ALLAHIN RƏSULUNUN CANIŞINI

ALLAHIN RƏSULUNUN CANIŞINI

ALLAHIN RƏSULUNUN CANIŞINI
Əhli sünnət təhqiqçilərinin qondarma saydığı, Ümmül-möminin Ayişədən nəql olunan bir neçə rəvayətdən başqa heç kəs Peyğəmbərin Əbu Bəkrin canişinliyi barəsində bir söz deməsini iddia etməmişdir.
Digər tərəfdən, əhli-sünnə kitablarında bəzən Ayişənin iddiasının əksinə olaraq həqiqətin tamamilə başqa olması, bəzən də: “Allahın Rəsulu heç kəsi təyin etməmişdir”  – kimi dəlillər zikr olunmuşdur.
Bu qəbildən olan saxta hədisləri düzəldənlər, Əbu Bəkrlə müxalif olanlar arasında yüksək şəxsiyyətlərin oluğunu, eləcə də onunla olunan beyət üçün icma yaradılmasının mümkün olmadığını gördükdə, belə hədislərin düzəldilməsinə əl atmışdırlar.
Amma Allahın Rəsulunun (s) Əbu Bəkrin canişin olması barəsində heç zaman göstəriş verməməsinin dəlilləri bunlardır:
1. Ədül-Həmid Mədaini yazır:
Əgər Allahın Rəsulu (s) Əbu Bəkrin canişin olması barəsində göstəriş vermiş olsaydı, onun özü Səqifə danışıqlarında buna işarə etmiş olardı. Halbuki o özü bu barədə kiçik olsa belə, iddia etməmişdir.  Orada deyilən təkcə Əbu Bəkrin Peyğəmbərlə bir yerdə - mağarada olması və ya Peyğəmbərin “Rəhbərlər Qureyşdən olmalıdır” və “Əbu Bəkr qureyşdəndir” haqqında olan sözlərdir.
Ömər, Əbu Bəkr və Əbu Ubeydənin daha çox təkid etdikləri “Mühacirlər Peyğəmbərin dostları və qohumlarıdır və rəhbərliyə başqalarından daha laiqdirlər” – cümləsi idi .
2.Əbu Bəkr danışıqlarının birində aydın surətdə deyir:
وددت انی سآلت رسول الله عن هذا الامر فیمن هو فلا ینا زعه احد و وددت انی کنت سآلته هل للانصارفی هذا حق
“Kaş ki, Allahın Rəsulundan xilafətin kimin öhdəsinə olacağından sual etmiş olaydım ki, heç kəs onun sahibi ilə bəhsə qalxmayaydı! Həmçinin kaş, ənsarın bu işdə haqqının olub olmamasından soruşaydım!”
Allahın Rəsulundan (s) Əbu Bəkrin haqqında göstəriş olsaydı, onun özü eşitməzdimi?! Onun Allahın Rəsulundan (s) eşitməsini iddia etdiyi təkcə “Rəhbərlər qureyşdəndir” cümləsidir. Təəccüblüdür ki, heç kəs Əbu Bəkrdən Peyğəmbərin Qureyşin hansı tayfasının nəzərdə tutmasını soruşmamışdır.
Halbuki Qureyşin 25 tayfası vardır   və bunlardan Bəni-Haşim hamıdan üstündür.  Yaxud bundan savayı Allahın Rəsulu (s) başqa bir şey buyurmamışdırmı? Bundan əlavə, necə olur ki, Allahın Rəsulu (s) bu sözü dedikdə özündə olur, lakin əhəmiyyəti daha artıq olan vəsiyyətə gəldikdə isə, sayaqlama halında olur?!
Buna oxşar yüzlərlə hədis, Əbu Bəkrin Allahın Rəsulunun (s) buyuruğunun əsas hissəsini açıqlamamasını göstərir. O rəvayətlərin seçimi belədir:
الأئمة بعدى اثنى عشر كلها من قريش...
“Məndən sonra on iki imam olacaqdır ki, onların hamısı qureyşdəndir” Səqifədə təkcə əvvəldən bir: ”əl-əimmə” və axırdan isə iki: ”min Qureyş!” kəlmə deyilir və imamların on iki nəfər olması isə açıqlanmır.
“Səhihi-Buxari”, “Səhihi-Müslüm”, “Sünəni-Tirmizi” və “Musnədi-Əhməd” kitablarında bu məzmundan olan onlarla rəvayət qeyd edilmişdir. O rəvayətlərin bir çoxunda Qureyşdən olan imamların sayı on iki nəfər və onların olacaqları vaxtv qədər dinində bərqərar olacağı açıqlanmışdır.
Çox gözəl aydındır ki, ardıcıl imam silsiləsinin nə say baxımından, nə onlar üçün deyilmiş xüsusiyyətlər baxımından şiədən savayı heç bir məzhəblə uyğunluğu yoxdur. Hədislərin açıqlamasından, qeyd olunan on iki nəfərin öz əsrlərinin ən yaxşı və üstün adamları olmaları məlum olur.
Əgər Allahın Rəsulunun (s) sözünün mə`nası “Camaata rəhbərlik etməyə Qureyşdən savayı heç kəsin ləyaqəti yoxdur” olsa, onda nə üçün xəlifə ölüm qabağı “Kaş ki, Peyğəmbərdən, ənsarın xilafətdən haqqı olub-olmamasını soruşmuş olaydım!” belə bir söz deyirdi? Məgər ənsar Qureyşdəndirmi?
Həmçinin ikinci xəlifə ölüm qabağı deyirdi:لو كان سالم حيّاً ما تخالجنى فيه الشكوك “Əgər Salim (Əbu Huzeyfənin azad olmuş qulu) sağ olsaydı xilafətin onun haqqı olmasında şək etməzdim!”  Doğrudan da görəsən, Salim Qureyşdən idi?! Heç zaman!
Ömərin seçilməsində də heç də Əbubəkr, Allahın Rəsulunun (s) onun haqqında bir söz deməsini iddia etmir, təkcə bu sözü deyirdi: “Allah cavab verərək ən yaxşı adamı xalq üçün rəhbər seçdiyimi deyəcəyəm.”
3. İkinci xəlifə dünyadan getdiyi zaman canişin təyin etdikdə deyir:
ان استخلف من هو خير منى و ان اترك فقد ترك من هو خير منى
“Əgər bir nəfəri öz yerimə seçsəm (səhv etməmişəm, çünki) məndən qabaq olan və məndən yaxşısı ( Əbu Bəkr) öz yerinə seçmişdir. Əgər bir kəsi öz yerimə seçməsəm (yenə səhv etməmişəm, çünki) məndən yaxşı olan ( Allahın Rəsulu (s)) bir kəsi canişin təyin etməmişdir.”
4. Əbu Bəkr Səqifədə Allahın Rəsulu (s) tərəfindən nə özü, nə də başqa bir nəfər üçün heç bir məqam iddia etmədən deyir:قد رضيت لكم احد هذين الرجلين “Mən sizin üçün rəhbər olmağa bu iki kişidən (Ömər və Əbu Ubeydə) birinə razıyam.” Görəsən, o özünün yüz faizlik haqqını digərlərinə təklif edirdi? Yoxsa onların haqqında Allahın Rəsulundan bir şey eşitmişdi? Yəqin ki, Əbu Bəkr camaata:بايعوا ايهما شئتم “Bunlardan hansı ilə istəyirsinizsə, beyət edin!” - deyir və ardınca Ömər üzünü Əbu Ubeydəyə tutaraq:
ابسط يدك فلابايعك فانك امين هذه الامة  “Əlini uzat, səninlə beyət edim!” Çünki (Allahın Rəsulu buyurmuşdur:) Sən bu ümmətin əminisən.”
Bu cümləni deməklə Ömər, Əbu Übeydənin xilafətə layiq olmasını və Allahın Rəsulunun (s) heç də Əbu Bəkrə itaət edilməsinin lazımınca deməməsini bəyan edir. Baxmayaraq ki, bir neçə andan sonra hər ikisi Əbu Bəkrə: “Biz sən olan yerdə başqasına rəva bilmərik!” – deyirlər!
5. Əbu Bəkr rəhbərliyinin ilk günü məsciddə deyir:
ايها الناس انى لم هجعل لهذا المكان هن اكون خيركم....
“Ey camaat! İndi ki, mən bu yerdə (Allahın Rəsulunun canişinliyi məqamında) oturmuşam, bu o demək deyil ki, sizdən üstünəm... Mən də sizin kimiyəm.” Yaxud belə deyir اقيلونى،اقيلونى فلست بخيركم: Məni boşlayın, boşlayın, mən sizlərin ən yaxşısı deyiləm!”
6. Deyirlər ki, Əbu Bəkr bir neçə gün Allahın Rəsulunun (s) göstərişi əsasında məsciddə camaat namazının imamətini boynuna götürmüşdür. Bu barədə bir neçə məsələyə işarə etmək lazımdır:
a) Əhli sünnədən olan sənədlərə görə, Əbu Bəkr Üsamənin ordusunun üzvlərindən olmuş, digər tərəfdən də Allahın Rəsulu Usamənin ordusundan boyun qaçıranları lənətləmişdir. Belə olduqda Əbu Bəkrin Allahın Rəsulu tərəfindən bir neçə dəfə camaat namazı qılmasına təyin edilməsi necə mümkün ola bilər?!
b) Amma o qədər ki, şiə və sünnü mənbələrində müəyyən qədər qəbul olunmuşdur, Əbu Bəkrin bazar ertəsi günü (Allahın Rəsulunun (s) vəfat etdiyi gün) qeyd olunan qaydada sübh namaz qılmışdır: Allahın Rəsulu (s) xəstəliyinin şiddətindən namaza getməyə taqəti olmadığına görə buyurdu: “Deyin, biri namazı qılsın!”
Orada olan Ayişə atasını çağırıb məscidə yolladı. O, namaza başladı. Bu xəbər Allahın Rəsuluna (s) çatdıqda Əli (ə) və İbn Abbasa söykəndiyi halda məscidə daxil olaraq özünü mehraba çatdırdı. Həzrət, Əbu Bəkri geri çəkib əyləşdi və camaatla namaz qıldı. Həzrət oturduğu yerdə namaz qıldığından camaat onun səsini eşitmir, rüku və səcdələrini görmürdü. Bu səbəbdən namazın hansı yerdə olmasını ayaq üstə olan Əbu Bəkrin vasitəsilə bilirdilər.
v) Ayişədən rəvayət olunmuş və istinad olunan rəvayət başdan-başa paradoks və ziddiyyətlə doludur.
İzzuddin Əbu Hamid Mədaini ustadı Əbu Əyyub Mötəzilidən rəvayət edir ki: Ayişə Peyğəmbərin (s) namaz qılmağa taqəti olmadığını gördükdə, tez atası Əbu Bəkrin ardınca adam göndərərək onu məscidə yolladı. Bundan xəbər tutan Allahın Rəsulu (s) hər bir çətinliyə qatlaşaraq özünü mehraba çatdırdı. Əbu Bəkri geri çəkib özü namaz qılmağa başladı. Sonralar bəziləri bu namazı hüccət sayaraq onu Əbu Bəkrin rəhbərliyə ləyaqətli olması kimi qiymətləndirdilər. Lakin Peyğəmbərin məscidə gəlməsindən məqsəd Əbu Bəkri uzaqlaşdırmaq olması haqda heç nə demədilər.

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.