeyirli-bərəkətli bir cərəyandır ki, fərdin və cəmiyyətin həyatının əhəmiyyət kəsb edən bütün yollarında cərəyandadır və həyatın bütün sahələrində insana və onun həyatına ilahi rəng bağışlayır. İlahi rəngdən də gözəl bir rəng ola bilərmi?! Qur`ani Kərim buyurur:

...صِبْغَةَ اللّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ صِبْغَة...[3]

«(Özünüzə) ilahi rəng (alın); ilahi rəngdən də gözəl bir şey ola bilərmi?!»

Qeyd olunanlara diqqət yetirməklə dünya səviyyəli islahatçının intizarında olanların vəzifələri aydın olur yə`ni bu vəzifə insanın özünün bütün əməl və rəftarlarının ilahi rəngə boyanmasından başqa bir şey deyildir. Bu da intizarın bərəkətindən olub, insanın fərdi və ictimai həyatının hər bir yerində cilvələnir. Bu görüşlə, intizarçılarının öhdəsinə qoyulan vəzifələr ağır olmayacaq; əksinə bizim həyatımızın hər bir yönlərinə mə`na və məfhum verən şirinlik cərəyanı ünvanı ilə gözəllik bağışlayacaqdır. Doğrusu, əgər mehriban bir padşah, yaxud qəlbi mehr-məhəbbətlə dolu olan karvan rəisi səni «imamın xeyməsi üçün layiqli bir əsgər» –ünvanı ilə çağırsa, sənin haqq səngərində hazır olmağının intizarını çəksə, onda sənin üçün necə sevincli olar?! Sənin üçün müəyyən təklif və vəzifələr qoyub filan cür ol» deyilsə, və sən də o işləri yerinə yetirsən, onda seçildiyin vəzifə və məqsəd üçün irəli getməzsənmi?!

 

[1] Kəmalud-din, birinci cild, hədis 15, səh. 602

[2] Qeybəti Nomani, 11-ci bab, hədis 16, səh 200

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.