Xorasan vilayəti İslamın ilk dövrlərindən indiyədək

Xorasan vilayəti İslamın ilk dövrlərindən indiyədək

Xorasan vilayəti İslamın ilk dövrlərindən indiyədək

Allahın adı ilə

Mərv şəhərində (türkmənistan) İran şahı Yezdgird Sasaninin ölümündən sonra 3-cü xəlifə Osman Xorasana hücüm əmri verdi. O, tayfa başçıları və rəhbərlərinə yazırdı: "kim daha tez Xorasanı ələ keçirsə vilayətin əmiri də o olacaq". Bir neçə döyüşdən sonra Abdullah ibn Amir Xorasana daxil oldu. Şəhərləri ardıcıl olaraq fəth edərək Mərv şəhərinə çatdı və oranı özünə paytaxt elan etdi.

Xorasan İmam Əli (ə) zamanında

3-cü xəlifə qətlə yetirildikdən sonra həzrət Əli (ə) xəlifə seçildi. O cənabın zamanında Xorasan da çox dəyişildi. Bir qrup üsyançı Nişabur şəhərinə həmlə edərək onu ələ keçirdi. İmam Əli (ə) öz bacısı oğlunu Nişabura göndərdi. Nişabur yenidən ələ keçirildi. İmam Əli (ə) Rabi ibn Ziyadı Xorasana vali təyin etdi. Rabi ibn Ziyad xalqa qarşı çox rəhmli və ədalətli idi. Elə buna görə də İmam Əli (ə) xilafətinin sonuna qədər Xorasanda İmama qarşı heç bir üsyan baş qaldırmadı.

Xorasan Bəni-Üməyyə dövründə

İmam Əli (ə) şəhid edildikdən sonra hakimiyyət Müaviyyənin əlinə keçdi. O, çox millətçi adam idi, qeyri ərəb məllətlərə qarşı çox sərt idi. Xorasanda çox zülmlər edirdi. Həqiqi İslam rəhbərliyini görmüş Xorasan əhalisi Əməvilərin hakimiyyətindən təngə gəldilər. Müaviyə valiləri bir neçə dəfə dəyişdi. Hər yeni təyin olunmuş vali, cəsur və aqressiv əhali ilə qarşılaşırdı. Xorasanlılar deyirdilər: "biz müsəlmanıq və yalnız İslam qanunlarına tabeyik. Bunu bilin, heç zaman ərəb hakimlərinin zülmünə baş əyməyəcəyik".

Xorasanda nəhayət, Bəni-Üməyyə hakimiyyətinə qarşı üsyan başladı və bütün vilayəti bürüdü. İlk qara bayraq Əbu Əlhazib Nəssavinin evinin damında dalğalanmağa başladı. Üsyançı camaat evin qarşısında toplaşdılar. Oradan Mərvə tərəf hərəkət edərək, oranı Bəni-Üməyyə hakimlərindən təmizlədilər. Bunun ardınca İranın bütün şəhərlərində üsyanlar başladı. Nəhayət sonuncu Əməvi xlifəsi olan Mərvan ibn Məhəmməd həmar, Xorasanlı həmmad Qondequş tərəfindən qətlə yetirildi.

Əfsanəvi qəhrəman Əbu Müslim Xorasaninin rəhbərliyi altında, Xorasanlılar İraqa hücum edərək oradan Bəni-Üməyyə hakimlərini qovdular. Hərəkat Suriyanın paytaxtı Dəməşqin ələ keçirilməsi ilə başa çatdı. Bura Bəni-Üməyyə sülaləsinin paytaxtı və son dayaq nöqtəsi idi.

Xorasan Bəni-Abbas dövründə

Abbasilər çox çevik və hiyləgərliklə hakimiyyəti ələ keçirdilər.

Onlar vilayətdən ərəb hakimiyyətini uzaqlaşdıraraq yerli nufuz sahiblərini hərbi və mülki vəzifələrə təyin edirdilər.

Abbasilər Xorasanlılara xüsusi diqqət göstərirdilər.Çünki, Abbasilərin hakimiyyətə gəlməsində onlar rol oynamışdılar. Abbasi xəlifəsi Mənsur Dəvaniqi Bağdad şəhərini quranda qala qapılarının birinə Xorasan adını verdi. Bütün İslam ərazilərində sakitliyə nail olmuş Abbasilər, Ələvilər üsyanını yaratmaq üçün bir hiyləyə əl atdılar. Xəlifə Məmun İmam Rza (ə)-ı Mədinədən Mərvə dəvət edib, ona özündən sonra xəlifə olmağı qəbul etdirdi. Bununla da Ələvilərin mübarizəsinə son qoyuldu.

İmam Rza (ə) məqbərəsi keçmişdə və bu gün.

Dünyada Müsəlmanlar Əli ibn Musa ər-Rza (ə)-ın məqbərəsinə böyük hörmətlə yanaşırlar. Keçmiş dövrlərdən indiyə qədər bu hərəmin abadlığı və çiçəklənməsi üçün onlar əllərindən gələni əsirgəmirlər.

Lakin, keçmişdə bəzən bunun əksi də müşahidə olunubdur. Bəzi hökmdarlar müxtəlif dövrlərdə bu müqəddəs məkana ikrahla yanaşıb hətta bu müqəddəs məqbərənin uçurulmasına belə imkan yaratmışlar.

Deyləmilər dövrü

Haruniyə binası tikildikdən sonra burada İmam Rza (ə) dəfn olunduğuna görə, Əhli-Beyt tərəfdarları olan Deyləmilər və Ali Buyə sülaləsinin sultanları ərazinin köklü bərpasına başlayıb şəhəri də Məşhəd-ər-Rza adlandırdılar.

Qəznəvilər dövrü.

Deyləmilərdən sonra miladi 977-988-ci illərdə Qəznəvi şahı Səbüktəkinin əmri ilə məqbərənin damı və divarlarının bir hissəsi dağıdıldı, ziyarət etmək isə qadağan edildi.

Səbüktəkindən sonra taxta çıxan onun oğlu Sultan Mahmud Qəznəvi atasının dağıdıcı işlərini davam etdirdi. Nəql edirlər ki, bir gecə yuxusunda Peyğəmbər (ə)-ı, (başqa rəvayətə görə Əli ibn Əbu Talib (ə)-ı gördü. Peyğımbər (s) barmağı ilə məqbərənin gümbəzini göstərərək deyir: "Bu iş nə vaxta qədər davam edəcək?" Deyirlər ki, sabahı gün Sultan Mahmud sübh tezdən memarı yanına çağırır və onu Tus şəhərinə yola salır.

1010-cu ildə isə Əbubəkr Şahmərd isə məqbərəni tam bərpa edir, gil divarları kərpic divarlarla əvəz edir, və bir minarə ucaldır.Bununla o, hərəmin əsas mərkəzini yaradır.

Səlcuqlar dövründə

1123-cü miladi ilində İmam Rza (ə) qəbri-şərifinin üstündə ilk dəfə 40x 30x 5x sm ölçüdə daş qoyulur. Bu daşın üstündə yazılmışdı: Bu məqbərə "Məşhədi Riza Əli ibn Musa", ilahi mərhəmətə ehtiyacı olan günahkar və mən Əbülqasim Əhməd ibn Əli ibn Əhməd Ələvi hüseyninin əmriylə inşa edilibdir.

Bu dövrün ən başlıca hadisəsi isə türkmən tayfalarının müqəddəs məqbərəyə edilən hücumları olubdur. 1155-ci miladi ilində onlar Məşhəd şəhərinə və Tus civarına yürüşlər edərək bütün şəhəri odlara qaladılar, çoxlu adam öldürdülər. Ölənlərin arasında çoxlu dahi və alim şəxslər var idi. Məqbərə də böyük dağıntılara məruz qaldı. Bir neçə il sonra, Sultan Səncərin (1118-1162-ci illər) şahlığı zamanı hakim Şərafəddin Əbutahir ibn Səd ibn Əli Qumi tərəfindən məqbərədə əsaslı şəkildə bərpa işləri aparıldı. Səlcuqlardan sonra Xarəzmşahlar da ziyarətgahı diqqət mərkəzində saxlamış və müəyyən abadlıq işləri görmüşlər.

Monqollar və müqəddəs məqbərə

İbn Əbil hədid "Nəhcül-bəlağə"nin şərhində yazır: 1222-ci ildə monqollar əvvəl Tusa hücum çəkdilər, şəhəri talan edib əhalini qılıncdan keçirdilər. Sonra Məşhəd-ər-Rizaya daxil olub şəhəri dağıtdılar. Məşhədin bütün əhalisini qırmaqlarına baxmayaraq məqbərəni dağıtmadılar, yalnız bu müqəddəs ocağın qiymətli daş-qaşını və avadanlığını talamaqla kifayətləndilər.

Elxanilər dövründə

Məqbərə yenidən bərpa edilibdir. Qazanxan bərpa və quruculuq işləri haqqında xüsusi fərman verib. Ondan sonra Əhli-Beyt tərəfdarı olan Elxani padşahı Sultan Məhəmməd Xudabəndə (1304-1317-ci il) yeni bina tikdirib höhnə divarları isə bərpa etdirir və hərəmin ərazisini xeyli böyüdür. Deyilənlərə görə hərəmin hal-hazırki günbəzi elə o zaman inşa edilibdir.

Teymurilər dövrü.

1410-cu ildən Sultan Şahrux Teymuri Məşhəd şəhərində çox böyük abadlıq işləri gördü. Həyat yoldaşı Göhərşad xanımın səyləri nəticəsində İmam Rza (ə) məqbərəsinin yanına böyük bir məscid bina edildi. Bu məscid indi də Göhərşad xanımın adını daşıyır. Sultan Şahrux da öz xanımından geri qalmırdı. Onun şahlığı dövründə bir neçə bina, mədrəsə və iki böyük darvaza tikilibdir.

Səfəvilər zamanı

Səfəvilər dövründə məqbərəyə xüsusi diqqət və qayğı göstərildi. Şah Təhmasibin əmri ilə Qəznəvilər dövründə tikilmiş minarə təmir edilib qızıla tutuldu. 1526-cı ildə gümbəzin üzərinə qızıl plitələr düzüldü. 1-ci şah Abbasın dövründə 1289-cu ildə özbəklərin başçısı Abdullaxan Özbək tərəfindən Məşhəd şəhəri mühasirəyə alındı. Şəhəri ələ keçirən Xan əhalini qırdı, hərəmin qızıl kərpiclərini və əlinə keçən hər nə var taladı, müqəddəs ocağa pənah aparmış camaatı, alimləri, din xadimlərini və xidmətçiləri qırdı. Qadınları və uşaqları Mavəraunnəhrə əsir apardılar. Lakin Abdulla Mömin xanı acı bir tale gözləyirdi. Onu dəhşətli bir şəkildə öz adamları edam etdilər.

1610-cü ildə Şah Abbas piyada Məşhəd şəhərinə ziyarətə gəlir. Hərəmin günbəzinin əsaslı şəkildə bərpa edilməsinə fərman verir.

Əfşarlar

Nadir şah Əfşar zamanında, iki minarə, hərəmə böyük giriş qapısı və Əqiq adlı həyətdə "İsmaili səqqaxanası" adlı bulaq tamamilə qızıl təbəqə ilə örtülür.

Qacarlar dövrü

Fətəli şahın əmrilə Əli Nəqi Mirzə və məşhur Məşhəd bazarının sahibi, memar hacı Ağacanın tərəfindən məqbərənin şərq səmtinə azadlıq adlı həyət salındı. 1836-cı ildə Asif əd-Dövlənin əmrilə "darus-səadə"binası tikilir. 1902-ci ildə isə "rəvaqi Daruz-ziyafə" binası inşa edilir.

Bu illərdə rus əsgərləri müqəddəs hərəmə hücum edib gümbəzini topa tutdular. Bu atəşlər hərəmin gümbəzini demək olar ki, dağıdır. Orada çoxlu adam ölür və yaralanır.

Pəhləvilər sülaləsi

1929-cu ildə hərəmdə əsaslı dəyişiklik baş verir. Müqəddəs zərihlə (qəbirlə) 30m məsafədə 100m radiusda yer düzəldildi. Sonralar bu tikintiyə muzey, kitabxana və s. binalar da əlavə edildi.Lakin çox keçmədi ki, (1935-ci ildə) Rza şah Pəhləvi tərəfindən qanlı hadisələr törədildi. Hicabsızlıq əmrini verən şaha qarşı ruhanilər xalqı ayağa qaldırdı. 10 iyul 1935-ci ildə kazak polku Gövhərşad məscidinin ətrafına dolub camaata atəş açdı. Çoxlu adam şəhid oldu və yaralandı. Bu hadisə Pəhləvilər hakimiyyətində qara xətlə yazılmış bir səhifəyə çevrildi. 1976-cı ildəki əsaslı təmir işləri aparılana qədər hərəmin sahəsi 12 hektar idi. 1976-cı ildə görülən işlərdən sonra sahə 30 hektara çatdı. Hal-hazırda müqəddəs hərəm 53 hektar ərazini əhatə edir. Gələcəkdə isə sahəsi 57 hektara qədər artacağı nəzərdə tutulubdur.

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.