Hökmdarlıq

Hökmdarlıq

مقالات مرتبط

Hökmdarlığın zəruriliyi
İmam Əli (ə) «Həkəmiyyət» məsələsində buyurdu:«Bunlar deyirlər ki, hakimə ehtiyac yoxdur, halbuki hakimiyyəti sayəsində möminin öz işini görməsi və günahkarın öz payını alması üçün hakimin olması zəruridir.»
İmam Əli (ə):«İnsanları yalnız hökmdar – istər yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi – düzəldə bilər.»
İmam Əli (ə):«Tezliklə Müaviyə sizə hakim olacaq. Dedilər: Bəs onda onunla nə üçün vuruşuruq? Buyurdu: Camaata bir hakim lazımdır, istər yaxşı əməl sahibi olsun, istərsə də pis!»
İmam Əli (ə) «Hökm ancaq Allaha məxsusdur!» deyən Həruriyyənin cavabında buyurdu:«(Bəli, həqiqətən) hökm Allaha məxsusdur. Yerdə də hakimlər vardır. Amma onlar deyirlər:«Hökmdara ehtiyac yoxdur, halbuki insanların hökümətdən başqa bir çıxış yolu yoxdur ki, mömin onda öz işini görsün və günahkar və kafir öz payını alsın. Allah onun zamanında hər bir kəsi öz təyin edilmiş əcəlinə çatdırır.»
İmam Əli (ə):«İnsanlara bir hökmdar gərəkdir istər yaxşı əməl sahibi olsun, istərsə də pis. Çünki onun hökuməti sayəsində imanlı şəxs öz işini (Allaha itaəti) görər və kafir öz payını alar. Allah hökumətin mövcudluğu ilə hər bir kəsi onun üçün təyin edilmiş əcəlinə çatdırar. Hökumətin vasitəsi ilə vergilər yığılar, düşmənlə müharibə aparılar, yollar əmin-amanlıq olar, zəifin haqqı güclüdən alınar, yaxşı əməl sahibi asayişdə olar və günahkardan amanda qalar.»
İmam Əli (ə):«Yırtıcı şir zalım hökmdardan yaxşıdır, zalım hökmdar isə uzun müddətli fitnələrdən daha yaxşıdır.»
Əbulbəxtəri: «Bir kişi məscidə daxil olub dedi:«Hökm ancaq Allaha məxsusdur.» Başqa biri isə dedi:«Allahdan başqasının hökm etmək haqqı yoxdur.»Bu zaman Əli (ə) belə buyurdu:« (Əlbəttə,) hökm ancaq Allaha məxsusdur «həqiqətən Allahın vədi doğrudur. Məbada yəqinliyə çatmamış kəslər səni yelbeyinləşdirsin.» Siz bunların nə dediklərini bilmirsiniz. Onlar deyirlər ki: Hökumət lazım deyil. Ay camaat! Sizi(n vəziyyətinizi) hökmdardan başqa bir şey düzəltməz, istər yaxşı əməl sahibi olsun istərsə də pis! Dedilər:«Yaxşı əməl sahibi olan hakim barəsində dediyin düzdür, amma pis əməl sahibi olan hakim necə? Buyurdu:«Mömin öz işi ilə məşğul olar və günahkar öz bəhrəsini götürər, Allah təyin edilmiş əcəlləri çatdırar, yollarınızda əmin-amanlıq olar, bazarlarınız rövnəqlənər, vergiləriniz yığılar, düşmənlərinizlə vuruşular və güclüdən zəifin haqqı geri alınar.»
Pis əməl sahiblərinin hökmdarılığı
Allahın Peyğəmbəri(s):«Hökmdarlarınız yaxşılar və zənginləriniz səxavətlilər olanda və işləriniz məsləhət və məşvərət əsasında aparılan zaman yerin üstü sizin üçün onun altından yaxşıdır. Amma hakimləriniz pislər, zənginləriniz xəsislər olanda və işləriniz arvadlarınızın əllərinə düşən zaman yerin altı sizin üçün onun üstündən daha yaxşıdır.» Hökumətin dəyəri.
İmam Əli (ə) çarığının bir tayını tikmək və yamamaqla məşğul olan zaman İbn Abbas gəlib dedi:«Hacılar toplaşıblar ki, sizdən bir söz eşitsinlər. O Həzrət buyurdu:«And olsun Allaha bu (çarıqların) ikisini sizə hakimlikdən çox sevirəm, bu istisna ilə ki, bir ilahi hədd icra etmiş olam və ya bir batili uzaqlaşdıram.»
İmam Əli (ə) İbn Abbasa dedi:«Bu çarığın bir tayının dəyəri nə qədərdir? (İbn Abbas nəql edir ki,) dedim:«Dəyəri yoxdur. Buyurdu:«Allaha and olsun ki, bunu sizə hökmdarlıq etməkdən daha çox sevirəm, bu istisna ilə ki, bir haqqı bərqərar edəm və ya batili aradan götürəm.»

İmam Əli (ə) İbn Abbasa yazdığı məktubunda : . . . Sonra:« Məbada sənin hakimlikdən payın mal əldə etmək və ya qəzəbini yatırmaq ola. Sənin ondan payın batili öldürmək və haqqı diriltmək olmalıdır.»

Kitab: "Mizanül-hikmə"

Yazının tərtibində tərcümə olunumuş kitabların elektron versiyasından istifadə olunub

نظرات

ارسال نظر

* فیلدهای ستاره دار حتما بایستی مقدار داشته باشند.