İmam Hüseyn (ə) "Cəməl" və "Süffeyn" döyüşlərində

İmam Hüseyn (ə) "Cəməl" və "Süffeyn" döyüşlərində

əlaqəli məqalələr

İmam Hüseyn (əleyhissəlam) atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır.

O atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.
Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseyn əleyhissəlamın öhdəsində idi.  Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır.  Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn (əleyhissəlam) Əli (əleyhissəlam) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.
İmam Hüseyn (əleyhissəlam) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsən əleyhissəlamla birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında İmam Hüseyn (əleyhissəlam) İmam Həsən əleyhissəlamla çiyin-çiyinə olmuşdur. Müaviyə İmam Həsən əleyhissəlama sülh təklif etdikdə, İmam Həsən (əleyhissəlam) İmam Hüseyn (əleyhissəlam) və Abdullah ibn Cə’fəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi.  Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.