İMAM HÜSEYNİN (Ə) KƏLAMINDA İMAM MEHDİ (Ə.C.)

İMAM HÜSEYNİN (Ə) KƏLAMINDA İMAM MEHDİ (Ə.C.)

İmam Hüseyn (ə) buyurmuşdur:

لَوْ لَمْ یبْقِ مِنَ الدُّنْیا الَّا یوْمٌ واحدٌ لَطَوَّلَ اللَّهُ عَزَّوَجَلَّ ذلِک الْیوْمَ حَتَّی یخْرُجَ رَجُلٌ مِنْ وُلدی، فَیمْلَأُها عَدْلًا وَ قِسْطاً کما مُلِئَتْ جَوْراً وَظُلْماً، کذلِک سَمِعْتُ رَسُولَ اللَّه یقُولُ؛

“Dünyanın sonuna yalnız bir gün qalsa da, Allah həmin günü övaldlarımdan birinin zühur edib yer üzünü zülmlə dolduğu kimi, ədalətlə dolduracağı üçün uzadar. Mən bunu Peyğəmbərdən (s) eşitmişəm.” (“Kəmalud-din”, 1-ci cild, səh.317, fəsil 30, hədis 4; “Üyunul-əxbar”, 1-ci cild, səh.180.)

Bu mənanı ifadə edən rəvayətlarin sayı az deyildur və bütünlüklə, cahanşümul ədalətli hökumətin qurulması və sonuncu imamın hökumətilə yer üzündən zülmün qaldırılmasına işarədir.

İmam Hüseyndən (ə) imam Mehdi (ə.c.) haqda soruşulduqda, o həzrət özündən sonrakı imamların bir-bir adlarını çəkərək buyurdu:

السَّابِعُ مِنْ وُلْدِ ابْنی مُحَمَّدِ بْنِ عَلی وَهُوَ الْحُجَّةُ بنُ الْحَسَنَ بْنِ عَلی بْنِ مُحَمِدِ بْنِ عَلی بْنِ مُوسَی بْنِ جَعْفَرِ بْنِ مُحَمَدِ بْنِ عَلی ابْنی وَ هُوَ الَّذی یغیبُ مُدَّةً طَویلَةٍ ثُمَّ یظْهَرُ وَ یمْلَأُ الْارْضَ قِسْطاً وَ عَدْلًا کما مُلِئَتْ ظُلْماً وَ جَوْراً؛

“O, övladım (nəvəm) Mühəmməd ibn Əlinin yeddinci nəslidir. Mənim oğlum Əlinin oğlu Mühəmməd, Mühəmmədin oğlu Cəfər, Cəfərin oğlu Musa, Musanın oğlu Əli, Əlinin oğlu Mühəmməd, Mühəmmədin oğlu Əli, Əlinin oğlu Həsən və Həsənin oğlu Hüccət həmin kəsdir ki, uzun müddət qeybə çəkiləcək. Sonra zühur edərək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə dolduracaq.” (“İsbatul-huda”, 3-cü cild, səh.569.)

Ədalət imam Mehdinin (ə.c.) spesifik xüsusiyyətlərindəndir. Bəzi dualarda da o həzrət bu ləqəblə tanıtdırılmışdır: “İlahi, ümid və ədalət qiyamçısı olan, intizarı çəkilən, gözlənilən nümayəndənə salam və salavat göndər.” (“Məfatihul-cinan”, “İftitah” duası.)

Cəmiyyətdə haqq-ədalətin bərpası üçün zülmkarlardan intiqam almaq həzrət Mehdinin (ə.c.) mühüm proqramlarındandır. Odur ki, imam Hüseyn (ə) başqa bir hədisdə bu haqda belə buyurmuşdur:

یظْهِرُ اللَّهُ قائِمَنا فَینْتَقِمُ مِنَ الظَّالِمینَ؛

“Bizim Qaimimiz (həzrət Mehdi) qiyam edəcək və zülmkarlardan intiqam alacaq.” (“İsbatul-huda”, 3-cü cild, səh.569.)

Bəli, imam Mehdi (ə.c.) “ədalət” şüarını inqilabi hədəflərinin başlanğıcı qərar verəcək. Çünki ədalət insanın fərdi və ictimai həyatında rifaha çatması üçün ən böyük faktordur. Yer üzündə yaşayanlar ədalətli olmadıqda, yaşadıqlarını zənn edən ruhsuz ölülər kimi olarlar. İmam Kazim (ə) “Bilin ki, Allah yer üzünü öldükdən sonra dirildər.” (“Hədid” surəsi, ayə 17.) – ayəsinin təfsirində buyurmuşdur: “Məqsəd, yer üzünün yağışla dirilməsi deyil, əksinə Allah-Taala ədaləti bərpa edəcək insanlar göndərəcək və ədalətin (cəmiyyətdə) dirilməsi ilə yer üzü də diriləcək...”

Ayənin imam Məhdinin (ə) dönəminə aid olduğunu bildirən hədislərə diqqət yetirdikdə, orada qeyd edilən “insanlar”da məqsədin o həzrətin dostları, əsgərləri olduğu anlaşılır və “yer üzünün dirilməsi” ifadəsi də cahanşümul ədalətinin bütün dünyanı əhatə edəcəyi, müəyyən bir məntəqə və yaxud bəzi kəslərlə məhdud olmayacağına işarədir. (“Burhan”, c.7, səh.446; Mehdi Hairipurun “Negine-afərineş” kitabından nəqlən.)

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.